Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan Prezidentinin Kəlbəcər və Laçından verdiyi mesajlar yenə Ermənistanı qarışdırdı

Image


Bu günlərdə Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına reallaşan səfəri, bu yerlərdə verdiyi açıqlamalar, təmılini qoyduğu yeni inşaat müəssisələri Ermənistanda da xüsusi diqqətlə izlənilir. Xüsusən də Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində - Murov dağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması indi Ermənistanda böyük əndişə doğurur.

Məlumat üçün bildirək ki, Göygölün Toğanalı kəndi və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Dövlət başçısının tapşırığına əsasən, avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq, Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib. Dövlət başçısı Kəlbəcərə səfəri çərçivəsində bu tunelin təməlini qoyub. Məsələ ilə bağlı Ermənistanın “1in.am” nəşri qeyd edir: “Azərbaycan Prezidenti İlham Əliyev həyat yoldaşı ilə birlikdə Azərbaycanın nəzarəti altına keçmiş Laçın və Kəlbəcərə səfər edib. İlham Əliyev Laçın rayonunda tikilən beynəlxalq hava limanının inşasını izləyib, həmçinin Laçın rayonundan Kəlbəcər rayonuna çəkilən tunelin təməlqoyma mərasimində iştirak edib. Birincisi, İlham Əliyev bir tərəfdən, belə desək,”sülh rəqabəti” rejiminə hazırlaşır, digər tərəfdən, gələcək müharibələrə də hazırlıq görür. Laçın rayonundan Kəlbəcər rayonuna çəkilən tunel, şübhəsiz ki, hərbi infrastruktur əhəmiyyətinə də malikdir, bunu anlamaq üçün xəritəyə baxmaq kifayətdir. Məsələ burasındadır ki, Qafqazda regional birgəyaşama rejimi bir sıra obyektiv və subyektiv şərtlərə görə ümumiyyətlə bir az Qafqaz ölkələrindən asılıdır. Qafqazın hərbi-siyasi rejimi fövqəldövlətlərin, regional dövlətlərin münasibətinin “əsir”i olacaq və bu münasibətdən asılı olacaq. Buna görə də bu münasibət sülhə, davamlı, uzunmüddətli sülhə gətirib çıxara bilər, lakin həm də regionu müxtəlif miqyas və xarakterli permanent hərbi toqquşmalara gətirə bilər. Ən azından, yeni bir dünya nizamı ətrafında konturu çəkilən sabit razılaşma və regional təsirin bölüşdürülməsinə dair yeni razılaşma olmadığı müddətcə bu belə olacaq. Azərbaycan, Ermənistandan fərqli olaraq, bütün proseslərə əvvəldən hazırlaşır”.

Erməni ekspert Edik Bağdasaryan da Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri ilə bağlı maraqlı açıqlamalar verib: “İlham Əliyev bu qədər özündən əmin şəkildə danışır. Səbəbsiz də deyil. Çünki görür ki, Ermənistan sərhəddə demək olar heç nə etmir. O, Ermənistanın səngərlərini, mühəndis işlərini görür. Nə qədər jurnalistlərə sərhədə getməyi qadağan etsəniz də, nə qədər sorğulara ümumiyyətlə cavab verməsəniz də, fərqi yoxdur, azərbaycanlılar hər şeyi görürlər, onlara lazım olursa, hər bir santimetrdə irəliləyirlər”. Bağdasaryan bildirib ki, Ermənistan hakimiyyətinin üçüncü qüvvəni sərhədə cəlb etmək niyyəti iflasa uğrayıb və bu, Azərbaycan üçün daha əlverişlidir. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin necə qorunmalı olduğuna dair özünün sayca üçüncü və əvvəlkilərdən tam fərqlənən planını irəli sürüb. O, hökumətin iclasındakı çıxışı zamanı Ermənistanın Azərbaycanla sərhədin “bəzi hissələrinin” mühafizəsini ölkənin Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına həvalə etməyə hazırlaşdıqlarını bildirib. Baş nazir bu planı hökumətin 2021-2026-cı illər üçün proqramını təqdim edərkən açıqlayıb: “Bizim proqram və plan bundan ibarətdir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tezliklə sərhədin daha çox hissəsini nəzarətinə götürəcək - həmin hissələrə nəzarətin Silahlı Qüvvələr tərəfindən onlara təhvil verilməsindən sonra. Bu planda sərhəd qoşunlarının sayı artırılmalıdır və islahatlar keçirilməlidir”. Xatırladaq ki, bundan əvvəl Paşinyan Azərbaycanla sərhədə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrdən, o cümlədən Fransa və ABŞ-dan sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırmışdı. Daha sonra o, ideyasını yenilədi və bu dəfə Azərbaycanla bütün sərhəd boyu Rusiya sərhəd qoşunlarının dayaq məntəqələrinin yerləşdirilməsi planını irəli sürdü. Paşinyanın bu planını açıqlamasından sonra Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş vilayətinin Əskipara kəndində Rusiya sərhəd qoşunlarının bölməsi yerləşdirildi, daha sonra Rusiya sərhədçilərinin vilayətin digər həmsərhəd kəndlərində də göründüyü məlum oldu. İndi isə Paşinyan tamamilə fərqli plan irəli sürür və Azərbaycanla sərhədin “bəzi hissələrinə” tezliklə erməni sərhədçilərinin yerləşdiriləcəyini deyir. Qeyd edək ki, Azərbaycan hələ bir neçə il əvvəldən Ermənistanla sərhədin Qazax rayonu istiqamətindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının bölmələrini yerləşdirib.

İndi erməni tərəfində baş verənlər sərhədin delimitasiyası ilə bağlı prosesin getdiyi və Ermənistan iqtidarının, daxili ictimaiyyətə yönələn sərt ritorikasına rəğmən, buna razılaşdığı, yaxud məcbur olduğu ehtimalını önə çıxarır. Çünki İrəvan ordunu geri çəkir və rus hərbçilərini gətirə bilmədiyi bölgəyə öz sərhədçilərini yerləşdirirsə, delimitasiya prosesindən sonrakı dövrə hazırlıq getdiyini demək olar. Bu kontekstdə Prezident İlham Əliyevin sərhəd probleminin yaşandığı Kəlbəcərə üçtərəfli işçi qrupun Moskva görüşündən öncə səfər etməsi və sərhədlə bağlı qəti mövqe sərgiləməsi diqqət çəkir: Bakı bununla bütün tərəflərə geri çəkilməyəcəyinin, lazım olacağı təqdirdə, daha sərt tədbirlərə əl atacağının mesajını verdi. Artıq bunu İrəvanda da nəzərə alırlar. Erməni politoloq Armen Ayvazyan da qeyd edir ki, Azərbaycan istəyinə nail olacaq: “İlham Əliyev kommunikasiyaların blokadadan çıxarılmasının və Zəngəzur dəhlizinin nə üçün ona lazım olduğunu açıq və birbaşa şəkildə deyir. Ona lazımdır ki, azərbaycanlıları Zəngəzur və Basarkeçərə qaytarsın. İlham Əliyev bildirib ki, bu problemi növbəti mərhələdə həll edəcək. Qara bir gündə türklər kütləşmiş Ermənistanın bu vilayətlərini ələ keçirməyi bacarsa, şübhə yoxdur ki, onlar İrəvana da azərbaycanlıları qaytarmaq məsələsini gündəmə gətirəcəklər”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ