“Gördüyünüz işlərə görə Sizə çox minnətdarıq. Sizin siyasətiniz Azərbaycan Respublikasının tərəqqisinə və rifahına xidmət edir.
Mən Moskva şəhərində universitetdə təhsil alıram. Xarici ölkədə yaşayan hər bir azərbaycanlı kimi, öz xalqımızın mədəniyyətini təmsil edirəm. Qəlbimiz, ruhumuz Sizinlədir, Vətənimizin mənafeyini qorumağa hər zaman hazıram.
Mənim ailəm Xocavənd rayonundan köçkündür. Bütün xəbərləri diqqətlə izləyirik. Əsgərlərimizin uğurlarını eşitdikcə sevincimizin həddi-hüdudu olmur. Ailəmiz şanlı Azərbaycan Ordusunun tezliklə Qələbə qazanacağına əmindir. Biz mütləq öz doğma torpaqlarımıza qayıdacağıq.
Sizin rəhbərliyinizlə Azərbaycan Ermənistan üzərində zəfər çalacaq. İnşallah o gün gələcək və bütün qaçqınlar doğma yurdlarına dönəcəklər.
Allah Sizi və Ordumuzu Qorusun!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!”. Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Rusiya Federasiyasının Moskva şəhərindən İbrahimov Cavid İlqar oğlu bildirib.
Baki-xeber.com