Bazar günü günü, 04 oktyabr 2026
     

Azad edilmiş ərazilərə böyük qayıdış prosesi sürətlənir...

Image


Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra Azərbaycan üçün maraq doğuran əsas məsələlərdən biri azad edilmiş ərazilərdə insanların yüksək həyat şəraitinin təmin edilməsidir. Bura həm doğma yurd-yuvasına qayıdacaq azərbaycanlılar, həm də azad edilmiş ərazilərdə qalaraq Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilər, eləcə də digərləri aid edilir. Azərbaycan bu istiqamətdə məqsəd və niyyətlərini artıq ən yüksək səviyyədə beynəlxalq aləmin diqqət mərkəzinə çatdırıb.

Azərbaycanın mövqeyi təqdir edilir

Dağlıq Qarabağda bütün millətlərdən olan Azərbaycan vətəndaşlarının dinc şəkildə birgəyaşayışının təmin edilməsi istiqamətində ölkəmizin mövqeyi və atdığı addımlar bu gün dünya miqyasında təqdir edilir. Hazırda bölgədə sülhməramlı missiya həyata keçirən Rusiya da regionda yaşayan bütün xalqların nümayəndələri arasında dialoq qurulmasını, iqtisadi və nəqliyyat bağlantılarının açılmasını dəstəkləyir. Bu xüsusda Azərbaycanın mövqeyini alqışlayır.  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edilən məsələ ilə bağlı bildirir: "Dağlıq Qarabağla bağlı 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlara əsasən regiona kollektiv səylərlə dinc həyat qayıdır. Burada təkcə Azərbaycan və Ermənistanın yox, bütün ölkələrin vahid mövqedən çalışmaları mühümdür. Dağlıq Qarabağda son günlərdə vəziyyət stabildir. Atəşkəsin pozulması halı qeydə alınmayıb. Rusiya sülhməramlıları 27 postda müşahidə aparır. Regionda yaşayan bütün xalqların nümayəndələri arasında dialoq qurulmasına, iqtisadi və nəqliyyat bağlantılarının açılmasına dəstək verməyimiz, tarixi və mədəniyyət abidələrinin mühafizəsini təmin etməyimiz vacibdir. Əvvəla dayanıqlı sülh bərqərar olunmalıdır ki, Qarabağa qayıdacaq insanlar bu təməl üzərində həyatlarını bütün istiqamətlərdə qursunlar”.

Onu da qeyd edək ki, burada Qarabağa qayıdacaq insanlar deyərkən məhz azərbaycanlılar nəzərdə tutulur. Çünki Ermənistan tərəfinin məlumatına əsasən, Qarabağı tərk edən ermənilərin hamısı geri qayıdıb. Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan bildirib ki, Qarabağa 100 mindən çox erməni qaytarılıb: “Qarabağda əvvəl yaşayan ermənilərin, demək olar ki, hamısı geri qaytarılıb”. Düzdür, rəqəmlər heç də reallığı əks etdirmir.  Belə ki, Rusiya sülhmıramlıları 14 noyabrdan indiyə qədər 52631 erməninin Qarabağa qaytarıldığını açıqlasa da, Ermənistan özü bu rəqəmi ən azı iki dəfə şişirdib. Xatırladaq ki, ermənilərin qayıdışının məsuliyyəti və təhlükəsizliyi Rusiya sülhməramlılarının üzərindədir. Bu səbəbdən sirr deyil ki, Rusiya tərəfinin rəsmi statistikası reallığa daha yaxındır. Reallıq həm də budur ki, Qarabağa qayıdan ermənilərin böyük əksəriyyəti burada əmlakını satdıqdan sonra Ermənistana qayıtmağa çalışır. Qarabağda bütün kommunal xidmətlərin pulsuz olmasına, Rusiya sülhməramlılarının Qarabağdakı ermənilərə həftədə adambaşına 5 kiloqram ərzaq yardımı etməsinə, eyni zamanda, onlar üçün evlərin tikintisini həyata keçirməsinə baxmayaraq,  Qarabağa qayıtmaq istəyən ermənilərin sayı çox deyil. Onlardan bəziləri isə gətirildikdən az sonra Xankəndini tərk edir. Lakin istənilən halda Ermənistan rəsmiləri bütün Qarabağ ermənilərinin geri qayıtdığını bildirir. Bu da o deməkdir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qarabağa qayıdacaq insanlar barədə danışarkən azərbaycanlıları nəzərdə tutur. Azərbaycanlılar öz doğma yurdlarına qayıtdıqdan sonra onların burada ermənilər və digərləri ilə birlikdə təhlükəsiz şəraitdə yaşamasını təmin etməyə Azərbaycan tam hazırdır. Ölkəmizin bu mövqeyi isə, yuxarıda qeyd olunduğu kimi, təqdir edilir.

İrimiqyaslı quruculuq işləri başlanır

Azərbaycanın iqtisadi potensialı işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı quruculuq işləri həyata keçirilməsi üçün bütün imkanları açır. Bu, azərbaycanlıların öz yurdlarına qayıtması zamanı üzləşə biləcəkləri bütün problemlrin bəri başdan həllinə imkan yaradır, böyük qayıdışı stimullaşdıracaq hal qismində çıxış edir. Qeyd edək ki, işğaldan azad edilmiş bütün rayonlarımızın baş planları hazırlanıb başa çatdıqdan sonra orada bərpa-quruculuq işlərinə start veriləcək.

O da faktdır azad edilmiş ərazilərin bərpa olunması, yenidən qurulması indiki pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycanın gücünü və qüdrətini göstərən möhtəşəm bir hadisədir. Bu, həm də Qarabağda qalan ermənilərin Azərbaycan vətəndaşlığını daha tez qəbul etməsinə təsir edəcək. Çünki onlar üçün qüdrətli Azərbaycanın tərkibində yaşamaq yüksək həyat tərzi deməkdir. Bütün bunlar həm də onun təsdiqidir ki, Azərbaycan Vətən müharibəsində hərbi-siyasi qələbəsi ilə yeni reallıqlar yaradıb. Bu qələbə fonunda Qarabağda yeni quruculuq və bərpa dövrü başlanıb, işğaldan azad edilmiş ərazilər böyük qayıdış üçün hazırlanır. Bununla Qarabağda yenidən həyat canlanacaq, vətəndaşlar sülh və əminamanlıq şəraitində yaşayacaq. Burada bir məqamı da xüsusi qeyd etmək lazım gəlir ki, azad edilmiş rayonlarda qısa müddət ərzində artıq 7 min hektar torpaq sahəsində əkin işləri aparılıb. Bu, ölkəmizin ərzaq təhlükəsizliyi, eləcə də kənd təsərrüfatının inkişafı baxımından olduqca əhəmiyyətlidir. Ümumiyyətlə, azad edilən ərazilərdə ən azı 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar. Bu da böyük qayıdışı stimullaşdıran əsas məqamlardan hesab edilir. İşğaldan azad olunmuş ərazilərdə müvafiq dövlət qurumları tərəfindən həyata keçirilən və planlaşdırılan prioritet layihələr, o cümlədən telekommunikasiya və poçt infrastrukturunun qurulması, Füzuli hava limanının, dəmir və avtomobil yollarının tikintisi, ərazilərin minalardan təmizlənməsi layihələrinin icrası, yuxarıda qeyd olunduğu kimi, bölgəyə yeni həyat gətirəcək.

O da mühüm məqamdır ki, işğaldan azad edilmiş torpaqlarda bərpa proqramına uyğun olaraq görüləcək işlər 30 ilə yaxın öz doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın böyük qayıdışı ilə başa çatmaqla yanaşı, bu ərazilərin malik olduğu imkanlardan səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafını daha da sürətləndirəcək. Ölkəmiz bu sahədə mövcud imkanları ilə dünyanın diqqətində olmaqla yanaşı, investisiya cəlbediciliyini artıracaq. Hazırda isə mühüm məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə yeni idarəetmə modelinin qurulması, həmin torpaqlarda aparılan bütün işlərin sistemləşdirilməsi və növbəti mərhələdə oraya böyük qayıdışın təmin olunmasıdır. Bununla bağlı xatırladaq ki, Prezident Administrasiyasında işğaldan azad edilmiş torpaqlarımızda aparılan işlərlə bağlı qərargah yaradılıb. Qərargahın əsas fəaliyyət istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərlə bağlı irəli sürülmüş təşəbbüslərin qiymətləndirilməsi, eyni zamanda, bölgənin rifahı istiqamətində planlı işlərin aparılmasıdır. Bundan başqa, işğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə sistemi qurulur, dövlət başçısının xüsusi nümayəndələri ərazilərə təhkim olunur. Xatırladaq ki, ilkin olaraq Şuşa şəhərinə xüsusi nümayəndə təyin edilib.

Bərpa işlərinə dünya miqyasında maraq böyükdür

Onu da qeyd edək ki, böyük qayıdışın tezləşdirilməsi məqsədilə azad edilən ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərinə beynəlxalq maraq da yüksəkdir. Artıq bəzi ölkələrin təmsilçiləri bu prosesdə iştirak edir. Qeyd edilən məsələdə, xüsusən qardaş Türkiyə tərəfi daha çox fərqlənir.  

İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı ilə bağlı strategiyanın reallaşmasında Türkiyə şirkətləri mühüm rol oynayır. Türkiyə-Azərbaycan Biznes Forumunda çıxışı zamanı baş nazir Əli Əsədov bu xüsusda bildirib: “Tarixi Vətən müharibəsində zəfərdən sonra ölkəmiz üçün yeni dövr başlayıb. İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı ilə bağlı strategiya hazırlanıb. Azərbaycan Prezidentinin dediyi kimi, hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Artıq bərpa işlərinə başlanıb və ilkin kontraktlar imzalanıb. Əlbəttə ki, ilkin tərəfdaşlarımız türk qardaşlarımızdır”. Baş nazir bildirib ki, türk şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıblar: “ Zəfər yolu adlanan Füzuli-Şuşa yolu, həmçinin Toğana-Kəlbəcər yolunun tikintisində artıq türk şirkətləri iştirak edirlər. Bundan əlavə, Füzulidə tikiləcək hava limanının layihəsində də türk şirkətlərinin iştirakı nəzərdə tutulub. Ümumiyyətlə, bərpa işlərinin layihələrində türk qardaşlarımızı görməkdən çox məmnunuq”. Azərbaycan digər xarici investorları işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib.

Burada o da dünya miqyasında nəzərə alınır ki, İşğaldan azad edilmiş ərazilərin böyük iqtisadi potensialı və təbii ehtiyatları var. Bu ərazilərin aqrar istehsal və ixrac potensialı kifayət qədər böyükdür. Təbii sərvətlərin, faydalı qazıntıların işlənilməsi isə investisiyaların qoyuluşu baxımından böyük perspektiv vəd edir. Artıq bu səbəbdən Yaponiya, ABŞ, Macarıstan, Böyük Britaniya, İran və digər ölkələrdən olan şirkətlər işğaldan azad edilən ərazilərdə bərpa işlərində maraqlı oldurlarını bildiriblər. Azad edilən ərazilərə yerli və xarici investisiyaların cəlbi həm burada quruculuq işlərini sürətləndirəcək, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından vacib əhəmiyyət kəsb edəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ