Azərbaycan yanğınlarla mübarizə üçün İsrailə kömək etməyi təklif edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi tvitter səhifəsində bildirib.
Məlumatda deyilir: "İsraildəki dağıdıcı yanğınları narahatlıqla izləyirik. Azərbaycan təcili yardım göstərməyə və lazım gələrsə, ölkəyə yanğınla mübarizədə kömək etməyə hazırdır".