Türkiyə Respublikasının Ankara şəhərindən Onur Gündüz Prezident İlham Əliyevə müraciət edib:
“Türkiyədə yaşayan qardaşlarınız olaraq qəlblərimizin Sizin ürəklərinizlə birlikdə döyündüyünü bildirmək istəyirəm.
Mən Sakaryada doğulmuşam. Amma mənim üçün Qarabağın Sakaryadan heç fərqi yoxdur.
Allah Vətən yolunda Sizə və ordumuza, xalqınıza kömək olsun. Oğuz tayfalarının davamçıları daim zülmə qarşı vuruşub və qalib gəlib. Dualarımız Sizinlədir”.
Baki-xeber.com