
Digər qoşun növləri ilə yanaşı, Vətən müharibəsində mühəndis qoşunlarının da rolu əvəzsizdir.
Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuaqt katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, Azərbaycan Ordusu əks-əməliyyatlar zamanı Füzuli rayonunun 4 kəndini, sonra isə qısa müddətdə Füzuli şəhəri daxil olmaqla rayonun bütün ərazisini işğaldan azad edib: "Ali Baş Komandanın rəhbərliyi altında ordumuz 44 gün ərzində işğalda olan bütün ərazilərimizi azad etdi. Uzun müddət döyüş hazırlığı ilə məşğul olan mühəndis qoşunlarının hər bir istehkamçısı Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək məqsədilə yüksək peşəkarlıq göstərərək əzmlə vətənə faydasını verdi. Mühəndis qoşunlarının hissə və bölmələri rəhbərlik tərəfindən qiymətləndirildi, təltif olundu".