Ermənistan Zəngəzur dəhlizində Naxçıvana doğru yalnız dəmiryolunu mümkün saymaqla "tək kommunikasiya "prinsipini yeritmək istəyirlər.
Bu barədə “Bakı-Xəbər” media qrupunun rəhbəri, poltoloq Aydın Quliyev rəsmi Facebook səhifəsində yazıb.
A.Quliyev yazır ki, bunu hələlik nazir səviyyəsində açıq deyərək nəbz yoxlanışı ediblər: "Prezident İlham Əliyev isə "Biz Zəngəzur dəhlizində dəmiryolu ilə bərabər avtomobil yolunun da çəkilməsini tələb edirik" dedi və bununla da üçtərəfli 10 noyabr razılaşmasına tam uyğun olaraq ermənilərin pozucu "tək kommunikasiya" prinsipinə qarşı tutarlı "iki yanaşı kommunikasiyalar" prinsipini çıxardı. Görək, kimin prinsipi sonda öz praktikliyini sübut edə biləcək sualına isə belə cavab vermək olar: "Kimin prinsipi 10 noyabr razılaşmasına uyğun olsa perspektiv onundur"... Nəticəni siz də çıxarın..."