Sualı mən yox, ritorik olaraq Rusiya mediası fırladır. Paralel olaraq Rusiya mediasında Harrisin keçmişinin kriminaldan ibarət olduğunu sübut etmək istəyən proqram və təhlillər də genişlənməkdədir.
Xüsusi qabardılan faktlardan biri Kamalanın senator olduğu dönəmlərdə bir ştat prokurorunun Senatın Kəşfiyyat Komitəsində çox ciddi istintaq olunmasıdır. Harris prokuroru qəzəblə ittiham edir ki, 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi niyə dərindən araşdırılmayıb. Maraqlıdır, Rusiya mediası Harrisin Rusiyaya barışmaz münasibətini və onun prezidentlik şanslarını niyə məhz indi yada salır? Bəlkə, Allahın işinə qarışmaq kimi olmasın, yaşlı Baydenin 5 illik prezidentlik müddətini başa vura bilməyəcəyi və bu halda vitse-prezident Kamalanın avtomatik olaraq Ağ Evdəki dairəvi kabinetə sahib olacağından narahatlıqlar var?
Yaşayıb görərik...
Aydın QULİYEV