Fransa Azərbaycanın azad edilmiş ərazilərində layihələri reallaşdırmaq üçün maneə görmür - Dövlət katibi

img

Fransa şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində layihələri reallaşdırması üçün heç bir maneə yoxdur.

Trend-in məlumatına görə, bunu Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lemuan brifinq zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda dünyaca məşhur iri Fransa şirkətləri təmsil olunub. J.-B.Lemuan bildirib ki, onun səfəri yeni layihələrin başlanğıcını və münasibətlərin gələcək inkişafını ifadə edir: “Səhər mən Fransa dəmiryol şirkətinin deposuna baş çəkdim və gördüyüm işin səviyyəsi məni heyrətə gətirdi”.

O bildirib ki, dəmir yolları xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda əlaqənin bərpası baxımından vacib əhəmiyyət kəsb edir: “Fransa və Azərbaycan bu istiqamətdə birgə işləmək istəyir”.

Dövlət katibi əlavə edib ki, Fransa ATƏT Minsk qrupunun həmsədri olaraq 9 noyabr sazişinə öz töhfəsini verəcək.

Son xəbərlər