Kəlbəcər-Laçın yolu ən yüksək səviyyədə yenidən qurulacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı deyib.
Dövlət başçısı bildirib:
"Kəlbəcər-Laçın yolu da yenidən ən yüksək səviyyədə qurulacaq. Və indicə təməlini qoyduğum hər iki tunel bu yolu daha da rahat edəcək".