Hikmət Hacıyev: "Humanitar atəşkəsin birinci günü Ermənistan 5 rayona 229 mərmi atıb"

img

18 oktyabr - humanitar atəşkəsin birinci günü, saat 00.00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib.

Baki-xeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb:

H.Hacıyevin sözlərinə görə, Ermənistan ordusu tərəfindən 5 rayona 229 mərmi atılıb:

“Tərtərə 160, Ağdama 63, Goranboya 6...;

- 3 raket hücumu: 1 Xızı rayonuna, 2 Ağcabədidəki Poladlı kəndinə;

- 1 dron hücum“.

Son xəbərlər