Bazar günü günü, 15 noyabr 2026
     

Kərim Şükürov da Prezident Əliyevi guya təkzib edən erməni alimin cavabını sərt verdi

Image


Məlum olduğu kimi, Ermənistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Aşot Melkolyan tamamilə yalan üzərində köklənən iddialar səsləndirib.

O, “türklərin, azərbaycanlıların bu regiona aidiyyəti yoxdur”, “ Bakıdan tutmuş Azərbaycanın  “bütün bölgələrinin adı erməni toponimi olub” və sair cəfəngiyyatlar dilə gətirib. A.Melkolyanın iddiaları ilə bağlı AMEA Tarix institutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürova sorğu göndərdik. K.Şükürov “Bakı-Xəbər” vasitəsilə  Ermənistan Milli Elmlər Akademiyası Tarix institutunun direktoru, akademik Aşot Melkonyanın əsassız iddialarına cavab verib.

  • “Erməni tarixçinin məsələnin siyasi tərəfi haqqındakı fikirləri də elmi tərəfi kimi tam yanlış səciyyə daşıyır, Zəngəzur dəhlizi və s. pantürkizm proqramının reallaşdırılması ilə əlaqələndirilir”

“Təəssüf hissi ilə bildirmək istəyirəm ki, Aşot Melkonyan tutduğu vəzifəyə və statusuna uyğun olaraq problemə elmi yanaşmaq əvəzinə, 44 günlük Vətən müharibəsində qalib Azərbaycan qarşısında kapitulyasiya edən Ermənistanın ifrat dərəcədə siyasiləmiş dairələrinin tarix sahəsindəki vəkili kimi çıxış edir. İnformasiyadan aydın olur ki, o, dünya və regionun tarixinin obyektiv mənzərəsini göstərmək əvəzinə, onu ermənicəsinə siyasiləşdirir, siyasi məsələdə isə diletant səviyyəsinə enir. ²Armenpress²in Kəlbəcəri, Zəngəzuru, Göyçəni və Basarkeçəri Ermənistanın suveren ərazisi kimi təqdim etməsi də eyni dərəcədə siyasiləşdirilib və tamamilə qeyri-elmidir.

İlk əvvəl, Azərbaycan Prezidenti İlham Əliyevin tarixi onamastikaya dair baxışlarının mahiyyəti üzərində dayanmaq istəyirəm. Bu sahədəki baxışlar Prezidentin, ümumiyyətlə tarixi baxışlarının tərkib hissəsidir. Onun tarix sahəsində professionallığı və tarixi faktlardan ən mürəkkəb siyasi məsələlərin həllində istifadə sahəsindəki məharəti, nəinki regional, eləcə də beynəlxalq miqyaslı tədbirlərdə təsdiq olunub. Bunun üçün, Münhen təhlükəsizlik konfransında Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə debatını yada salmaq kifayətdir. (https://president.az/articles/35813) Baş nazirin təkzibedilməz tarixi sənəd və materiallar əsasında fakt qarşısında qoyulduğu yaxşı məlumdur. Bunun müqabilində baş nazirin, nəinki Qarabağ, ümumiyyətlə Ermənistan tarixi haqqında belə kifayət qədər məlumata malik olmadığı aydın oldu. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan, eləcə də region və dünya tarixi haqqında fikirləri əsaslıdır. Azərbaycanın tarixi onamastikası haqqında baxışları elmidir, Ermənistan tərəfindən dəyişdirilmiş Azərbaycan yer adlarının bərpası haqqında fikirləri isə dövlətçilik təcrübəsinin tərkib hissəsidir. 44 günlük müharibənin gedişində mühüm hərbi-siyasi və s. məsələlərlə birgə toponimikaya dair praktik addımları təsadüfi hesab etmək olmaz. Belə ki, müharibənin gedişində Tərtər rayonunun Madagiz kəndi Suqovuşan, Xocavənd rayonunun Vəng kəndi Çinarlı adlandırıldı və bu siyasət müharibədən sonra da davam etdirilir”.

K.Şükürovun qeyd etdiyinə görə, erməni tarixçi tərəfindən Azərbaycan adı və ölkənin keçdiyi tarixi inkişaf konsepsiyası da ciddi şəkildə təhrif edilir: “Azərbaycan və azərbaycanlılar haqqında məsələyə biz erməni tarixçilərinin də geniş istinad etdiyi akademik Bartoldun tənqidinə həsr etdiyimiz ²Akademik Bartoldun səhvi və Stalin
mifi, yaxud Azərbaycan və azərbaycanlılar haqqında² məqaləmizdə (https://apa.az/az/xeber/siyasi/xeber_akademik_bartoldun_sehvi_ve_stalin_mifi_-451565) cavab vermişik. Azərbaycanın tarixi coğrafiyası ilə Azərbaycan adlı dövlətin meydana gəlməsinin qarışdırılması anti-Azərbaycan mövqeyində olan bəzi tədqiqatçıların tətbiq etdiyi üsullardandır ki, bu da qeyri-elmi yanaşmadır. Burada da biz bunun şahidi oluruq. 1918-ci ildə Azərbaycan adının qəbul edilməsi Cümhuriyyətin tarixi haqqı idi və belə də oldu.

Erməni akademiki daha bir ciddi səhvə yol verərək, Azərbaycan tarixi əsasında erməni tarixi yaratmağa çalışır. Burada erməni tarixçiliyinin Qafqaz Albaniyası haqqında yanlış konsepsiyasından, guya Kür və Araz çayları arasındakı tarixi Azərbaycan torpaqlarının Şərqi Ermənistan olmasından da irəli gedilir, faktiki olaraq bütün Şimali Azərbaycan Şərqi  Ermənistan elan edilir və buradakı tarixi irs erməniləşdirilir.

Erməni akademikin Azərbaycanın əhalisi, tarixi inkişaf mərhələlərinin varisliyi və s. haqqındakı fikirlərinin cəfəng xarakteri bir tərəfə, adi tarixi faktı da dəqiq müəyyən edə bilmir. Buğanın IX əsrdə Osmanlı imperiyasında öldürülməsi qeyd edilir. Görünür, türk xofu bu tarixçini o dərəcədə basır ki, Ərəb xilafəti əvəzinə Osmanlı imperiyası deyir. Halbuki, Osmanlı imperiyasının 1299-cu ildə meydana gəldiyini bilməyən az adam tapılar. Erməni tarixşünaslığında yaradılmış miflərdən biri, yəni Cənubi Qafqazdakı erməni toponimiyasının türkləşdirilməsi məsələsi burada da irəli sürülür. Tarixi faktlarla sübut edilib ki, erməni ünsürü bu regionun yerli əhalisi deyil, gəlmədir. Belə olduğu halda, erməni toponimlərinin  dəyişdirilməsi haqqındakı fikir də doğru deyil”.

K.Şükürovun sözlərinə görə, erməni tarixçinin toponimlərin meydana gəlməsi haqqında fikri isə heç bir məntiqə sığmır və onun bəhs etdiyi predmet haqqında bəsit elmi təsəvvürə malik olduğunu nümayiş etdirir: “Yazıda qeyd olunur ki, tarixçi həmçinin, göstərilən dövrdə toponimlərin onların aşağı intellektual səviyyəsinə uyğun olaraq, köçərilər üçün tipik primitiv stildə türkləşməsini təsvir edib. Buna da nümunə kimi göstərilir ki, su bulanıqdırsa Qarasu adlandırılır və s. Əslində, bu, toponimlərin meydana gəlməsinin qanunauyğunluqlarından biridir. Bu tarixçinin, heç olmasa, yunanların İtaliyanı necə adlandırmasından (buzovlar ölkəsi) da xəbəri yoxdur

Erməni tarixçinin məsələnin siyasi tərəfi haqqındakı fikirləri də elmi tərəfi kimi tam yanlış səciyyə daşıyır, Zəngəzur dəhlizi və s. pantürkizm proqramının reallaşdırılması ilə əlaqələndirilir. Zəngəzur dəhlizinin Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdəki böyük rolu olacağı faktdır. Bununla eyni zamanda, onu yalnız bu iki dövlətlə əlaqələndirmək, pantürkizmlə bağlamaq müasir geosiyasi tendensiyadan xəbərsizlik əlamətidir. Bu dəhlizin Ermənistanla birlikdə Rusiya və İran üçün də əlverişsiz olması qeyd edilir. İranın bölgədəki siyasəti məlumdur. Ermənistan və Rusyianın mövqeyinə gəldikdə, bunun üçün 10 noyabr bəyanatının 9-cu bəndini nəzərdən keçirmək kifayətdir. Orada göstərilir ki,  ²Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.² Prezident İlham Əliyev ²CNN Türk²ə müsahibəsində Zəngəzur dəhlizindən bəhs edərkən onun beynəlxalq əhəmiyyətinə toxunaraq deyib: ²Bu dəhlizə Zəngəzur dəhlizi adını da biz qoymuşuq. Artıq bu, beynəlxalq leksikona da daxil edilibdir. Mən bilirəm ki, Avropa İttifaqı bu məsələyə də çox müsbət yanaşır. Bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Bakıda olarkən bu məsələ ilə bağlı biz geniş fikir mübadiləsi apardıq və onlar da, təbii ki, bu layihəni çox dəstəkləyirlər.²

Vaxtilə Ermənistana verilən Azərbaycanın tarixi Qərbi Zəngəzur torpaqlarının erməni ərazisi adlandırılması və missiyası haqqındakı fikrin mahiyyəti də, elmi düşüncə əvəzinə, bir erməni millətçisinin titulunu deyil, real intellektual səviyyəsini, yaxud faşist münasibətini əks etdirir. 

Sonda Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı dediyi bir fikri xüsusi təkrar etmək istəyirəm: Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək”...

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ