Bazar günü günü, 04 oktyabr 2026
     

Qarabağda sülhməramlıların fəaliyyətinə ABŞ diplomatının iradına Rusiyadan sərt təpki...

Image


Azərbaycanın Qarabağ zonasındakı əminamanlığı qorumaq cəhdlərini hazırda yalnız Rusiya və Türkiyə dəstəkləyir. ABŞ da bu regionda öz mövcudluğunu bərqərar etmək istəyir. Amerikanın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin guya Rusiya və Türkiyə sülhməramlılarının regionda öz işlərinin öhdəsindən gələ bilməməsi və Azərbaycana dünya ictimaiyyətinin dəstək verməsinin vacibliyi barədə söylədiyi sözlər ABŞ-ın bu regiona soxulmaq istəyindən başqa bir şey deyil.

Bu sözləri  Rusiya Dövlət Dumasının MDB İşləri üzrə komitəsinin üzvü, "Yedinaya Rossiya" fraksiyasının üzvü, deputat İrek Zinnurov bildirib. Onun sözlərinə görə, dünyanın hərbi münaqişələr xəritəsinə nəzər salsaq və amerikalıların harada olduğuna baxsaq, bir vacib detalın şahidi ola bilərik – bu regionların heç birində sülh və əminamanlıq yoxdur: ”Rusiya, Türkiyə və Azərbaycanın Qarabağda əminamanlığın bərqərar olması üçün gördüyü işlər həqiqətən də çox dəyərlidir. Əsası da odur ki, ədalət bərpa edildi. İndi tərəflər öz haqq işlərini davam etdirməlidirlər. Təbii ki, təcrid olunaraq hər şeyə bağlana bilmərik. Amma hazırda nə Rusiya, nə də Türkiyə sülhməramlılarının kiminsə yardımına ehtiyacı var”.

Erməni quldur birləşmələrinin Qarabağ meşələrində, daha dəqiq desək, Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə törətdiyi təxribatlardan danışan rusiyalı deputat qeyd edib ki, bu ərazilərdə qanunsuz birləşmələrin bütün hərəkətləri sərt şəkildə aradan qaldırılmalıdır:

“Bütün bu prosesləri qanuni normalar çərçivəsinə gətirmək lazımdır. Rusiya və Azərbaycan arasında bağlanmış sazişlərin müəyyən bəndlərində analoji hallar üçün birgə əməliyyat tədbirləri də göstərilib. Yəni ki, Moskva və Bakı antiterror əməlliyatına hər an start verə bilər”.

ABŞ-dan səslənən irada Rusiyadan verilən sərt təpki ilə bağlı ekspertlər nə düşünür?

Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, regionda yaşananlardan narahat olan yalnız ABŞ deyil: “ Bəzi Qərb ölkələri, xüsusilə də Fransa bu məsələdə açıq mövqe ortaya qoyur. Hiss edilir ki, onlar ciddi geostrateji önəm daşıyan Cənubi Qafqaz uğrunda son döyüşə atılmağa cəhd edirlər. ABŞ və bəzi Qərb ölkələri son Qarabağ müharibəsindən sonra regiondakı reallıqların dəyişdiyinin tam fərqindədirlər. Bu baxımdan da, vəziyyətin onları qane etmədiyini açıq biruzə verirlər. Azərbaycan Ordusunun 44 günlük müharibədə işğal altındakı torpaqların əhəmiyyətli bir hissəsini azad etməsi və bundan sonra Ermənistanın təslim olması, Rusiya və Türkiyənin regiona sülhməramlılarını göndərməsi bütün Cənubi Qafqazda geosiyasi vəziyyəti və qüvvələr nisbətini kəskin dəyişdi. Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə atəşkəs haqqında bəyanatdakı imzaların mürəkkəbi qurumamış ABŞ və Fransa əldə olunan razılaşma ilə bağlı suallarının olduğunu əks etdirən açıqlama yaydılar. Vaşinqton və Paris hərbi əməliyyatların dayandırılmasını alqışlasa da, prosesin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılmasını önə sürdülər. ABŞ və Fransanı narahat edən məqamlardan biri də atəşkəsdən sonrakı prosesdə Türkiyənin rolu ilə bağlıdır. Hətta Türkiyənin prosesdə yer almasının beynəlxalq qanunlara uyğun olmadığı da iddia edilməyə başlandı. ATƏT-in Minsk Qrupunun həmsədrləri qismində ABŞ və Fransanın Moskvaya ünvanladıqları sual və iradlara Rusiya prezidenti Vladimir Putin cavab verərək, Türkiyənin prosesdə yer almasının beynəlxalq qanunlara zidd olmadığını bildirdi. Türkiyənin ATƏT-in Minsk Qrupunun 11 üzvündən biri olduğuna diqqət çəkən Rusiya prezidenti Azərbaycanın da müstəqil dövlət kimi istənilən dövlətlə hərbi sahədə əməkdaşlıq etmək və yardım istəmək hüququna malik olduğunu bəyan etdi”.

Ekspertin sözlərinə görə, bunun ardınca isə Rusiya ilə Türkiyə regionda daha bir ortaq hərbi layihədə təmsil olundular: “Söhbət  Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə startın verilməsindən gedir. Təbiidir ki, bu tandemin yaxınlaşması ABŞ-ı ciddi narahat edir. Çünki bir sıra faktorlara görə ABŞ-ın bu regionda ciddi strateji maraqları var. Xüsusilə də fəaliyyətə başlayacaq kommunikasiyalarda İranın da iştirakından söhbət gedirsə, bu heç də ABŞ-ın ürəyincə olan məsələ deyil. Ancaq rusiyalı deputatın dediklərinin hamısına da mütləq həqiqət kimi baxmaq olmaz. Əslində, heç rusların da təmsil olunduğu münaqişə zonalarında hər şey rəvan deyil. Biz bunu Qarabağa yerləşdirilən sülhməramlıların fəaliyyətində də aydın sezirik. Bir sözlə, biz çalışmalıyıq ki, böyük güclərin arasındakı mübarizədə maksimum öz maraqlarımızı təmin edək və onu qorumağı bacaraq”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ