çərşənbə günü, 07 oktyabr 2026
     

Azərbaycan azad ərazilərdə yeni inkişaf modeli yaradır...

Image


“Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır. Biz sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələrlə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub”. Bu fikirləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif prezident İlham Əliyevlə görüşündə səsləndirib.

Nazir bundan başqa digər maraqlı məqamlara da toxunaraq, İran şirkətlərini Qarabağda maraqlandıran sahələrə də aydınlıq gətirib: “Energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr bizim üçün prioritet təşkil edir və şirkətlərimiz işə başlamağa hazırdır”. Beləliklə, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın başlamağa hazırlaşdığı genişmiqyaslı işlərə beynəlxalq miqyasda da ciddi dəstək verilməsi gözlənilir. Artıq bir çox ölkələr, o cümlədən İran bu xüsusda mövqeyini açıq ifadə edir. Bəzi ölkələrdən, məsələn, Türkiyədən gəlmiş şirkətlər isə bərpa prosesində iştirak üçün artıq müəyyən addımlar atıb. Azərbaycan isə azad edilmiş torpaqlarda görüləcək işi ən yüksək səviyyədə həyata keçirməyə hazırlaşır. Elə bu günlərdə Prezident İlham Əliyev qeyd edilən xüsusda bildirib ki, o bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır və burada hər şey planlı şəkildə təmin edilməlidir: "Azad edilmiş torpaqlarda hər şey, demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin". Hazırda Azərbaycanın malik olduğu resurslar və cəlb edilən xarici dövlətlər bərpa prosesinin ən yüksək səviyyəfdə olacağını göstərir. Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov qeyd edir ki, azad edilmiş torpaqlarımızda artıq bərpa işlərinə başlanıb: "Burada yeni iqtisadi modelin tətbiq edilməsi nəzərdə tutulur. Bununla bağlı dövlət başçısının Sumqayıt Kimya Sənaye Parkındakı çıxışında xüsusi qeydləri olub. Yeni iqtisadi model bir tərəfdən azad edilmiş torpaqlarda müasir standartlara uyğun infrastrukturun formalaşmasını özündə ehtiva edəcək. Artıq bu proses başlanıb". Deputatın sözlərinə görə, həmin ərazilərdə formalaşacaq infrastruktur beynəlxalq standartlara uyğun olacaq: "Belə ki, Füzulidə beynəlxalq hava limanının formalaşmasına, Füzuli-Şuşa yolunun çəkilməsinə başlanması, beynəlxalq standartlara uyğun olaraq kommunal xidmətlərin verilməsi və digər infrasturkturun genişləndirilməsi ilə bağlı aparılan fəaliyyətlər ondan xəbər verir. Bu da müasir standartlara uyğun olaraq azad edilmiş ərazilərimizdə iqtisadiyyatın formalaşmasına imkan verəcək. Eyni zamanda, burada yeni modelin tətbiq edilməsi nəzərdə tutulur. Bu model özündə vergi güzəştlərini, təşviq mexanizmlərini, o cümlədən xarici investisiyaların cəlbi üçün xüsusi zonaların yaradılmasını da ehtiva edir".
Deputat artıq hökumətdə azad edilmiş ərazilərin iqtisadi inkişafı ilə bağlı xüsusi konsepsiyanın hazırlandığını diqqətə çatdırıb: "4 mühüm istiqaməti əhatə edəcək konsepsiya, eyni zamanda, bu ərazilərdə təşviqin tətbiq olunmasını nəzərdə tutur. Bu təşviqin həm sahibkarlar, həm də vətəndaşlar üçün nəzərdə tutulacağı gözlənilir. Xüsusən də bu gün passiv formada olan vəsaitlərin real olaraq işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi ilə bağlı fəaliyyətlərin genişləndirilməsi prioritetdir. Təşviq paketləri bu kontekstdən tətbiq olunacaq. Məqsəd burada formalaşacaq inkişaf modelinin Azərbaycanın digər ərazilərinə transfer olunmasıdır. Bu, eyni zamanda, müasir çağırışlara uyğun olaraq iqtisadi menecmentin formalaşması anlamına gəlir. Azad edilmiş ərazilərdə infrastruktur, iqtisadi menecment və biznes mühiti müasir çağırışlara və beynəlxalq standartlara uyğun olaraq formalaşacaq. Azad edilmiş ərazilərin yaxın illərdə Azərbaycanda iqtisadi inkişafın əsas drayverlərindən birinə çevriləcəyi gözlənilir".

Bu günlərdə isə Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev "Anadolu" agentliyinə Qarabağın yenidən qurulması üçün müxtəlif ölkələrin bərpa təcrübəsini araşdırdıqlarını diqqətə çatdırıb: "Bizim üçün ən uyğun təcrübənin Türkiyə modeli olacağını düşünürük. Bu qənaətə qonşu ölkənin son 20 ildə tikinti sektorunda əldə etdiyi nailiyyətləri nəzərə alaraq gəldik". Onun sözlərinə görə, bu məsələ ilə bağlı Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi ilə görüş keçirilib. O əlavə edib ki, Qarabağın bərpasında Türkiyə şirkətlərinə üstünlük veriləcək: "Türkiyəli iş adamları azərbaycanlı həmkarları ilə birlikdə Qarabağı yenidən quracaqlar. Hazırda Füzulidən Şuşaya yeni yolun inşasında iki ölkənin şirkətləri birlikdə çalışırlar. Bu, ilk addımdır". Hesab edilir ki, işğaldan azad olunmuş torpaqlarımızın öz tarixi simasını bərpa etməsi digər dövlətlərin, eləcə də dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının da bu bölgəyə olan marağını artıracaq. Xüsusilə ICESCO tərəfindən Şuşanın İslam dünyasının mədəni mərkəzinə çevrilməsi təklifi burada mühüm əhəmiyyət kəsb edir. Burada xatırladaq ki, 2021-ci il BMT tərəfindən “Davamlı inkişaf üçün beynəlxalq yaradıcı iqtisadiyyat ili” elan olunub. Azərbaycanın da BMT-nin üzv dövləti olaraq elan olunmuş bu təşəbbüsə qoşulması işğaldan azad olunmuş ərazilərdə ardıcıl iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyəti daha da gücləndirəcək. Burada artıq xarici dövlət və şirkətlərin iştirakı da Azərbaycana əlavə üstünlüklər qazandırır.

Nahid SALAYEV         

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:22
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ