Cümə axşamı günü, 01 oktyabr 2026
     

Vətən Müharibəsi İştirakçılarının Hüquqlarını Müdafiə Birliyi əsas hansı problemi həll edəcək... - MÜSAHİBƏ

Image


“Əsas məqsədlərimizdən biri də onların arzu və istəklərini, qayğılarını Vətən müharibəsi iştirakçılarının yaratdığı bu təşkilat vasitəsilə yuxarı orqanlara çatdırmaq və həllinə nail olmaqdır”  

Bildiyimiz kimi, bu günlərdə Vətən Müharibəsi İştirakçılarının Hüquqlarının Müdafiəsi İctimai Birliyi təsis edilib. Birliyin sədri, Vətən müharibəsi qazisi Nahid Salayev müsahibimizdir. 

- Nahid bəy, bu təşkilatı yaratmaqda əsas məqsədiniz nə olub?

- Əsas məqsədimiz Vətən müharibəsi iştirakçıları və qazilərin problemlərini işıqlandırmaq, onlara dəstək olmaqdır. Eyni zamanda da onları daha çox maarifləndirmək və hüquqlarının müdafiəsində rol oynamaqdır. Bilirsiz ki, Vətən müharibəsindən sonra müharibə iştirakçılarımız və qazilərimiz bir sıra problemlərlə üzləşir. Bu problemlərin həll olunması üçün fərdi qaydada yox, Vətən müharibəsi iştirakçılarının birgə dəstəyi ilə köməklik göstərməkdir. Vətən müharibəsi iştirakçılarını bir təşkilatda cəmləmək, təbii ki, böyük bir məsuliyyət tələb edir. Amma bizim əsas məqsədimiz qazilərlə, Vətən müharibəsi iştirakçıları ilə dövlət strukturları, eləcə də digər təşkilatlar arasında bir körpü rolunu oynamaqdır. Məqsədimiz konkret olaraq xaotik yox, daha sanballı və daha təşkilatlanmış formada öz problemlərimizi işıqlandırmaqdır. Təbii ki, dövlətimizin bizə dəstəyi böyükdür. Bu dəstəyə nail olmaq üçün xaotik formada çıxışlar edib istəklər bildirmək effekt vermir. Bəzi hallarda kimlərsə narazı qalır, bəzi hallarda kimlərsə inciyir. Amma inanıram ki, bizim yaratdığımız Vətən Müharibəsi İştirakçılarının  Hüquqlarının Müdafiəsi İctimai Birliyi bu probelmlərin aradan qaldırılmasına köməklik göstərəcək.

Qazilərimiz bizim cərgələrdə birləşməklə, təşkilata üzv olmaqla, inanıram ki, problemlərin daha tez həll olunmasına şərait, imkan yaradılmış olacaq.

- Bəzi hallarda qazilərimizin öz problemlərini ifadə etməsi müəyyən təşkilatlar tərəfindən “dövlətdən narazılıq” kimi qələmə verilməyə çalışılır. Buna münasibətiniz necədir?

- Olduqca vacib məsələni qeyd edirsiz. Çox təəssüflə qeyd etmək istəyirəm ki, bəzi hallarda qazilərimizin istəkləri anti-dövlət maraqlarından çıxış edən müəyyən şəxslər tərəfindən xoşagəlməz formada işıqlandırılır, təhrif edilir, bunu Vətən müharibəsi qaziləri ilə dövlət arasında guya hansısa problem kimi qələmə verməyə cəhd edirlər. Onların bu yanaşmaları, təbii ki, tamamilə yanlışdır. Sadəcə, qazilərin, müharibə iştirakçılarının sözlərini, fikirlərini, arzu və istəklərini dövlətə çatdırmaq üçün bir körpü rolunu oynayan təşkilata ehtiyac vardı. Məqsədimiz sırf bu istiqamətdə qazilərlə dövlət arasında istiqamətverici bir formada həm onların müdafiəsi, həm də daha çox maarifləndirici iş aparmaqla problemlərin həllinə yardım göstərməkdir. Ən birinci məqsədimiz budur.

- Səhv etmiriksə, təşkilatda keçmiş döyüş yoldaşlarınız da təmsil olunur. Bu barədə nə deyə bilərsiz?

- Bəli, təşkilatımızın əksər üzvləri mənim döyüş yoldaşlarımdır. Demək istəyirəm ki, Vətən müharibəsində iştirak edən hər kəs bizim döyüş yoldaşımızdır. Bu döyüş yoldaşlarımızın bizimlə birgə bu təşkilatda təmsil olunması həm də bizim fikirlərimizi, məqsədlərimizi həyata keçirmək üçün böyük imkan yaradır. Çünki bizim məqsədimiz dövlətə qarşı gəlmək deyil, sadəcə olaraq dövlətlə Vətən müharibəsi iştirakçıları arasında bir əlaqələndirici rolunu oynamaqdır. Mənə elə gəlir ki, bu təşkilatın özü bir rupordur. Bu təşkilatda döyüş yoldaşlarım da iştirak edir. Həyatda həmişə belə bir devizim olub: dünyada ən möhkəm dostluq, yoldaşlıq, əməkdaşlıq səngər yoldaşlığından irəli ola bilməz. Biz hamımız səngər yoldaşlarıyıq, hamımız ölümün gözünə dik baxmışıq. Mənə elə gəlir ki, bu amal uğrunda birləşən şəxslər məqsədlərinə doğru da inamla irəliləyirlər. Döyüş yoldaşlarımın bu təşkilatda təmsil olunması mənim üçün həm böyük fəxrdir, həm qürurvericidir. Həm də inanıram ki, biz öz məqsədimizə nail olmaq üçün böyük addımlarla irəliləyəcəyik.

- Təşkilatın hazırda nə qədər üzvü var?

- Vətən Müharibəsi İştirakçılarının  Hüquqlarının Müdafiəsi İctimai Birliyi yeni təsis edilməsinə baxmayaraq, 1000-ə yaxın üzvü var. Sıralarımızın daha da genişlənəcəyini gözləyirik. Çünki təşkilatımızın məramı, məqsədi hamıya aydındı. Bütün döyüş yoldaşlarımız da artıq bu sahədə məlumatlanıb. Təşkilatımızın üzvləri də məlumatlıdır ki, bizim birliyimiz konkret olaraq Vətən müharibəsi iştirakçılarına, qazilərimizə həm mənəvi, həm psixoloji dəstək vermək, həm də hüquqlarının müdafiəsi yönündə köməklik göstərmək məqsədilə yaradılıb.

-  Vətən Müharibəsi İştirakçılarının Hüquqlarının Müdafiəsi İctimai Birliyinin qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət etmisizmi?

- Hazırda üzvlərimizin sayı artır, sıralarımız genişlənir. Bu baxımdan, bu yaxınlarda biz təşkilatımızın qeydiyyatdan keçirilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyik. İndi hazırlıq prosesindəyik. Eyni zamanda da sıralarımızın daha da genişləndirilməsi üçün Vətən müharibəsində iştirak edən şəxslər arasında təbliğat işləri aparılır. Dediyim kimi, məqsədimiz qazilərimizə hüquqi, mənəvi, psixoloji dəstək göstərməkdir. İnanıram ki, bu təşkilat qazilərimizin üzləşdiyi problemlərin həll olunmasında kifayət qədər rol oynayacaq. Üzvlərin qəbul olunması prosesi davam edir, ümid edirəm ki, çox yaxın zamanlarda üzvlərimizin sayı minlərlə olacaq.

- Yəqin ki, hədəfinizdə Vətən Müharibəsi İştirakçılarının  Hüquqlarının Müdafiəsi İctimai Birliyinin regional bölmələrini yaratmaq da var. Çünki rayonlarda da bəzi məmurlar tərəfindən yaradılan  bürokratik problemlərlə üzləşənlər də olmamış deyil.

- Regonal bölmələrimiz yaradılacaq. Hazırda təşkilat təşkilati işlərlə məşğuldur, üzvlərimizin sayının artırılması, Ədliyyə Nazirliyinə müraciət etməklə bağlı prosesləri davam etdiririk. Hədəfimiz təşkilatımızın rayon bölmələrini də yaratmaqdır. Çünki Vətən müharibəsi Azərbaycanın hər bir nöqtəsini əhatə edib, hər bir rayonda, kənddə Vətən müharibəsi iştirakçılarımız, qazilərimiz yaşayır. Məqsədimiz təşkilatın regional bölmələrini yaratmaqla regionlarda qazilərimizin və Vətən müharibəsi iştirakçılarımızın üzləşdikləri problemlərin həllinə köməklik göstərməkdir. Bütün bunlar nəzərdə tutulur. Regionlarda yaşayan və bizim təşkilata müraciət edən Vətən müharibəsi iştirakçılarının bizimlə əlaqələrinin əlçatanlığını, rahatlığını təmin etmək üçün regionlarda bölmələrin yaradılması nəzərdə tutulur, bu proses davamlı olaraq həyata keçirilir.

- Bilirsiz ki, bəzi qazilərimiz müəyyən bürokratik əngəllərlə üzləşir. Hələ də bəzilərinin problemləri məmurlar tərəfindən həll edilməyib. Sizin təşkilat onların hüquqlarının müdafiəsi və bərpası istiqamətində hansı işlər görmək niyyətindədir?

- Müharibədən sonra bəzi hallarda qazilərimiz müəyyən problemlərlə üzləşdilər. Bu bəzən bürokratik əngəllər oldu, bəzən isə qazilərimizin öz fikirlərini doğru-düzgün çatdıra bilməməsi ilə bağlı oldu. İnanıram ki, bu problemləri aradan qaldırmaq üçün gələcəkdə bizim təşkilat çox mühüm rol oynayacaq. Çünki məqsədimiz konkret olaraq qazilərimizi öz cərgələrimizdə birləşdirmək, onların problemlərini dinləmək, problemləri dövlətin qəbul edəcəyi bir formada onlara çatdırmaqdır. Eyni zamanda da qarşıya çıxan bürokratik əngəllərə qarşı mübarizə aparacağıq. Mübarizəmiz sırf hüquqi yollarla aparılacaq. Bunu da xüsusi qeyd etmək istəyirəm ki, biz proseslərin gedişində birliyimizin üzvü olan Vətən müharibəsi iştirakçılarının ixtisaslarından da istifadə edəcəyik. Yəni içimizdə hüquqşünaslar varsa, onlar da müdafiə prosesində iştirak edəcək. Amma gələcəkdə qazilərimizin və Vətən müharibəsi iştirakçılarının hüquqlarının müdafiəsi üçün Vəkillər Kollegiyası və digər qurumlarla əməkdaşlıq etməyi qarşımıza hədəf kimi qoymuşuq.

- Qazi və şəhid ailələrinin hüquqlarının müdafiəsi istiqamətində indiyə qədər görülən işlər sizi qane edirmi? Bu sahədə hansı çatışmazlıqlar var ki, siz məhz o istiqaməti diqqətdə saxlayacaqsınız?

- Hazırda qeyd edim ki, qazilərin və şəhid ailələrinin hüquqlarının müdafiəsi istiqamətində indiyə qədər görülən işlər məni müəyyən mənada qane etsə də, çatışmazlıqların olması danılmazdı. Bu çatışmazlıqların yaranmasında bəzi dövlət qurumları, o cümlədən də Vətən müharibəsi iştirakçılarının öz problemlərini doğru-düzgün ifadə etməməsi də müəyyən rol oynayır. Vətən müharibəsində az insan iştirak etməyib, kifayət qədər böyük sayda insan iştirak edib. Bunların isə hamısının problemlərini eyni vaxtda dəyərləndirmək çətindir, fiziki cəhətdən mümkün deyil. Bizim təşkilatın yaranma səbəblərindən biri də o idi ki, Vətən müharibəsi iştirakçılarının və qazilərimizin problemlərinin işıqlandırılmasına biz öz hüquqi dəstəyimizi də göstərək, maarifçilik məsələsində iştirak edək. Bizim gələcəkdə qazilərin istəklərinin həyata keçirilməsi, problemlərinin həll edilməsi istiqamətində addımlarımız  sırf hüquqi müstəvidə olacaq. Yəni əsas məqsədlərimizdən biri odur ki, qazilərimiz öz fikir və istəklərini xaotik şəkildə deyil, aydın şəkildə ifadə etsin. Çünki onlar öz problemlərini doğru-düzgün ifadə edəndə o problemin həll olunması da tezləşir. Məhz bu məqsədlə yaratdığımız ictimai birlik həm də Vətən müharibəsi iştirakçılarının, qazilərin, şəhid ailələrinin problemlərinin işıqlandırılmasında böyük rol oynayacaq, həm də bu kateqoriyadan olan şəxslərin fikirlərinin arzuolunmaz şəxslər tərəfindən təhrif olummasına imkan verilməyəcək. Məqsədimiz dövlətlə Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri arasında incikliyin yaradılmasına heç cür imkan verməmək, problemlərin həllinə töhfə verməkdir. Bu bizim təşkilatın əsas məramlarından biridir.

- Şəhid övladlarının sosial-mənəvi, hüquqi problemlərinin həlli istiqamətində nə kimi addımlar atmaq niyyətindəsiniz?

- Vətən müharibəsi tariximizə şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı ilə yazılmış bir Zəfər salnaməsidir. Bu Zəfərin qazanılması Ali Baş Komandanın əmri ilə ayağa qalxan, birlik nümunəsi göstərən Azərbaycan xalqının, Azərbaycan vətəndaşının Zəfəridir, biz bunu fəxr hissi ilə qeyd edirik. Məhz bu proseslər zamanı, bildiyimiz kimi, Azərbaycan 3 minə yaxın şəhid verib, ruhlarını ehtiramla yad edirik, xatirələrini əziz tuturuq. Bu kateqoriyadan olan insanların ailə üzvlərinin sosial problemlərinin həll olunması, onların işıqlandırılması qarşımızda duran əsas vəzifələrdən biridir. Çünki bildiyimiz kimi, dövlət onların problemlərinin həllinə kifayət qədər diqqət ayırır. Amma bəzi hallarda müəyyən bürokratik əngəllər incikliklər yaradır. Məhz bu xırda problemlərin də olmaması üçün təşkilatımız bütün gücü ilə çalışacaq. Mənə elə gəlir ki, bu problemlərin həllində, bu proseslərdə vahid platforma ilə çıxış edən təşkilatımız həqiqətən də böyük rol oynayacaq. Ona görə ki, istəklərin, arzuların yerinə yetirilməsində, şəhid ailələrinin və qazilərin üzləşdikləri çətinliklərin həll olunmasında bizim təşkilatımız komplektləşdirilmiş bir formada önəmli rol oynayacaq. Gələcəkdə müəyyən qurumlara, dövlətin qanunverici və icra orqanlarına öz  təkliflərimizi verəcəyik, bu istiqamətdə müraciətlər edəcəyik. Fikrimcə, təşkilatımız həm hüquqi, həm maarifçilik müstəvisində böyük nailiyyətlər əldə edəcək. İnanıram ki, bizim də bu dövlətin, bu vətənin, bu xalqın, qəhrəmanlarımızın qarşında bir borcumuz var - həmişə onları diqqətdə saxlamaq. Əsas məqsədlərimizdən biri də onların arzu və istəklərini, qayğılarını Vətən müharibəsi iştirakçılarının yaratdığı bu təşkilat vasitəsilə yuxarı orqanlara çatdırmaq və həllinə nail olmaqdır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ