Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycanda ən çox qaçqın yenə Əfqanıstandandır

Image


Artıq paytaxt Kabili də tutmaqla Əfqanıstana nəzarəti bütünlüklə ələ alan “Taliban” hərəkatı bu ölkədə hakimiyyətə də yiyələnib. Qeyd edək ki, “Taliban” silahlıları Kabilə döyüşsüz daxil olublar. Taliblər hökumət qüvvələri tərəfindən tərk edilən dövlət binalarını ələ keçirib, prezident Məhəmməd Əşrəf Qan isə istefa verərək ölkəni tərk edib.

Taliblər artıq Kabildə prezident sarayı üzərində öz bayraqlarını qaldırıblar və hakimiyyətin formal olaraq ötürülməsi, islamçılardan ibarət yeni hökumətin formalaşdırılması prosesi gedir. Bununla yanaşı, “Taliban” bəyan edib ki, şəhərdən çıxmaq istəyən hər kəsin hüququ təmin ediləcək. Artıq Əfqanıstandan böyük bir qaçqın dalğası başlayıb. Baş verənlər Azərbaycanda da diqqətlə izlənilir. Təbii ki, Əfqanıstanla bağlı diqqət çəkən əsas məqam bu ölkədə Azərbaycanın sülhməramlı hərbçilərinin fəaliyyət göstərməsidir. Müdafiə Nazirliyinin məlumatına görə, azərbaycanlı hərbçilər 6 aylıq rotasiya planına uyğun olaraq Əfqanıstanda "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasındadır. Azərbaycan ordusu 2018-ci ilin yanvarından missiyaya töhfəsini artırmaq məqsədilə şəxsi heyətinin sayını 120-yə çatdırıb. Missiyanın uyğun komandanlıqlarında təmsil olunmaqla yanaşı, Azərbaycan sülhməramlıları Kabil Beynəlxalq Hava Limanının mühafizəsini də icra edir. Müdafiə Nazirliyinin baş verən yeni proseslərlə bağlı məlumatında isə bildirilir: “Azərbaycan ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir. Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. "Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir". 120 Azərbaycan hərbçisi ilə yanaşı, ABŞ-ın 2 min 500, Almaniyanın 1 min 300, İtaliyanın 895, İngiltərənin 750, Belçikanın 72, Macarıstanın 8, İspaniyanın 24, Türkiyənin isə 500 hərbi qulluqçusu sülhməramlı missiyasını yerinə yetirirdi. Lakin bu ölkələrin bir çoxu artıq ordusunu geri çəkib.

Qeyd edək ki, hələ mayın əvvəllərində Azərbaycan Müdafiə Nazirliyi sülhməramlılarının Əfqanıstandan çıxarılması planlarını açıqlamışdı. Ancaq rəsmi qurumlar azərbaycanlı hərbçilərin ölkədən çıxarılma tarixi ilə bağlı heç nə deməyib. Hərbçilərimiz hələ ki, Əfqanıstanda missiyalarını icra edir. Bununla yanaşı,  Əfqanıstandan çıxan vətəndaşlarla bağlı məqamlar da Azərbaycanın diqqət mərkəzində yer alır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının "Qlobal tendensiyalar – 2020-ci il ərzində zorla didərgin salınmalar" adlı hesabatına görə, hazırda dünyada 2.6 milyondan çox əfqan qaçqın həyatı yaşayır. Bu göstərici ilə Əfqanıstan Suriya (6.7 milyon nəfər) və Venesueladan (4 milyon nəfər) sonra dünyada üçüncü yerdə qərarlaşır. Azərbaycandakı qaçqınların sayı ilə bağlı sonuncu rəqəmlər 2019-cu ildə açıqlanıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, 2019-cu ilin iyununda ölkədə 1096 qaçqın qeydiyyatda idi. Azərbaycanda sığınacaq axtaran 848 əcnəbi ilə birlikdə sözügedən təşkilatın mandatı altında gələnlərin ümumi sayı 1944 nəfərə bərabər idi. Həmin 1944 şəxsin 1206-sı, yəni Azərbaycandakı qaçqınların 62 faizi məhz Əfqanıstan vətəndaşları idi. Əvvəlki illərdə də Azərbaycana çox sayda əfqan vətəndaşı qaçqın olaraq gəlmiş və onların bir hissəsi üçüncü ölkələrə keçmişdi. Bu baxımdan, Əfqanıstanda hakimiyyətin radikal qrupların əlinə keçməsindən sonra ölkədən yeni qaçqın axını qaçılmazdır. Bu qaçqınların bir hissəsinin də, öncəki illərdə olduğu kimi, Azərbaycana gəlmək üçün müraciət edəcəyini ehtimal etmək olar.

Azərbaycan və Əfqanıstan arasında ticarət əlaqələri də mövcuddur. İki ölkə arasındakı ticarət dövriyyəsinin mütləq əksəriyyəti Azərbaycanın Əfqanıstana ixracından ibarətdir. Dövlət Gömrük Komitəsinin statistikasına görə, 2020-ci il ərzində Azərbaycan və Əfqanıstan arasındakı ticarət dövriyyəsinin həcmi 37 milyon 756 min manata bərabər olub. Bu vəsaitin 37 milyon 725 min manatını Azərbaycanın Əfqanıstana ixracı təşkil edir. Pandemiyadan öncə, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2020-ci ildəki göstəricidən təxminən iki dəfə daha çox - 82.7 milyon dollara bərabər idi. Azərbaycanın Əfqanıstana ixrac etdiyi məhsullar arasında kerosin yanacağı, yüngül distilyatlar, butan qazı kimi neft və qaz məhsulları ilə yanaşı, şəkər, süd və qaymaq kimi qeyri-neft məhsulları da var. Onu da qeyd edək ki, Azərbaycan və Əfqanıstan arasında diplomatik münasibətlər 1994-cü ildən mövcuddur. Əfqanıstanın Azərbaycandakı səfirliyi 2012-ci ildən fəaliyyət göstərir. Azərbaycanın Türkmənistan Respublikasındakı səfiri isə həm də Əfqanıstan səfiri vəzifəsini yerinə yetirirdi. Ancaq Azərbaycanın Əfqanıstanda ayrıca səfirlik açması da planlaşdırılırdı. Bununla bağlı 2021-ci ilin yanvarında Prezident İlham Əliyev sərəncam imzalamışdı. Bu il iyulun 29-da isə Azərbaycanın Türkmənistan və Əfqanıstandakı səfiri Həsən Zeynalov Əfqanıstan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılmışdı. Həmin gün imzalanan digər bir sərəncamla İlham Məmmədov Azərbaycanın Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi. İndi “Taliban” hərəkatının ölkəyə gəlişindən sonra proseslərin necə cərəyan edəcəyi xüsusi maraq doğurur. İstisna olunmur ki, “Taliban” hərəkatı haimiyyətdə qalsa, Azərbaycan bu yeni iqtidarla da əlaqələr qursun. Çünki artıq dünya ölkələri, o cümlədən Türkiyə, Pakistan kimi Azərbaycanın strateji tərəfdaşları da “Taliban” hərəkatını qəbul edir.

Nahid SALAYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ