20/10/2020 12:26
728 x 90

Pakistan Paşinyanın ağzından vurdu - Azərbaycanın heç bir ölkənin hərbi dəstyinə ehtiyacı yoxdur!

img

Pakistanın Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə "RİA Novosti" telekanalına müsahibəsində bu ölkənin hərbi qüvvələrinin Azərbaycan ordusuna yardım etməsi ilə bağlı fikirlərini əsassız adlandırır.

Trend-in məlumatına görə, XİN öz bəyanatında Ermənistanın Baş nazirinin "əsassız və yersiz şərhlərini" qəti şəkildə rədd edib.

Nazirlik xatırladır ki, Prezident İlham Əliyev öz çıxışında bildirib ki, Azərbaycan silahlı qüvvələri kifayət qədər güclüdür və öz torpaqlarını müdafiə etmək üçün heç bir xarici ölkənin köməyinə ehtiyacı yoxdur.

Pakistan XİN-i hesab edir ki, Ermənistan rəhbərliyi özünün Azərbaycana qarşı qanunsuz hərəkətlərini ört-basdır etmək üçün bu cür məsuliyyətsiz propaqandaya sığınır.

"Pakistan Azərbaycana diplomatik, mənəvi və siyasi dəstəyini ardıcıl şəkildə genişləndirib. Pakistan qardaş Azərbaycan xalqının yanında durmağa davam edəcək və hər hansısa təcacüzə qarşı onun özünümüdafiə hüququnu dəstəkləyəcək", - deyə bəyanatda vurğulanır.

Pakistan XİN-i əlavə edib ki, münaqişə tərəfləri arasında sülh və münasibətlərin normallaşdırılması BMT TŞ-nın qətnamələrinin tam və hərtərəfli icrasından və Ermənistan hərbi qüvvlərinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olacaq.

Son xəbərlər