Bazar günü günü, 15 noyabr 2026
     

Prezident tarixi toponimlərimizin də erməni təcavüzündən xilasına rəsmi start verdi...

Image


“Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olub. O cümlədən, Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qaldılar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunun adını dəyişərək ona “Vardenis” adı qoydu. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlansın və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır”. Bunu Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı deyib. 

“Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın “Yerasx” kəndində, onun ətrafında hansısa hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər - Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri” - deyə ölkə başçısı qeyd edib.

  • “Biz tarixçilər də, elm adamları da həm yazılarımızda, həm leksikonumuzda, həm də apardığımız təbliğat işlərində bu məsələni əsas götürməliyik”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Prezident ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər, “Yerasx”-Arazdəyən toponimlərinin bərpa edilməsi məsələsini gündəmə gətirməklə  tarixçilərin, mütəxəssislərin, o cümlədən də cəmiyyətin çiyinlərinə çox mühüm bir missiya qoydu. Q.Hacıyevin sözlərinə görə, artıq göründüyü kimi, rəsmi səviyyədə Qərbi Azərbaycandakı milli toponomik adlarınızın qaytarılması, bərpası hədəflənib. Q.Hacıyevin qeyd etdiyinə görə, uzun illərdir Ermənistan tərəfindən Azərbaycan-Türk mənşəli toponimlərin, yer-yurd adlarının, qədim tarixi şəhərlərimizin, yaşayış məntəqələrimizin adları saxtalaşdırılıb, dəyişdirilib. Azərbaycanlıları öz tarixi yurdlarından didərgin saldıqdan sonra Ermənistan dövləti tarixi şəhərlərimizin adlarını erməniləşdirməyə başlayıb. Azərbaycan xalqının Qərbi Azərbaycana qayıdışının uzaqda olmadığını deyən Q.Hacıyev hesab edir ki, biz öz yurdlarımızın adlarını olduğu kimi yeni nəslə çatdırmalıyıq. “Prezidentin bu mühüm məsələni rəsmən gündəmə gətirməsi və tarixi rayonlarımızın, şəhərlərimizin milli adlarının leksikonumuza daxil edilməsi məsələsini vurğulaması hər birimizin ürəyindən oldu. Bilirsiz ki, Basarkeçər, Zəngəzur, Göyçə, Arazdəyən və başqa qədim yurdlarımızın adı Ermənistan tərəfindən çox eybəcər formada dəyişdirilib. İndi  Ermənistan adlandırılan ərazi Qərbi Azərbaycan torpaqlarıdır. Bütövlükdə, Qərbi Azərbaycan çox böyük ərazini əhatə edirdi. Hamıya məlumdur ki, ermənilər  o ərazilərə XIX əsrin əvvəllərində köçürülüb. XX əsrin əvvəllərində də heç Qərbi Azərbaycanın əksər yaşayış məntəqələrində ermənilər yaşamayıb. Bu barədə məqalələrimizdə də, kitablarımızda da ətraflı məlumat verilib. Tədqiqatlardan açıq görsənir ki, Qərbi Azərbaycandakı bir çox rayonlarımıza, yaşayış məntəqələrimizə ermənilər Sovetlər qurulduqdan sonra köçürülüb yerləşdirilməyə başlayıb. Yer-yurd adlarımızın,  şəhərlərimizin bir qisminin adları ermənilər o ərazilərimizə köçürüldükdən sonra, qalanlarları isə 1988-ci ildə soydaşlarımızın öz doğma yurdlarından deportasiyasının ardınca dəyişdirilməyə, eybəcərləşdirilməyə başladı. Təsəvvür edin ki, 1935-ci ildən 1988-ci ilə qədər 2 mindən artıq toponim Ermənistan tərəfindən rəsmi, saysız-hesabsız toponimlər isə qeyri-rəsmi şəkildə dəyişdirilib. Hətta o yer-yurd, şəhər adlarını camaat arasında da ermənicə səsləndirdilər, bu eybəcər adları leksikonlara daxil etdilər, həm də rəsmən sənədləşməyə saldılar. Hətta iş o yerə çatdı ki, bəzi Azərbaycan tarixçiləri və diplomatları da bu adların mənasına varmadan milli şəhər və rayon adlarımızı erməni dilində ifadə etməyə başladılar. Bu da hər birimizi narahat edən məsələlərdən birdir. Bu gün cənab Prezidentin bu vacib məsələyə diqqət yetirməsi çox təqdirəlayiq haldır və bəzi tarixçilərimiz, diplomatlarımız, siyasətçilərimiz, KİV nümayəndələrimiz  nəhayət ki, Basarkeçərə “Vardenis”, Arazdəyənə “Yerasx”, Qərbi Zəngəzura “Sünik” deməyəcəklər. Həm Qərbi Zəngəzurda, həm Dərələyəzdə, həm Vedibasarda, həmçinin də digər tarixi yerlərimizdə kəndlərin, çayların, göllərin, dağların, bulaqların, meşələrin və sair adları süni şəkildə erməniləşdirilib. Prezident çox doğru olaraq bizim qarşımızda tələb qoydu ki, o adları ermənilərin adlandırdığı eybəcər adlarla adlandırmaq olmaz, onlar öz qədim adları ilə adlandırılmalıdır”.

Q.Hacıyev deyir ki, bütün tədiqiqat işlərində, kitablarda, xəritələrdə və sairdə indiyə qədər yol verilən bütün səhvlər düzəldilməlidir, ən başlıcası isə leksikonumuz təmizlənməlidir. Basarkeçər rayonunun adının qəsdən erməniləşdirildiyini deyən Q.Hacıyevin sözlərinə görə, biz bu gün ermənilərin bütün oyunlarını pozduğumuz kimi, bu saxtalaşdırma aktını da yerdən yerə vurmalıyıq: “ Prezidentimiz cəmi iki rayonumuzun adını çəksə də, ümumi fikir belədir ki, bu bütün rayon və kəndlərimizlə bağlı olmalıdır. Bilirsiz ki, cənab Prezident torpaqlarımız işğaldan azad edildikdən sonra vaxtilə ermənilərin saxtalaşdırdığı şəhərlərimizin, kəndlərimizin tarixi milli adlarını özünə qaytardı. Məsələn, “Madagiz”i Suqovuşan adlandırdı və sair. Biz tarixçilər də, elm adamları da həm yazılarımızda, həm leksikonumuzda, həm də apardığımız təbliğat işlərində bu məsələni əsas götürməliyik. Prezidentimiz rəsmi şəkildə tarixi yer-yurd adlarımızın erməni dilinin əsarətindən xilas edilməsinə statr verdi və biz də böyük məsuliyyətlə bu prosesdə iştirak edəcəyik, təbliğatımızı aparacağıq. Əlbəttə, Qərbi Azərbaycandakı tarixi yer-yurd adlarımızın rəsmən leksikonumuza qaytarılması bizi doğma torpaqlarımıza hər gün bir addım da yaxınlaşdırır”deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ