Bazar günü günü, 04 oktyabr 2026
     

106 abidəmizin 30 il erməni işğalı altında qeydiyyatsız qalması kimin məsuliyyətidir - son sovet rəhbərliyinin, ya Zakir Sultanov kimilərin...

Image


Azərbaycan ərazisində mövcud olan abidələrin xeyli bir hissəsinin qeydiyyata alınmadığı, dövlət reyestrinə salınmadığı məlumdur. Elə bölgələrimiz var ki, orada mövcud olan abidələrin tam olaraq qeydiyyatı aparılmayıb, onların mühafizə zolaqları müəyyən edilməyib. Bu öz yerində. Heç Qarabağda mövcud olan abidələrin hamısı da qeydiyyata alınmayıb. İndi məlum olur ki, demə, qeydiyyatdan kənarda qalan abidələr var.  

Məlum olduğu kimi, azad edilən ərazilərimizdə abidələrin monitorinqi, siyahıyaalınması prosesi gedir. Mədəniyyət Nazirliyindən verilən məlumata görə,  həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 106 obyekt (yeni aşkar olunmuş abidə) aşkar edilib. Bu, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə abidələrin və mədəniyyət müəssələrinin monitorinqləri zamanı müəyyən edilib.

Azad olunan ərazilərimizdə mövcud olan abidələrin tam qeydiyyata alınması niyə zamanında baş verməyib?

Ekspertlər qeyd edir ki, ölkə ərazisində abidələrin reyestri, onların qeydiyyata alınması, mühafizə zolaqlarının müəyyən edilməsi və sair işlərlə Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məşğul olmalı olduğu halda, məşğul olmayıb, quruma rəhbərlik edən Zakir Sultanov işində yol verdiyi nöqsanlara görə həbs edildikdən sonra bu sahədə ciddi problemlərin olduğu üzə çıxıb. Ekspertlər deyir ki, Z.Sultanov Dövlət Xidmətinə rəhbərlik etdiyi dövrdə ölkə ərazisində olan bütün abidələri reyestrə saldırıb onların mühafiəzini təşkil etmək əvəzinə, qanunları pozamaqla, vəzifə səlahiyyətlərini aşmaqla məşğul olub.

Ekspertlər davamlı olaraq bildiriblər ki, Qarabağda və ətraf rayonlarda yerləşən abidələrin reyestri tam olaraq həyata keçirilməlidir, heç bir abidə kənarda qalmalı deyil, amma keçmiş xidmət rəhbəri ekspertlərin rəylərinə heç bir əhəmiyyət vermir və öz bildiyini edirdi. Nəticədə isə onlarla abidə qeydiyyatdan kənarda qaldı və onların bir qismi ermənilər tərəfindən yer üzündən silindi.    

Ekspertlər deyir ki, işğaldan azad edilən ərazilərdə dövlət qeydiyyatında olmayan 106 abidənin aşkarlanması müsbət hal olsa da, bunlar illər əvvəl qeydiyyata alınmalı idi. Onların bildirdiyinə görə, vaxtilə abidələrin qeydə alınması sahəsində mövcud olan büroktatizm nəticəsində o abidələr qeydiyyatdan kənarda qalıb, Dövlət Xidməti köhnə siyahını təkrar-təkrar təqdim etməklə məşğul olub.

Bir çox ekspertlərin verdiyi məlumata görə, Qarabağdakı abidələrin Azərbaycan tərəfindən qeydiyyata alınmasına keçmiş SSRİ rəhbərliyi maneçilik törədib. Belə olduğu təqdirdə də Azərbaycanın aidiyyəti rəsmi qurumları tərəfindən o abidələr qeydə alınmalı idi. Neçə ola bilir ki, ermənilər onlara heç bir aidiyyəti olmayan abidələri saxtakarlıqla reyestrə saldırıblar, amma biz bunu etməmişik?

  • “Bizim bu ərazilərimizdə olan abidələrin kütləvi şəkildə qeydiyyatdan kənarda qalmasında “rol oynayan” bir sıra amillər olub”

Mədəni irs üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Qarabağ ərazisində mövcud olan abidələrin böyük hissəsi qeydiyyatdan kənarda qalıb, burada isə müxtəlif amillərin təsiri var. “Mən beş il bundan əvvəl hazırda işğaldan azad edilən ərazilərimizdə 2645 tarix və mədəniyyət abidəsinin olduğu haqda Azərbaycan Mədəniyyət Nazirliyinə məlumat verdim və onların hər birinin ayrı-ayrılıqda foto görüntülərini nazirliyə təqdim etdim. Eyni zamanda, Mədəniyyət Nazirliyindən 2645 tarix və mədəniyyət abidəsinin dövlət qeydiyyatına alınmasını xahiş etmişdim, amma günü bu günə qədər də nazirlikdən mənə heç bir cavab verilməyib. Siz təsəvvür edin ki, nazirliyin açıqlamasına görə, son monitorinqlər zamanı 106 dövlət qeydiyyatına alınmayan abidə aşkarlanıb. Həmin monitorinqlərin birində mən də olmuşam, Şuşa şəhərində keçirilən monitorinqdə Mədəniyyət Nazirliyinin nümayəndələri ilə birgə iştirak etmişəm. Təkcə Şuşa şəhərində sayı 850-dən 1360-a qədər arta bilən tarix və mədəniyyət abidələri qeydiyyatdan kənarda qalıb. Yəni Şuşada qeydiyyatdan kənarda qalan 850 abidə dəqiqdir, mənim ehtimalıma görə bu rəqəm artıb 1360-da ola bilər. Şuşada 210 abidə dövlət reyestrində qeydiyyatdadır, hazırda o rəqəm əlimin altındadı, amma səhih deyil.

Bizim bu ərazilərimizdə olan abidələrin kütləvi şəkildə qeydiyyatdan kənarda qalmasında “rol oynayan” bir sıra amillər olub. O vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti adlı bir qurum vardı, həmin qurumun bütün rəhbərliyi ermənilər idi. O qurum Azərbaycan Respublikasının tərkib hissəsi idi. Ermənilər Azərbaycanın həmin ərazilərində olan mədəni irsinin sayını şübhə altına almaq üçün bu ərazilərdə olan tarix və mədəniyyət abidələrinin qeydiyyata alınmasına əngəl törədir və bunun həyata keçməsinə imkan vermirdilər. Bu da faktdır. Ermənilər daha çox mərkəzi yerlərdə, daha çox giriş-çıxışı olan ərazilərdə abidələri qeydiyyata alırdılar ki, bunlar göz qabağındadır və insanlar onları görür, onlar haqda maraqlanırlar. Yəni bu baxımdan, bu gün də bizim bəlamız budur ki, müvafiq qurumlarımız 44 günlük müharibədən sonra belə həmin ərazilərdə abidələrin qeydiyyata alınması haqda fikirləşmirlər. Bu gün qeydiyyatda olan və olmayan abidələrimizlə bağlı çox ziddiyyətli rəqəmlər səsləndirilir. Rəqəmin neçə olmasından asılı olmayaraq təqdim edilən rəqəm əsaslandırılmalı, ərazisi göstərilməlidir, adları qeyd edilməlidir. O cümlədən də, digər ərazilərdəki abidələrlə bağlı faktlar əsasında danışmaq lazımdı, faktları ortalığa qoymaq lazımdı. Bu gün bizdən tələb olunan budur”.

F.İsmayılov hesab edir ki, bu istiqamətdə görülməli olan çoxlu işlər, dəqiqləşdirməyə ehtiyacı olan, məsuliyyət, diqqət tələb edən məsələlər var. “Deyərdim ki, Mədəniyyət Nazirliyində müəyyən dəyişikliklər olubsa belə, amma köhnə qaydalar heç dəyişməyib, bunlar əvvəlki qaydalarda “işləyirlər”, abidələrin də qeydiyyata alınmasında maraqlı deyillər. Onlar üçün maraqlı deyil ki, əziyyət çəkib bu abidələri yenidən qeydiyyata alsınlar. Mən həmin ərazidə qeydiyyatdan kənarda qalan 2645 abidənin siyahısını, tarixini, yerini, coğrafi ərazisini və görüntülərini Zakir Sultanova təqdim etmişdim, amma bu abidələr qeydiyyata alınmadı” - deyə bildirən F.İsmayılov hesab edir ki, bu gün azad edilən ərazilərimizdəki abidələrin tam olaraq qeydiyyatının aparılmasına və reyestrə salınmasına ciddi ehtiyac var.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ