Bazar günü günü, 15 noyabr 2026
     

Əfqanlstandakı hadisələrə görə narahatlığa dəyərmiş - əhalinin 35-40 faizi türk əsillidir...

Image


“Taliban”çılar  Əfqanıstanı ələ keçirdikdən sonra Əfqanıstandakı türk əhalinin taleyi ilə bağlı məsələlər ciddi müzakirələrə səbəb olub.

Qeyri-rəsmi rəqəmlərə görə, ölkə əhalisinin xeyli bir hissəsini etnik türklər təşkil edir və burada qızılbaş, əfşar adlanan Azərbaycan türklərindən tutmuş hazarlara, özbəklərə, türkmanlara qədər xeyli sayda türk yaşayır. Bəzi qənaətlərə görə, hazırda “Taliban”ın nəzarətində olan bu ölkənin əhalisinin 35-40 faizini etnik türklər təşkil edir. Hətta Əfqanıstan türkləri Azərbaycanın və Türkiyənin onlara sahib çıxmalı olduqlarını da qeyd edirlər.

  • “Avropanın “müstəqil sosial təşkilatları” Əfqanıstanda türk kökənli əhalinin sayını öz rəsmi məlumatlarında süni şəkildə azaldır”

Mövzu ilə bağlı bu sahədə məqalələr, yazılar, tədqiqatlar müəllifi olan AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı ilə əlaqə saxladıq. M.Ağalarlı mövzu ilə bağlı “Bakı-Xəbər”ə çox maraqlı faktlar açıqladı: “Əfqanıstanla bağlı istər statistik məlumatlar, istər etnik yerləşim məsələləri, istərsə də orada baş verən proseslər 20 ildir ki, ehtimallara söykənib. Hətta istinad etməyə dəqiq informasiyalar olmayıb. Bizim Əfqanıstanla əlaqədar bəlkə də bugünə qədər bildiyimiz məlumatların hamısı siyasi və ideoloji xarakter daşıdığından qeyri-obyektiv olub. Mən bunu nədən bildim? Biz bu ilin aprel ayında Əlişir Nəvainin 580 illik yubileyi ilə bağlı Heratda beynəlxalq konfransda olduq. Dövlət səviyyəli konfrans indi. Bu konfrans müddətində bizim real Əfqanıstanı görmək, onunla bağlı özümüzdə fikir formalaşdırmaq imkanımız oldu. Təbii ki, biz orada rəsmi şəxslərlə də söhbətlər etdik, Əfqanıstan Milli Elmlər Akademiyasının prezidenti ilə də görüşdük, elmi əməkdaşlıqla bağlı fikir mübadiləsi apardıq. Eyni zamanda da bizim orada yaşayan türk xalqlarının icmalarının nümayəndələri ilə görüşmək imkanımız oldu. Orada özbəklərin, türkmanların, o cümlədən də bizim Heratda olduğumuzu bilib Əfqanıstanın müxtəlif yerlərindən gələn digər türk xalqlarının icmaları ilə də görüşdük. Məni bir alim kimi daha çox gerçəkliklər maraqlandırırdı və onlara verdiyim suallara onlar gerçəyə daha yaxın cavablar verdilər. Azərbaycana gələndən sonra onların verdikləri informasiyaları statistik rəqəmlərlə tutuşdurdum və gördüm ki, kifayət qədər fərqlər var. İstər Əfqanıstanda yaşayan əhalinin etnik tərkibində, istərsə də əhalinin sayı məsələsində ciddi fərqlər olduğunu öyrəndim. Bu da, təbii ki, Avropanın siyasətidir, siyasi-ideoloji maraqlarına görə məlumatları öz istədikləri kimi veriblər. Müxəlif təşkilatlar, beynəlxalq sorğu institutları və başqa statistik qurumlar göstərir ki, Əfqanıstanda 30-35 milyon əhali var. Amma Əfqanıstanın rəsmi qurumları və görüşdüyümüz icma nümayəndələri bildirirdilər ki, Əfqanıstanda 45 milyona yaxın əhali var. Əfqanıstan əhalisini 10-15 milyon azaldırlar. Demək olar ki, “Taliban” döyüş apardığına və sairə görə dövlət bütün əyalətlərə nəzarət edə bilmədiyindən və ümuməfqanıstan əhalisinin siyahıya alınması prosesi getmədiyindən, əhalinin sayı ilə bağlı dəqiq rəqəmlər söyləmək elə də mümkün deyil”. 

M.Ağalarlı qeyd etdi ki, Şərq və Cənubda Pakistan, Qərbdə İran, Şimalda Türkmənistan, Özbəkistan və Tacikistan, Şimal-Şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəd olan Əfqanıstan çoxmillətli ölkədir. “Burada heç bir etnik qrup əhalinin əksəriyyətini və ya çoxluğunu təşkil etmir. Təxmini məlumatlara görə, 40-45 milyon əhalisi olan ölkədə yalnız qarşılıqlı nisbətdə üstünlüyə sahib beş böyük etnik qrup var. Məsələn, puştunlar 14 miliyon, taciklər 9 milyon, özbəklər 8 milyon, türksoylu hazarlar 6 milyon, türkmənlər 2 milyon və digər xalqlar 4 milyon təşkil edir. Əfqanıstanda indiyə qədər bütün ölkəni əhatə edən və nəticələri gerçəkliyi tam əks etdirən siyahıyaalma aparılmadığından əhalinin etnik tərkibi və sayı haqqında dəqiq məlumatlar yoxdur. Bütün rəqəmlər müxtəlif mənbələrin qeyri-rəsmi təxmininə əsaslanır. Avropanın "müstəqil sosial təşkilatları" Əfqanıstanda türk kökənli əhalinin sayını öz rəsmi məlumatlarında süni şəkildə azaldırlar. Qərb mənbələriniun verdiyi dəqiq olmayan təxmini statistik məlumatlara görə, Əfqanıstanda türk kökənli xalqlar ölkə əhalisinin təxminən 12 faizini təşkil edir, özbəklər 9 faiz , türkmənlər 3 faiz. Bu mənbələrdə hətta hazarlar belə türk kökənli hesab olunmurlar. Ancaq Əfqanıstandakı Türk mənşəli etnik qrupların icma rəhbərlərinin məlumatlarına əsasən, türk mənşəli hazarlar daxil edilmədən belə bütün türk əsilli xalqlar Əfqanıstan əhalisi içində təxminən 35-40 faizlik paya sahibdirlər. Bunlardan 19 faizi özbəklər, 10 faizi türkmənlər, 8 faizi azərbaycan kökənli əhali (qızılbaşlar, mərvilər, bayatlar, əfşarlar, qacarlar), 2 faizi qırğızlar, tatarlar, qaraqalpaqlar, qazaxlar və digərləridir. Kabil-Herat-Həzaracat bölgələrində, qismən Qəndəhar, Nəngərhar və Bədəxşanda yaşayan türksoylu hazarlar isə əhalinin təxminən 10 faizdən çoxunu təşkil edir”-deyə o bildirdi.

Alim qeyd edir ki, Əfqanıstandakı soydaşlarımızın taleyinə xalq olaraq heç zaman biganə qalmırıq, onların taleyi bizi dərindən maraqlandırır. “Azərbaycan Respublikası Yaxın Şərqin aparıcı dövlətlərindən biri olaraq Əfqanıstanda baş verən siyasi proseslərdə mütləq şəkildə söz sahibi olmalıdır. Bu bizim təbii haqqımızdır. Çünki bu gün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin yeganə təminatçısı Azərbaycan dövlətidir. Bu baxımdan Əfqanıstanda yaşayan 3 milyona yaxın azərbaycanlının hüquqlarının və təhlükəsizliyinin ümidgahı Azərbaycandır. Digər tərəfdən, uzun yüzilliklər boyu eyni imperiyaların tərkibində birgə yaşadığımıza və ümumi tarixi-mədəni dəyərlərə sahib olduğumuza, həmçinin bölgədə türk etnik faktorunun əsas amillərdən biri olduğunu nəzərə alaraq, əfqan bölgəsində baş verən hadisələrə bizim müdaxilə haqqımız daha çoxdur. Ən əsası isə, biz bir dövlət olaraq Azərbaycan Səfəvi dövlətinin siyasi varisi kimi bu torpaqlarda barışın və təhlükəsizliyin yaranmasında qarant rolunda çıxış etməliyik. Bu, digər dövlətlərdən daha çox, bizim mənəvi haqqımızdır. Bu gün Əfqanıstanda olan azərbaycanlı sülhməramlı qüvvələrin missiyası davam etməli, daha da genişləndirilməli, digər tərəfdən orada yaşayan türksoylu, xüsusilə də azərbaycan kökənli əhalinin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün real imkanlardan istifadə olunmalıdır. Çünki dünya azərbaycanlılarının yeganə müstəqil dövləti Azərbaycan Respublikasıdır. Bu gün əfqan rejimi öz azərbaycan kökənli vətəndaşlarını qorumaq iqtidarında deyilsə, bu bizim haqqımızdır...”-deyə tarixçi vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ