Bazar günü günü, 15 noyabr 2026
     

Jirinovski şərqşünas idi, "yeniçərişünas" oldu...

Image


Türk düşməni, Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jrinovski yenə də cəfəng fikirlərlə həm özünü yorur, həm də insanları bezdirir. Deyirlər ki, dəyirman öz işindədir, çax-çax baş ağrıdır.

Jirinovski elə iddialarda bulunur ki, adam məəttəl qalır. Türk xalqına qarşı indiyə qədər atdığı çirkablardan, böhtanlardan doymayan kloun Jirinovski indi də elə cəfəngiyyat səsləndirib ki, bişmiş toyuğun gülməyi gəlir. O iddia edib ki, guya ruslar həmişə türklərə qalib gəlirmiş (?), sonradan türklər güclənib. “Başa düşdülər ki, bizim ordunun gücü nədir. Bizim ordunun gücü milli iradədədir. Ona görə də bizim uşaqları götürüb 20 il bəslədilər, onlara hərbi təlimlər keçdilər, xüsusi ordu yaradıb adını da Yeniçəri qoydular”. Bu, Jirinovskinin növbəti sərsəmləməsindən sitatdır. Onun cəfəngiyatından belə çıxır ki, guya Osmanlının (Türkiyə) məşhur Yeniçəri ordusu “rus uşaqlarından” ibarət imiş. Bunun tamamilə absurd olduğu məlumdur, heç vaxt Yeniçəri ordusu “rus uşaqlarından” ibarət olmayıb. Tarixçilərin verdiyi bilgiyə görə, Yeniçəri Ordusunda ermənilərdən başqa əksər millətlərin nümayəndələri təmsil olunub və orada ümumiyyətlə milliyyət söhbəti olmayıb. Bu orduda əsasən etnik albanlar, bosniyalılar, bolqarlar, yunanlar, gürcülər, serblər olub. Osmanlı İmperiyasının genişlənməsi ilə birliklərini yenidən təşkil etmək, əsas zərbə qüvvəsi olaraq nizamlı piyada birlikləri yaratmaq lazım gəlirdi, bu səbəbdən də Yeniçəri Piyada Qoşunu 1365-ci ildə Türk sultanı I Murad tərəfindən yaradılıb.

  • “...Bu cür çərənləmələri və sərsəmləmələri ilə təmsil etdiyi dövləti tamamilə rüsvay edir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli bizimlə söhbətində bildirdi ki, türklərin dünyanın ən cəngavər, ən döyüşkən ordular quran xalqlarından biri olduğu bütün dünyaya məlumdur. Hunlar, Oğuzlar, Səlcuqlar, Osmanlılar, Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular, Qəznəvilər, Əfşarlar, Qacarlar və bütövükdə türk dövlətlərinin timsalında açıq görürük ki, türklər at belində böyüyüblər, cəngavər və döyüşkən ruha sahibdirlər. “Bütün dünya türk xalqının döyüşkənliyini, cənagəvərliyini, əlində qılınc, ox olduğunu, cənglər etdiyini çox yaxşı bilir və qoca tarix türkün ruhunu, əzmini hər zaman dünyaya xatırladır. Biz Türkiyənin, Azərbaycanın, eləcə də başqa türk xalqlarının əsgərlərinin timsalında bunu görürük. 44 günlük müharibədə də Azərbaycan türklərinin döyüşkənlik ruhu, cəngavərliyi bir daha özünün tarixi təsdiqini tapdı”.

Jirinovskinin fikirlərini mənasız və əsassız sayan F.Ələkbərlinin sözlərinə görə, Osmanlının Yeniçəri ordusu ilə bağlı onun dedikləri uydurmadır. “Osmanlı ordusunda da, başqa türk dövlətlərinin ordusunda da qeyri-türklər vardı, amma türklər döyüşməyi onlardan yox, onlar döyüşməyi türklərdən öyrəniblər. Bilirsiz ki, Yeniçəri ordusu üçün yetişdirilən döyüşçülər kimsəsiz uşaqlardan ibarət idi və onlar xüsusi olaraq yetişdirilirdilər, onlara döyüşməyi türklər öyrədirdi. Məsələn, biz əgər konkret olaraq slavyan xalqlarını götürsək, görərik ki, slavyanlar ox atmağı, qılınc oynatmağı, döyüşməyi, döyüş taktikalarını türklərdən öyrəniblər. Slavyanların özünün döyüşməyi türklərdən öyrınməsi bir tarixi gerçəklikdi, bunu cəfəngiyyatlar ustası Jirinovski də yaxşı bilir, sadəcə, həqiqəti inkar edib miflər yaratmaqla, xəyallar qurmaqla məşğul olur.

Xəzərlər dövləti dövründə Kiyevdə slavyanların bir dövləti yarandı. Əslində Kiyev dövləti sırf slavyan dövləti də deyildi, bunun yarısı xristian qıpçaq türklərindən, yarısı isə slavyanlardan ibarət idi. Bu dövlətin isə X-XI əsrlərdə daha fəal şəkildə ortaya çıxdığını görürük.

Osmanlı dövlətinin əsas qurucusu kaylar idi, amma burada kınıklar da, əfşarlar da vardı. Osmanlıda əsasən kaylar və digər türk-oğuz boyları idi. Düzdür,  xristian qıpçaqlar da vardı. Əslində Yeniçəri deyilənlərin tərkibi əsasən xristianlığı qəbul etmiş türklərdən ibarət idi, aralarında slavyanların - serblərin, xorvatların olması da istisna edilmir, onlar da vardı, amma çoxluq deyildilər. Bolqarlar, macarlar, qaqauzlar xristanlığı qəbul etmişdilər, Osmanlı Yeniçərləri arasında bu cür xristian türkəri də az deyildi”.

F.Ələkbərli deyir ki, çar Rusiyasının ortaya çıxmasında və böyük imperiyaya çevrilməsində Osmanlı ordusunda xidmət edən xristian türk yenicərilərin xüsusi rolu olub. “Əgər xristian türklər olmasaydı, çar Rusiyası böyük bir imperiyaya çevirilə bilməzdi. Suvorov, Kutuzov kimi türk mənşəli xristian sərkərdələrin, eləcə də müsəlman sərkərdələrin çar ordusunun böyüməsində böyük xidmətləri olub. Müasir Rusiya ordusunda da əsas rolu türklər oynayır. Bu baxımdan, Jirinovski tarixi azdan-çoxdan oxusaydı, dürüst öyrənə bilsəydi bilərdi ki, türk olmadan Rusiyanın, slavyanların tarixi yoxdur. Jrinovski bu cür çərənləmələri və sərsəmləmələri ilə təmsil etdiyi dövləti tamamilə rüsvay edir. Dünya qəbul edir ki, dünyada dəyikliklərin olması, döyüşkənlik ruhunun mövcudluğu əsasən türklərin adı ilə bağlıdır.

Görürük ki, müasir dövrdə də yeni döyüş taktikaları məsələsində, yeni nəsil silahların istehsalı və istifadəsində türk dövlətləri öndədir”-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ