Bazar günü günü, 15 noyabr 2026
     

Rusiya hakimiyyəti daxilində Qarabağ məsələsinə görə parçalanma?.. Faktlar nə deyir...

Image


Məlumdur ki, son günlərdə Ermənistan Laçın dəhlizi ilə Qarabağa əsgərlər göndərir. Halbuki bu, 10 noyabr üçtərəfli bəyanatına ziddir. Belə vəziyyət Azərbaycanın Qarabağda antiterror əməliyyatlarına başlaması üçün də lazımi əsaslar yaradır. Eyni zamanda, Azərbaycan ən yüksək səviyyəfə bəyan edir ki, Ermənistan öhdəliklərini pozmaqda davam edərsə, ona yeni hərbi dərs verməyə hazırdır.

Qeyd edək ki, bu məsələyə Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində də xüsusi olaraq toxunub: “Əlbəttə, bu, təəssüf ki, doğrudur. Bunu biz bu yaxınlarda təsbit etdik. Bizim Müdafiə Nazirliyi bir neçə gün əvvəl rəsmi açıqlama verdi ki, buna son qoyulsun. Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli bəyanatına ziddir. Təəssüf ki, bugünə qədər davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik. Laçın dəhlizi bizim gözümüzün önündədir. Siz Şuşada olarkən Laçın dəhlizini görə bilərsiniz. Orada bir yer var, yuxarıdan bütün avtomobillər görünür. Oradan məsafə bəlkə də 10 metrdir. Bizim orada, təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik. Bu yaxınlarda bizim mətbuatda bu məsələ ilə bağlı açıqlama verildi, o cümlədən göstərildi ki, son bir ay ərazində - iyulun 11-dən avqustun 8-dək təqribən 5 minə yaxın insan Xankəndidən Ermənistan tərəfinə getdi və qayıtmadı. Yəni oradan 20 min insan çıxdı və 15 min insan oraya girdi. Deməli, biz insanların sayına qədər bilirik. Təbii ki, buna son qoyulmalıdır. Çünki bunun heç bir məntiqi əsası yoxdur. Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik. Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”.

Təbii ki, Ermənistanın bu addımları Rusiyanın sülhməramlı qüvvələrinin missiyasının öhdəsindən layiqincə gəlmədiyini göstərir. Bu da Rusiyanın regionda nüfuzunu əhəmiyyətli dərəcədə sarsıdır. Rusiyanın nədən nüfuzuna zərər vuran belə addımlar atması da olduqca maraqlıdır. Rusiyalı siyasi ekspert Maksim Şevçenko bu xüsusda olduqca maraqlı açıqlamalar verib və baş verənləri Rusiya hakimiyyəti daxilində ziddiyyətlərlə izah edib. O, bu məsələdə prezident Vladimir Putinə qarşı olan qüvvələrin  rol oynadığını da istisna etməyib: “Rusiya prezidenti Qarabağla bağlı aydın və dəqiq mövqeyini ifadə edib. Bu mövqe ondan ibarətdir ki, Qarabağ Azərbaycan ərazisidir. Rusiyanın Ali Baş Komandanının nitqindən başqa mövqe eşidilməyib. Ona görə də Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə Ermənistandan silah və hərbçilər göndərilməsi separatçıların və terrorçuların dəstəklənməsidir”.  Şevçenko Ermənistandan sülhməramlıların nəzarəti altında olan ərazilərə silah və hərbçilərin göndərilməsini həm də Azərbaycanın, o cümlədən Rusiya prezidenti tərəfindən dəfələrlə təsbit olunan suverenliyinin pozulması kimi qiymətləndirdiyini deyib: “Hesab edirəm ki, Ermənistandan sülhməramlılarının nəzarəti altında olan ərazilərə silah və hərbçilərin göndərilməsini hansı lobbiçi qrupların etdiyini araşdırmaq lazımdır. Araşdırmaq lazımdır ki, hansı qruplar bunu edir və niyə edirlər? Rusiyanın siyasi isteblişmentində hərbçi qrupların, erməni lobbiçiləri qrupunun bunu etdiklərini araşdırmaq lazımdır. Dövlət Dumasında Zatulin, Milonov kimilərin rəhbərlik etdiyi erməni lobbiçi qrupların bunu təbliğ etdiklərini yaxşı bilirik. Sözsüz ki, Ermənistandan Qarabağa silah və hərbçilərin göndərilməsi, ilk növbədə, Rusiya prezidentinin mövqeyini sarsıdır”. Şevçenko APA-ya açıqlamasında Rusiyanın siyasi isteblişmentində müxtəlif qrupların mövcud olduğunu bildirib: “Misal üçün, hərbçilər qrupu hər zaman müharibənin tərəfindədir. Xüsusilə də generallar. Əsgərlər müharibədə həlak olur, generallar isə varlanırlar. Belə bir məsəl var, müharibə nə qədər uzun çəksə, bir o qədər çox general olar. Həm də döyüş meydanında generalları ölüm təhdid etmir. Təbii ki, Rusiyada Cənubi Qafqazda, xüsusilə də Qarabağda vəziyyətin sülh, sabitlik yolu ilə inkişafında maraqlı olan qüvvələr də var. Bunlar infrastruktur layihələrinin, Zəngəzur dəhlizinin açılmasının tərəfdarı olanlardır”. Şevçenko Moskva ilə Bakı arasında regionun inkişafı ilə bağlı heç bir fikir ayrılığının olmadığını da qeyd edib: “Düşünürəm ki, hazırda Rusiya ilə Azərbaycan arasında baş verənlər fikir ayrılığı deyil. Bu, öz mövqelərinin möhkəmləndirilməsi oyunudur. Azərbaycan Rusiya üçün mehriban və etibarlı qonşu və tərəfdaşdır. Rusiyanın cənub sərhədində yerləşən Samur keçid məntəqəsindən ticarət axını tam sürətlə həyata keçirilir. Bu, Rusiyanın sərhədlərində azsaylı açıq olan yerüstü dəhlizdir ki, heç bir sanksiya və məhdudlaşdırılmalarla üzləşməyib. Rusiyanın bütün Avropa ilə - Polşa, Ukrayna, Finlandiya - hamısı ilə dəhlizi faktiki olaraq bağlıdır. Ona görə də, demək olar ki, Rusiyanın Azərbaycanla münasibətləri eksklüzivdir, tamamilə açıqdır. Mənə elə gəlir ki, bu münasibətlərin perspektivi var. Ona görə də düşünürəm ki, bu gün Moskva ilə Bakı arasında baş verənlər əldə olunan razılaşmaların dəqiqləşdirilməsi və mövqelərin möhkəmləndirilməsidir. Bu, düşmənlərin deyil, bir-birinə simpatiya bəsləyən tərəfdaşların oyunudur. Bu oyunda həm Bakı, həm də Moskva möhkəm mövqelər əldə etməyə çalışır”.

Hazırda Azərbaycan Rusiya sülhməramlılarından Qarabağdakı erməni qüvvələrin çıxarılmasını tələb edir. Bakı burada ötən il müharibəyə son qoyan 10 noyabr bəyannaməsinə istinad edir. Bu sənədin dördüncü bəndini göstərən Azərbaycan bildirir ki, bölgəyə Rusiya sülməramlıları yerləşdirilən kimi erməni qüvvələri Qarabağdan geri çəkilməli idi. Qarabağ üzrə ekspert Tomas de Vaal məsələ ilə bağlı bildirir: “44 gün davam edən müharibədə çox sayda itki verən Ermənistandan çağırılan əsgərlərin hələ də Qarabağda olduğu bildirilir. Onlar sonra Ermənistana qayıtsalar belə, komandanlığı və tərkibi yerlilərdən ibarət olan Qarabağ erməni hərbi birləşmələrinin aqibəti sual altında qalır. Bunların hamısı Rusiya sülhməramlı qüvvələrinin hələ müəyyən olunmamış mandatı məsələsi ilə bağlıdır və Moskva ilə Bakı bu barədə razılığa gələ bilməyib". Rus sülhməramlılarının mandatı sülhün qorunmasını nəzərdə tutsa da, onların fəaliyyəti humanitar problemlərdən tutmuş infrastruktur layihələrədək geniş sahəni əhatə edir. Bu da narazılıqla qarşılanır.

Samirə SƏFƏROVA

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ