Bazar günü günü, 15 noyabr 2026
     

Laçın və Kəlbəcər: yeni hədəflər

Image


Bir ömür bəs etməz səni duymağa,
Yüz ömür, min ömür az olar, Vətən.
Yenə baş əyərik gözəlliyinə,
Yenə gül açılar, yaz olar, Vətən.
(Z.Yaqub, “VƏTƏN”)

 

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza növbəti dəfə səfər edib. Laçına təkrar, Kəlbəcərə ilk dəfə olmaq etibarı ilə bu səfərin zamanlaması, səfər müddətində verilən ismarıclar, açılışı olan tikililər, müəssisələr, bir sözlə, səfərin “A”-dan “Z”-yə hər məqamı bir hadisədir! “Zamanlama” demişkən, son ilyarım-iki il içində bu sözü tez-tez işlətmiş ola bilərik, şükür Tanrıya, zaman bizə işlədi, artıq “o gün (zaman) bu gündür (zamandır)” və rəqibimiz də uğursuz dövlət yox, uğurla yarışdığımız zamanın özüdür.

Özəlliklə, işğaldan azad olunmuş torparlarımızda, mürəkkəb relyefə, dərin dərələrə, yüksək dağlara malik ərazilərimizdə böyük infrastuktur layihələri icra etmək qürurvericidir. Sovet hökuməti özünün bütün mövcudluğu dövründə Laçına, Kəlbəcərə, külli-Qarabağa təmin edə bilmədiklərini müstəqil Azərbaycan dövləti çox qısa müddət içində icra etməyə başlayıb. Laçın, Kəlbəcər heç vaxt malik olmadıqlarına malik olacaq! Kəlbəcərin, Laçının, külli-Qarabağın 30 ilə yaxın davam etmiş işğal illərində aldığı yaraları göz önzündə tutsaq, indi baş verənlər qeyri-mümkünün mümkün olması dərəcəsində işlərdir. İlham Əliyev deyir və edir! Azərbaycan Prezidentinin sözünün qüdrətini bilənlər bilir, bilməyənlər yaxud etiraf etməyən bədxahlar da, “bunu da bacardı”, “bu da oldu”, “durdura bilmirik” şəklində düşünməyə-daşınmağa məcburdur.

Azərbaycanın dövlət başçısının Kəlbəcərdə, Laçında çıxışları, verdiyi ismarıclar məhz müzəffər ordunun Ali Baş Komandanının çıxışı, ismarıcıydı. Azərbaycan Müdafiə Nazirliyinin Qarabağda müvəqqəti yerləşmiş “sülhməramlıları”na rəsmi xəbərarlığından və Xarici İşlər Nazirliyimizin İran səfirini çağırıb, “nota” təqdim etməsindən, üstəlik, Prezidentin “CNN Türk”ə hadisə müsahibəsindən sonra Kəlbəcər-Laçın səfəri və orada səsləndirilən fikirlər lap yerinə düşdü. Prezident bölgədə hazırkı hərbi-siyasi durumu dəqiq qiymətləndirdi, məğlubiyyətə məhkum Ermənistana və onun ziyanlı havadarlarına ünvanlanmış ismarıcları dövlətimizin əldə etdiyi nəticələri, malik olduğumuz gücü və gələcəkyönümlü planlarımızı ifadə edir. Bu planların detalları tam olaraq açılmasa da, hədəf, yön, yol aydındır: Azərbaycan öz haqq-hüquqlarını bir kimsəyə güzəştə getməyəcək, haqq etdiklərimizi sökə-sökə alacağıq. Haqqımıza girənlərin cəzası ağır olacaq! Və tikəcək, quracaq, xarüqələr yaradacağıq!

Kəlbəcər və Laçının coğrafi konumu, mürəkkəb relyefi məlumdur. Nəzərə alsaq ki, bu mürəkəb relyef orada müdafiə olunançün əlverişli, üzüyuxarı əks-hücumda olan tərəf üçün çox əlverişsiziydi. – 44 günlük müharibədə (Ağdam da daxil olmaqla), məhz Laçın və Kəlbəcərin genişmiqyaslı döyüşlər olmadan azad edilməsi, bu anlamda, yüksək dəyərə malikdir. Azərbaycan Prezidentinin diplomatik hünəri, şanlı Ordumuzun gücü, 44 gün içində əldə edilmiş uğurlu hərbi nəticələr işğalçını (və onun havadarlarını!) məcbur etdi ki, anlaşmaya gəlsin, üç rayonu tərk etsin. Biz Kəlbəcərdə döyüşlərin ilk günlərində irəliləyişlərə nail olmuşduq, (Murov dağı və ətrafında strateji yüksəklikləri azad edib, düşmənin Basarkeçər-Kəlbəcər yolundan istifadəsinin qarşısını almış, bir sözlə, düşmənin hərəkətlərini məhdudlaşdırmışdıq); Ordumuzun igid aslanları düşmənin təsəvvür etmədiyi uğurlar qazanmışdı, ancaq o uğurları Kəlbəcərin bütün ərazisi boyu davam və inkişaf etdirmək çoxsaylı itkilər olmadan qeyri-mümkün idi. Bax, hərbi-siyasi yolun təntənəsi məhz bu məqamda öz aydın cavabına qovuşur. – Müharibə ilə islah edirik, danışıqlarla diktə edirik! Müharibədən öncələrdən əldə edilmiş iqtisadi nəticələrlə bu gün tikirik-qururuq. Məğlub ölkə hələ ayılmayıb, hələ eşələnir, hələ içəridə bir-biri ilə didişir, Azərbaycan isə torpaqların azadlığından abadlığına doğru hər gün irəliləyir. Torpaq yolu, körpü, tunel, dəmir yolu, hava limanı... – bizi kimsə durduramaz! Yolumuz açıqdır! İndi Ermənistan adlanan əzəli Azərbaycan torpaqlarında tıxanmış yolları, kommunikasiyaları da açacaq, açdıracağıq! Torpaq bizimdir, tarix bizimdir, gələcək də bizim olmalıdır. Ermənistan müvəqqəti narahatçılıqdır.

Prezidentin Kəlbəcərdə dediyi sözdür: “Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq”! – Bu qüruru yaşadan dövlətimizə, dövlət başçımıza, ordumuza çox minnətdarıq! – Bu sözlər, qətiyyətin ifadəsidir, siyasi və hərbi-strateji ortamın bizim nəzarətimizdə olmasının ifadəsidir və Ermənistanda cücərdilməyə başlanan “əvəzçıxma” meyllərinə verilən aydın cavabdır, ismarıcdır.

Kəlbəcər, Laçın 90-cı illərdəki Kəlbəcər, Laçın deyil! Talanmış ola bi­lərlər, ancaq siyasi iradə, hərbi güc, dövlət-xalq birliyi dövlət sərhəd­lərinin etibarlı qorunmasını təmin etmək gücündədir. Qarabağda məskun­laşmış ermənilərinsə tək bir yolu var: ağlını başına toplayıb, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə edərək, adam balası kimi yaşamaq! Əks təqdirdə: separatçılıq, oyun oynamaq, hoqqa çıxarmaq onların həyatını qaraldacaq, bir də Azərbaycan üzü görməyəcəklər.

Bəli, müzəffər Ordumuz öz Ali Baş Komandanının başçılığı ilə işğalçının “qalib ədası”nı sıfırlayıb, “qüdrətli erməni ordusu mif”ini sıradan çıxarıb, erməni generallarının, “Ermənistanın Milli Qəhrəmanları”nın yaxasındakı qiymətli metaldan hazırlanmış orden-medalların bir qara qəpiyə dəymədiyini sübut edib. Hamıya məlum dünya erməniliyinin davamlı, arasıkəsilməz dəstəyi, ATƏT-in həmsədr ölkələri başda olmaqla, davamlı, arasıkəsilməz siyasi, hərbi dəstək və s. işğalçının haqq etdiyi Dəmir Yumruğu yeməsinin qarşısını ala bilmədi. Azərbaycan Ordusu yalnız “keçilməz Ohonyan xətti”ni keçməyib, “tovariş-müsyö-ser” siyasi-diplomatik xəttini də keçib! “İskəndər-M” qarışıq nə qədər silah-sursatın nümunələri “Hərbi Qənimətlər Parkı”mızdadır. Cəmi 44 gün içində 10 min fərarisi olan Ermənistan ordusunun mənsubları, o fərarilərin qoyub getdiyi hərbi təyinatlı texnikaların hazırki vəziyyətini, koordinatlarını internetdən izləyə bilər: Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, “8 Noyabr” prospekti, Xəzər qıyısı, “Hərbi Qənimətlər Parkı”... Həncəridir? Orta hesabla hər günə 227 fərari, bir o qədər də zərərsizləşdirilmiş hərbçi “istehsal” edən Ermənistan ordusunun mənsubları, Ermənistanın hərbi-siyasi rəhbərliyi və də bütün erməniyanlılar düşünə-düşünə qalıb: 44 gündə Azərbaycan ordusunda bir əsgər belə fərarilik etməyib, tək bir əsgər! Bəs bu açıq ara fərq necə yarandı? – cavabı Kəlbəcərdə verildi: “Erməni generalları “tuşonka” satandır”. Prezidentin bu mövzuda möhür sözlərindən biri də, “Fərarilər, satqınlar, cəlladlar, qorxaqlar - onlar ancaq əliyalın əhali ilə müharibə apara bilərlər” oldu.

Azərbaycan lideri guya “ermənilər qədim tarixə və mədəniyyətə malikdir, Qafqazda mədəniyyət ocağıdır” mifinin nə qədər əslsiz olduğunu da Kəlbəcərdə həqiqətlərin dili ilə ifadə etdi: yerlə yeksan olunmuş şəhər və kəndlər, dağıdılmış qəbirlər, sökülmüş dini ibadət yerləri – düşmənin əsl simasını göstərir. – Belə “mədəniyyət”, belə “qədimlik”, belə “ocaq”mı olur?..

Başqa bir məsələ: işğal dövründə ölkəmizin təbii sərvətlərini, o cümlədən qızılımızı talayan xarici şirkətlərin cinayətləri, bu sırada ekoloji cinayətləri barədə Prezidentin təsbitləri və yol xəritəmizi göstərməsi də Kəlbəcər-Laçın açıqlamalarının ən təsirli məqamları sırasındadır: “bu şirkətlərin iki yolu var – ya təzminat ödəyəcəklər, ya da beynəlxalq məhkəməyə veriləcəklər”.

Nəhayət, infrastuktur layihələri, açılış olan ünvanlar bərpa, quruculuq işlərinin miqyasını, genişliyini ifadə etməkdədir:

-Kəlbəcər və Laçın rayonlarında, Zəngəzurun gündoğar hissəsində aparılan işlər – yarımstansiya fəaliyyətə başladı, Prezident Su elektrik stansiyasının tikintisi ilə tanış oldu, ən önəmlisi – Laçın rayonunda ilk Beynəlxalq hava limanının, iki tunelin təməli qoyuldu.

-700 kilometr uzunluğunda yolların çəkilişi prosesi getməsi (qışa qədər işin təqribən 80 faizi görüləcək)! Heç kəsə sirr deyil ki, bu, bizə imkan verəcək ki, hərbi baxımdan bu bölgələrdə daha da möhkəmlənək...

Ayrıca, ali dövlət rəhbərliyinin pilot layihələr gərəyi Kəlbəcər və Laçın ərazisində arıçılıqla, heyvandarlıqla məşğul olan sakinlərlə görüşməsi, onlara xeyir-dua, ürək-dirək verməsi səfərin yaddaqalan gözəl, səmimi məqamlarındanıydı.

Və sonda: “Biz Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu bizim torpağımızdır”!  “Biz harada lazım bilsək, orada da duracağıq”! “Zəngəzur və Göyçə mahalından zorla qovulan vətəndaşlarımızın tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar”!

Göyçəyə qayıdış bir sonrakı mərhələdə gerçəkləşəcək (inşallah), hələliksə, yalnız mənən deyil, dünya birliyinin qəbul etdiyi hüquqlarla da bizim olan – işğaldan azad etdiyimiz Zəngilanda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək! – Ağılsız Ermənistanın talan etdiyi yerlərdə ağıllı kəndlər möcüzəvi sayılacaq qədər qısa müddət içində salınıb, qurulub, tikilib!

Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçilib.

Xatırladaq ki, Ağdam şəhərinin baş planı təsdiqlənib, digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda gerçəkləşəcək.

HƏR ŞEY DAHA DA YAXŞI OLACAQ!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

BAYRAĞIMIZ UCA OLSUN!

Əkbər QOŞALI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ