çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Dünya Azərbaycanın hərb təcrübəsini öyrənir... Qarabağ savaşı “gələcəyin müharibə modeli” statusunda...

Image


Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsinin gedişində istifadə etdiyi taktika və silahlar, qazandığı təcrübə dünyanın əksər ölkələrində diqqətlə öyrənilməkdədir. Postsovet məkanlnda artıq Rusiyada, Ukraynada, Gürcüstanda Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki təcrübəsi yaxından öyrənilir və nümunə kimi qəbul edilir. Xüsusən də pilotsuz uçan aparatlardan (PUA) istifadə əsas diqqət mərkəzində yer alır. Bunlar fonunda məlum olub ki, Gürcüstanın “Tam Management Aviation” şirkəti zərbə PUA-larını inkişaf etdirmək niyyətindədir. T-31 adlandırılan zərbə PUA-larının 350 kiloqram sursat daşıya biləcəyi qeyd olunur. Yeni PUA-ların hazırlanmasında Türkiyə təcrübəsinin istifadə olunduğu qeyd edilir. Türkiyə ilə birlikdə PUA hazırlığına daha çox diqqət ayıracağını bildirən Ukraynanın ardınca Rusiya da bu istiqamətdə yeni addımlar atmağa hazırlaşır.

Qərbdə də bu məsələ xüsusi diqqət mərkəzindədir. Məsələn, artıq məlumdur ki,  ABŞ ordusunun komandanlığı da Azərbaycanın Ermənistan qoşunlarına qarşı tətbiq etdiyi taktiki modeli araşdırır. ABŞ-da etiraf edilir ki, Qarabağda kəşfiyyat və zərbə PUA-larının ənənəvi qüvvələrlə birgə tətbiqi yeni təcrübədir. Almaniya müdafiə naziri Anneqret Kramp-Karrenbauer də Azərbaycan təcrübəsinin öyrənilməsini vacib sayır: “Qarabağ müharibəsində PUA-larla fərqli və uğurlu əməliyyatlar aparıldığının şahidi olduq. Bu onu göstərdi ki, PUA-lar asimmetrik təhlükə yarada bilər. Bunlardan, dövlətlərlə yanaşı başqa qrupların, terror təşkilatlarının istifadə etmə ehtimalı da var. Buna görə də bütün havadan müdafiə sistemlərimizi yenidən gözdən keçirməyimiz vacibdir”. Münhen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger qeyd edir ki, gələcəkdə Almaniya döyüş dronları olmadan keçinə bilməz. Onun sözlərinə görə, Qarabağda müharibənin nəticəsini böyük ölçüdə pilotsuz döyüş vasitələri müəyyən edib. Ekspert vurğulayır ki, pilotsuz döyüş sistemləri gələcəyin döyüş vasitələridir və indi kimin pulu varsa, bu sistemlərlə silahanır. Elə rus hərbi ekspert Dmitri Kornev də Qarabağdakı hərbi əməliyyatların təcrübəsindən çıxış edərək vurğulayır ki, PUA-ların göydə hakim olduğu müasir müharibədə keçən əsr və hətta bu əsrin əvvəllərində olan savaşlardakı zirehli texnikaların istifadəsi aktual deyil: “Qarabağdakı müharibənin gedişində gördüklərimiz həqiqətən ənənəvi silahlı qüvvələrin istifadəsini şübhə altına alır. Söhbət həm zirehli texnikadan, həm də piyadalardan gedir. Həqiqətən, nisbətən ucuz üsulla hədəfləri vura bilərsiniz. Düşmənin demoralizasiya faktoru da var, yerdəki hədəflərin məhv edilməsinə dair videolar yayımlandığı zaman buna müqavimət göstərmək mümkün deyil. Quru qüvvələr ciddi bir problemlə qarşılaşır: kiçik ölçülü PUA-larla necə davranmaq olar? Bu çağırışa cavab vermədən piyada və mühərrikli birləşmələrin istifadəsi olduqca təsirsiz olacaq. Həqiqətən də, mövcud münaqişədə kamikadze dronların istifadəsi onların yüksək səmərəliliyini göstərir və bu da öyrəniləcək. Həm də əks tədbirlərin - radioelektron mübarizənin istifadəsi öyrəniləcək. İndi belə vasitələrin çox təsirli olmadığını görürük. Əlbəttə ki, adi PUA-lara da diqqət yetiriləcək. Axı kamikadze dronların işi kəşfiyyat sayəsində və adi PUA ilə müşayiət edildiyi zaman mümkündür. Bunların hamısı indi baxdığımız gələcəyin müharibəsinin əsas məqamıdır”.

 Belçikanın “The Bulletin” nəşrində silahlanma və təhlükəsizlik texnologiyaları, hərbi innovasiyalar üzrə ekspert Maaike Ferbryugen isə qeyd edir ki, yaxın gələcəkdə dünyanın bu və ya başqa nöqtəsində yarana biləcək hərbi münaqişənin hansı ssenari üzrə cərəyan edəcəyinin əyani nümunəsi Dağlıq Qarabağdakı müharibədir. Ekspert həmin müharibədə Azərbaycan ordusunun bir neçə tip pilotsuz aparatlardan eyni vaxtda, sanki sürü halında istifadə etdiyini xatırladır. Qeyd edir ki, havada eyni zamanda bir neçə zərbə pilotsuz aparatı olurdu və onlardan bir neçəsi düşmənin yerüstü qüvvələrinə zərbə endirirdi. Maaike Ferbryugen bunu tam mənada dron sürüsündən istifadə olunmaqla döyüş əməliyyatlarının aparılması saymasa da qeyd edir: “Azərbaycan dron sürülərinin müharibədə necə istifadə oluna biləcəyinin əsasını qoydu və göstərdi ki, gələcəyin müharibələri necə olacaq. Dron sürülərinin yüksək effektivliklə döyüş əməliyyatlarında tətbiqi onların süni intellekt tərəfindən idarə olunması halında mümkündür. Düzdür, hələlik heç kim əsl avtonom dron sürüləri yaratmayıb, amma biz istənilən halda bunun humanitar nəticələri barədə indidən düşünməliyik”. Ekspert əlavə edir ki, hazırda müxtəlif şoularda yüzlərlə, hətta minlərlə dron bir-biri ilə əlaqəli şəkildə, kompüter proqramı ilə idarə olunmaqla uça bilir. Lakin eyni zamanda minlərlə döyüş dronunun müharibələrdə sürü şəkildə tətbiq olunmasının nəticələrini təsəvvür etmək çətindir. Amma Azərbaycan bu istiqamətdə artıq ilkin addımlar atıb. Bütün bunların nəticəsidir ki, dünyanın nüfuzlu "Global Fire Power" araşdırma mərkəzi 2021-ci il üçün ötən ay təqdim etdiyi dünya ordularının reytinqində ölkəmizin güc strukturu yetərincə yüksək yer tutub. Araşdırma zamanı əsasən ordular barədə bir sıra amillər, o cümlədən illik hərbi büdcə, orduda xidmət edən şəxsi heyətin, Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, pilotsuz uçan aparat və helikopterlərin, eyni zamanda qırıcı təyyarələrin, tankların sayı və hərbi donanma üzrə göstəricilər nəzərə alınır. "Global Fire Power"in yeni hesabatında Azərbaycan Ordusu 138 ordu arasında 64-cü pillədə qərarlaşıb və Cənubi Qafqazın ən güclü müdafiə təşkilatıdır. Qonşu Gürcüstan siyahıda 92, Ermənistan isə 100-cü yerdədir.

Samirə SƏFƏROVA

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:25
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ