çərşənbə günü, 07 oktyabr 2026
     

Kəlbəcərin erməni əsarətindən azad edilmiş 8 mindən çox əvəzsiz qayaüstü təsviri - UNESCO siyahısına salınmalı mədəni irsimizin yeni nümunələri...

Image


Düşmən işğalından azad edilən Kəlbəcər rayonunda Azərbaycanın maddi-mədəni irsinin çox zəngin, qədim və unikal nümunələri mövcuddur.

Kəlbəcərin qayaüstü təsvirləri unikal bir sərvətdir. Bu da onu göstərir ki, Azərbaycanın qədim və zəngin maddi-mədəni irsinin tarixən mövcud olduğu ərazilərdən biri işğaldan azad olunan Kəlbəcər rayonudur.

  • Kəlbəcər Azərbaycanın ikinci Qobustanıdır...

Vaxtilə Kəlbəcəri mərhum akademikimiz, böyük ziyalımız Xudu Məmmədov “Azərbaycanın ikinci Qobustanı” adlandırırdı. Akademikin Kəlbəcəri Qobustana bənzətməsi və onu “ikinci Qobustan” adlandırması təsadüfi deyildi. Çünki Kəlbəcərin “Sərçəli dağ”, “Qurbağalı çay”, “Gəlin qayası”, “Soltan Heydər”, “Ağ çay”, “Ayıçınqılı”, “Pəriçınqılı”, “Zalxa gölü”, “Dəvəgözü dağı” adlanan yerlərində zəngin qayaüstü təsvirlər mövcud olub. Bəzi mənbələrə görə, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyinin əməkdaşları tərəfindən 3500-dən çox qayaüstü təvir qeydə alınıb və onların şəkilləri çəkilib, əslində isə onların sayı 8 mindən yuxarıdır.

Tədqiqatçıların yazdıqlarından əldə etdiyimiz məlumatlara görə, dəniz səviyyəsindən iki-üç min metr yüksəklikdə yerləşən Zalxa və Pəriçınqılı, Qara göllərin sahillərində, Dəlidağın ətəklərində, Ayıçınqılında, Pəriçınqılında və başqa ərazilərdə yerləşən çınqıllıqlarda daşların, qayaların üzərində ulu babalarımız tərəfindən çəkilən rəsm əsərləri geniş yayılıb.

  • Azərbaycanın qədim sakinlərinin yaratdığı daşüstü əsərlər - unikal abidələr...

Tədqiqatçılar yazırlar ki, bu yerlərin qədim sakinləri ibtidai daş alətlərindən istifadə etməklə möhkəm qayalar üzərində məişət və təsərrüfat səhnələrini, müxtəlif vəhşi heyvanları təsvir edən gözəl rəsmlər çəkə bilmişlər. Bu rəsmlərin müəyyən bir qismi qədim əkinçilik məşğuliyyətini əks etdirir. Tədqiqatçılar qeyd edirlər ki, ayrı-ayrı daşlar üzərində öküzlərə qoşulmuş ibtidai xışla yerin şumlanması, taxılın biçilməsi və döyülməsi kimi səhnələr, çiynində toxa tutmuş adam təsviri və s. verilib. Bəzi daşlar üzərində ən qədim nəqliyyat vasitələrini göstərən ikitəkərli arabalar təsvir edilib.

Qədim ovçuluğa aid səhnələri təsvir edən çox sayda əsər də tapılıb. Yeni tapılan qayaüstü təsvirlərdə ulu babalarımızın dini təsəvvür, mərasim və etiqadlarına aid maraqlı səhnələr də var. Bunlara əyani misal ayrı-ayrı daşlar üzərindəki kütləvi rəqs səhnələri, rəmzi öküz təsvirləri, mücərrəd işarələrdir.

Azərbaycanın məşhur arxeoloq-alimi, Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadə burada 1976-cı ildə apardığı tədqiqatlar zamanı ilk dəfə olaraq Azərbaycanın belə yüksək dağlıq zonasında eramızdan əvvəl III minilliyə aid qədim yaşayış yerinin qalıqlarını aşkar edib. Bu yaşayış məskəni Tərtər çayının sol sahilində, İstisu qəsəbəsi ilə Taxtadüzü arasında Məmmədsəfi kəndinin ərazisində geniş bir sahəni tutur. Bu yaşayış yerində diametri 20 metrdən artıq olan dairəvi biçimdə möhtəşəm tikinti qalığı üzə çıxarılıb. Tikintinin içəri hissəsi mürəkkəb qurulub. Onun xarici divarlarının qalınlığı 2 metrə çatır. Ətrafındakı böyük daş topalarına əsasən ehtimal olunur ki, bu tikintinin divarları bütünlüklə daşdan inşa edilmiş və daşlar bir-birinə gil kütləsi ilə bərkidilib. Onun döşəməsi və divarları saman qatılmış palçıqla suvanıb.

  • Maddi mədəniyyət nümunələri - qayaüstü rəsmlər…

Ekspertlər qeyd edirlər ki, lakin heç bir yerdə Kəlbəcərdə yeni aşkar edilmiş tikinti qədər möhtəşəm divarlı tikintiyə təsadüf olunmayıb. Güman etmək olar ki, bu tikinti qüdrətli bir tayfaya məxsus imiş və ictimai bina kimi istifadə edilirmiş. Əmin-amanlıq dövründə burada tayfanın dini və ictimai mərasimləri keçirilirmiş, təhlükə zamanı isə o alınmaz istehkama çevrilib.

Tunc dövründə əkinçilik və maldarlığın ümumi inkişafı ilə əlaqədar olaraq dulus məhsullarının istehsalı genişləndirilmiş və dulusçuluq yüksəlib. Bu dövrdə həmin təsərrüfat sahələrinin tələbatını ödəmək üçün ilk dəfə nehrələr və süzgəclərdən ibarət xüsusi gil qabları meydana çıxıb. Yeni aşkar edilən qədim yaşayış yeri və oradan tapılan maddi mədəniyyət nümunələri də qayaüstü rəsmlər kimi qədim tunc dövründə yaşamış əkinçi-biçinçi tayfaların iqtisadi və ictimai həyatına dair qiymətli tarixi mənbələrdir.

  • “Kəlbəcərin qayaüstü təsvirləri ulularımızın daş salnaməsidir”

Uzun illər Kəlbəcərdəki qayaüstü təsvirləri öyrənən, tədqiq və təbliğ edən tarix elmləri doktoru, professor, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, “Şöhrət” ordenli Qüdrət İsmayılzadə “Bakı-Xəbər”ə bildirdi ki, bu böyük və qədim tarixi-mədəni irsimiz mütləq mənada Azərbaycanın unikal irsi kimi beynəlxalq aləmdə təbliğ edilməli və UNESCO-nun müvafiq siyahısına daxil edilməlidir:

“Mən keçən əsrin 70-ci illərində Kəlbəcərdəki qayaüstü təsvirləri tədqiq etmişəm. Kəlbəcərin qayaüstü təsvirləri ulularımızın daş salnaməsidir. Bu misli olmayan daş salnamələr ulularımızın həyat tərzini, təsərrüfat həyatını, eyni zamanda, zəngin mənəvi mədəniyyətini əks etdirən abidələrdir. Kəlbəcər Qarabağın ayrılmaz bir hissəsi olmaqla, öz tarixi salnaməsi ilə Azərbaycanın ulu keçmişinə aid qiymətli sərvətləri saxlayıb. Bu abidələrdə Azərbaycan xalqının ulu tarixi canlı şəkildə əks olunub”.

  • Kəlbəcərin qayaüstü təsvirlərinin bədii və tarixi özəlliyi nədir?

Q.İsmayılzadə bildirdi ki, bu qayaüstü təsvirlər öz mədəni və tarixi əhəmiyyətinə görə çox dəyərlidir: “Bu qayaüstü təsvirlərin qiymətli cəhəti ondan ibarətdir ki, o təsvirlər həm özünün mövzu əhatəsi, həm də bədii dəyərinə görə çox yüksək səviyyədədir. Diqqəti cəlb edən məsələlərdən biri də ondan ibarətdir ki, Kəlbəcər axtarışlarında həmin qayaüstü təsvirləri çəkən ulularımızın məskən yerləri də aşkar edilmişdi. Tərtər çayının sol sahilində hündür qayalıqda aşkar edilən qədim yaşayış yerində dairəvi tikinti qalıqları, eyni zamanda, müxtəlif əmək alətləri aşkar edilib. Bunlar eramızdan əvvəl IV-III minilliyə aid maddi mədəniyyət nümunələridir. Başqa bir cəhəti də qeyd etmək istəyirəm ki, qayaüstü təsvirlərdə Azərbaycan xalqının ulu keçmişi dağlıq ərazilərdə özlərinin məskunlaşması ilə bağlı məlumatları yaratdıqları maddi mədəniyyətin nümunələrində əks etdiriblər. Kəlbəcərin  qayaüstü təsvirləri Azərbaycanın yüksək dağlıq zonasında aşkar edilən nadir nümunələr olmaqla yanaşı, ulularımızın qədim dövrlərdə hər çətinliyə sinə gərdiyini büruzə verir.

Çox sevinirəm ki, Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun zəfər yürüşü ilə bu təsvirlər artıq düşmən tapdağından azad olunub. Diqqəti cəlb edən cəhətlərdən biri də odur ki, 30 ilə yaxın düşmən tapdağında, düşmən əsarətində olmasına baxmayaraq, düşmən ulularımızın izlərini itirə bilməyib. İnanıram ki, həmin yerlərdə yeni arxeoloji axtarışlar aparılacaq. Ulularımızın zəngin tarixinə aid daha qiymətli arxeoloji materiallar əldə ediləcək. İnanıram ki, Kəlbəcərin qayaüstü təsvirləri yeni elmi axtarışları gözləyir və yeni axtarışlarla ulularımızın hələ öyrənilməmiş çoxlu sayda maddi mədəniyyət nümunəsi əldə ediləcək”.

  • Kəlbəcərdə 8 mindən artıq qayaüstü rəsm öz yeni tədqiqatçılarını gözləyir...

“Kəlbəcərdə 8 mindən artıq qayaüstü təsvir əldə etmişdik. Bu qayaüstü təsvirlər “Pəriçınqılı”, “Ayıçınqılı”, “Qaragöl”, “Zalxa göl” sahillərində aşkar edilmişdi. Bunlar saysız-hesabsızdır. İnsanlar yaşadığı yerlərdə gördüklərini, eşitdiklərini təsvir etməyə çalışıblar, öz hiss və kövrək duyğularını qayalarda əks etdirməyə cəhd göstəriblər. Bunlar bizim üçün tariximizin salnaməsidir. Güman edirəm ki, yaxın gələcəkdə Kəlbəcər qazıntıları Azərbaycan ərazilərində aşkar edilən maddi mədəniyyət nümunələrinin yeni silsiləsi olmaqla tariximizə aid daha sanballı, daha dəyərli tarixi məlumatlar verəcək” - deyə bildirən Q.İsmayılzadə vurğuladı ki, hazırda arxeoloqların işini asanlaşdıran yeni texnologiyalar da mövcuddur və biz bunu Qobustanda da gördük ki, yeni texnologiyalardan istifadə etməklə arxeoloqlarımız nə qədər böyük nailiyyətlər əldə etdilər. Bu baxımdan, o texnologiyalardan gələcəkdə Kəlbəcərdə təşkil ediləcək ekspedisiyalarda da istifadə olunmalıdır deyən Q.İsmayılzadənin sözlərinə görə, Kəlbəcərin qayaüstü təsvirləri yenidən tədqiq olunmalıdır. O hesab edir ki, yeni tədqiqatlar zamanı daha çox sayda qayaüstü təsvir əldə edilə bilər: “Hazırda Qobustanda mənim tələbələrim, aspirantlarım tədqiqat işləri aparırlar. Bu tədqiqatlarla abidənin sirlərini öyrənirlər. Təsəvvür edin, Qobustan bir neçə il bundan əvvəl orta daş dövrünə aid edilirdisə, indi paleolit nümunələri burada üzə çıxıb. Qobustanın tədqiqində tətbiq olunan yeni üsullar onun daha dərin sirlərini öyrənməyə imkanlar açır. Şübhəsiz ki, müasir arxeologiyada tətbiq olunan yeni texnoloji üsullar Kəlbəcərin də qayaüstü təsvirlərinin hələ də sirr qalan bir sıra sahələrini üzə çıxaracaq, bu misilsiz abidənin Azərbaycan tarixində nə qədər mühüm rol oynadığını, eyni zamanda, ulularımızın mənəvi zənginliyini büruzə verir. Mən əminəm ki, yeni axtarışlarla Kəlbəcərin qayaüstü təsvirlərinin dünyanın qayaüstü incəsənətinin ayrılmaz bir hissəsi olduğu sübuta yetiriləcək. Bu, unikal abidələr silsiləsidir. İnanıram ki, azad olunmuş Kəlbəcərdəki bu qiymətli maddi mədəniyyət nümunələri xalqımızın zəngin tarixi keçmişini daha parlaq şəkildə əks etdirəcək. Onu da qeyd etmək istəyirəm ki, Kəlbəcər təsvirlərinin öyrənilməsində mənə yaxından kömək edən keçmiş tələbələrim, rayonun mədəniyyət işçiləri, xüsusən də Şamil Əsgərov olub. Şamil Əsgərov Kəlbəcər muzeyinin yaradıcısıdır. O, abidələrin öyrənilməsində səy və bacarıqlarını heç əsirgəmədi. Bu təsvirlərin öyrənilməsində mənə yaxından kömək edən ziyalımız Ş.Əsgərovun rolu unudulmazdır. Onun əməyi həmişə yada salınmalıdır. Onun o tədqiqatda yaxın iştirakı olub. Yadımdadır, onunla birlikdə hələ qarı əriməmiş yaylaqlarda o təsvirləri qeydə alırdıq, öyrənirdik, onların misilsiz qiymətini müəyyən etməyə çalışırdıq”.

  • Kəlbəcərin qayaüstü təsvirləri UNESCO-ya daxil edilməlidir...

Q.İsmayılzadə vurğuladı ki, Kəlbəcər artıq işğaldan azad edilib və  Qobustan kimi Kəlbəcərin də qayaüstü təsvirlərini UNESCO-ya təqdim edərək qeydiyyatdan keçirməyimiz qarşımızda duran əsas vəzifələrdən biridir: “Ölkəmizin Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük qayğısı, səyləri nəticəsində Qobustan 2007-ci ildə UNESCO-ya daxil olundu. Yüz faiz əminəm ki, Mehriban xanımın qayğısı və səyləri nəticəsində Kəlbəcərin qayaüstü təsvirləri də yaxın gələcəkdə bəşər mədəniyyətinin ayrılmaz bir hissəsi kimi Azərbaycan mədəniyyətinin nadir nümunələrindən biri olaraq UNESCO-ya daxil ediləcək. Kəlbəcər qayaüstü təsvirlərinin özünəməxsus xüsusiyyətləri var. Bu təsvirlərdə xalqımızın zəngin mənəvi mədəniyyəti dolğun şəkildə əks olunub.

Kəlbəcərin qayaüstü təsvirlərinin UNESCO-ya daxil ediləcəyinə əminəm. Çünki bu ən vacib məsələlərdən biridir”.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ