“Azərbaycan-Niderland Biznes Qovşağının heyəti adından Azərbaycan xalqına öz dəstəyimizi ifadə etmək istəyirik.
Düşüncələrimiz hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş insanların yanındadır. Müharibədə qazanan tərəf olmur. Arzu edirik ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri dərhal icra edilsin və beləliklə, sülh və davamlı rifah geri qayıtsın”. Bunları Niderland ofisinin direktoru Elvin Hulşer və Azərbaycan ofisinin direktoru Tariyel Mirzəyev Prezident İlham Əliyevə Azərbaycan-Niderland Biznes Qovşağının heyəti adından yazdıqları məktubda bildiriblər.
Baki-xeber.com