Bazar günü günü, 04 oktyabr 2026
     

ABŞ-dakı yəhudi lobbisinin Azərbaycanla daha sıx işbirliyinin konturları görünməyə başladı, ermənilər şokda...

Image


ABŞ-da məlum hakimiyyət dəyişikliyindən sonra erməni diasporunun bu ölkədə faəliyyəti ilə bağlı ziddiyyətli fikirlər səslənməkdədir. İrəli sürülən iddialardan birinə görə, Cozef Baydenin hakimiyyətə gəlişi ilə erməni diasporunun burada fəaliyyəti yenidən ciddi xarakter alacaq. Amma tamamilə əks mövqedən çıxış edənlər də var. Məsələn, erməni politoloq Suren Sarkisyan qeyd edib ki, ABŞ-ın Ermənistana qarşı siyasəti dəyişməyəcək: “Təbiidir ki, qlobal siyasət, məsələn, ABŞ-Rusiya, ABŞ-İran və ABŞ-Türkiyə münasibətləri bizim üzərimizdə öz təsirinə malik olacaq”.

Ermənistanın ABŞ-dakı keçmiş səfirinin müavini Armen Xarazyan isə bununla razılaşmır: “Bayden həm senator, həm də vitse-prezident olaraq dəfələrlə Ermənistan dövlət rəsmiləri, ABŞ-dakı erməni icması ilə ünsiyyət qurub”. Xarazyanın sözlərinə görə, gözləntilər odur ki, Baydenlə işlər daha uğurlu davam edəcək: “Lakin nəzərə almaq lazımdır ki, siyasi xadimin prezident olması bir şeydir, onun senator və ya vitse-prezident olması başqa bir şeydir”. Hələlik Baydenin siyasəti erməni diasporunun bundan nə dərəcədə faydalana biləcəyini dəqiq təsvir etməyə imkan vermir. Lakin ekspertlər bildirir ki, ABŞ-ın maraqları fonunda yeni administrasiya erməni diasporuna heç də istədiklərini verməyəcək. Xatırladaq ki, erməni diasporunun maraq dairəsində yer alan əsas məsələ Azərbaycan və Türkiyə düşmənçiliyidir. İndiki halda isə ABŞ üçün Azərbaycan və Türkiyə ilə əməkdaşlıq daha əlverişlidir. Şübhəsiz ki, bunu Cozef Baydenin hakimiyyəti də nəzərə alır.

Digər tərəfdən Cozef Bayden administrasiyasının Azərbaycan və Türkiyəyə qarşı addımlarının əngəllənməsində yəhudi diaspor və lobbisi də mühüm rol oynamaq iqtidarındadır. Son günlərdə Ermənistanda yəhudi xalqına aid abidələrə qarşı törədilən vandalizm aktları, Holokost qurbanlarının abidəsi, sonra isə İrəvanda Ermənistan və İsrail arasındakı dostluğun şərəfinə qurulan abidənin təhqir olunması bu gün yəhudi lobbisi tərəfindən də böyük narazılıqla qarşılanır. Yeri gəlmişkən, Holokost qurbanlarının abidəsi son aylarda artıq üçüncü dəfədir ki, belə hücuma məruz qalır. Ermənistanda faşizmin çiçəklənməsi də yəhudi lobbisi tərəfindən xoş qarşılanmır. Bu arada xatırladaq ki, ötən ay da İsrailin Diaspora Məsələləri Nazirliyi tərəfindən dünyada antisemitizmlə bağlı vəziyyətə dair yayılan illik hesabatda Ermənistandan açıq narazılıq ifadə olunmuşdu. Hesabatda Ermənistanda antisemitizmin ciddi şəkildə artması ilə bağlı məlumat verilir. Belə ki, Dağlıq Qarabağ münaqişəsi, eləcə də İsraillə Azərbaycan arasında siyasi və müdafiə sahəsində əməkdaşlığın Ermənistanda antisemitizmin artmasına gətirdiyi vurğulanır. Bu fonda, erməni xalqına qarşı tarixi və hazırkı cinayətlər ittihamları ilə etnik-dini zəmində yəhudilərə qarşı siyasi tənqidin konkret hücumlarla əvəzləndiyi qeyd olunur. Israil dövlətinə qarşı tənqidin, hətta ifrat şəkildə antisemitizm bəyanatlarının səsləndiyi bildirilir.

Ermənistanda nasizmin təbliği və faşizmin qəhrəmanlaşdırılmasının dövlət siyasətinə çevrilməsi, beləliklə, İsrail tərəfindən də mənfi qarşılanıb. İsrailin mövqeyi isə okeanın o tayında yəhudi lobbisi tərəfindən mütləq nəzərə alınır. Bunu “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak da xüsusi olaraq vurğulayır: “İsraildə erməni məmurlarının antisemit açıqlamalarını, erməni KİV-dəki nəşrlərinin yazılarını yaxşı bilirlər. Belə münasibət Qarabağın azad olunması uğrunda Vətən müharibəsindən çox əvvəl başlayıb. Xatırladaq ki, Ermənistan səfiri İsraili tərk edib. Buna heç kim təəccüblənmədi. “American Israel Public Affairs Committee” və ya qısaca AIPAC adlı bir təşkilat var. Onun məlumatlarına görə, Ermənistanda antisemitizm göstəricisi 60 %-dən çoxdur.

 “The Pew Research Center”in məlumatına görə, Ermənistan Mərkəzi və Şərqi Avropanın ən antisemit ölkəsidir. Ermənistanda praktik olaraq yəhudi yoxdur, onların sayı çox azdır, əksəriyyəti də qadındır. Yəni Ermənistanda heç bir yəhudi icması yoxdur. Ancaq orada antisemit münasibət həddən artıq çoxdur. Azərbaycanda isə, İsrail səfirliyinin məlumatına görə, 35 min yəhudi yaşayır və antisemitizm heç yoxdur”. İsrailli tanınmış diplomat və analitik Zvi Magen da Ermənistanın davranışından narazı qaldıqlarını qeyd edir: “Belə görünür ki, biri İrəvana xüsusi olaraq İsrailə diqqət yetirməyi tövsiyə edib. Yəhudilər günahkardır və sair. Bu, bir növ antisemitizm xüsusiyyətini daşıyır. Mən belə qəbul edirəm. Tez-tez və çox sayda yəhudi və İsrail əleyhinə ritorikalar eşidilir. Halbuki, hazırda bu, Ermənistanın əsas problemi deyil. İsraildə ilk dəfə deyil ki, belə bir şeylə qarşılaşırıq və bununla başa çıxa bilərik. Ancaq bunun Ermənistan tərəfindən böyük bir səhv olduğuna inanıram. İndi isə praktik olaraq antisemitizmlə qarşılaşırıq. Nədənsə onlar antisemitizm açıqlamalarının cəmiyyəti hərəkətə gətirdiyini və müsbət təsir göstərdiyini düşünürlər. Əgər doğrudursa, deməli bu, cəmiyyət və əhali üçün çox yaxşı bir xüsusiyyət deyil”. Hesab edilir ki, Ermənistanda antisemitizm fonunda ABŞ-da yəhudi lobbisi, ən azı öz maraqları naminə, Azərbaycan və Türkiyə ilə daha çox işbirliyinə can atacaq. Bu da ABŞ-da Azərbaycana, eləcə də Türkiyəyə qarşı fəaliyyətin qarşısının yəhudi lobbisi tərəfindən alınmasına təsirsiz ötüşməyəcək.

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ