şənbə günü, 17 oktyabr 2026
     

Ermənistan Gəncəni kütləvi qırğın silahına növbəti dəfə hədəf etdi - ölü və yaralıların sayı sürətlə artır

Image


Azərbaycanın ikinci böyük şəhəri, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan Gəncə şəhəri son bir neçə həftədə üçüncü dəfədir terrorçu Ermənistanın hücumuna məruz qalır.  Məlum olduğu kimi, işğalçı Ermənistanın silahlı qüvvələri növbəti dəfə Azərbaycanın ikinci böyük şəhəri Gəncəni və iri sənaye şəhəri Mingəçeviri raket atəşinə tutub.

Baki-xeber.com xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi “Tvitter” hesabında Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin raket hücumlarına məruz qaldığını bildirib: "Humanitar atəşkəsin arxasında gizlənən Ermənistan silahlı qüvvələri terror və hərbi cinayətlərini davam etdirir. Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb. Dağıntı və tələfat dəqiqləşdirilir".

İlkin məlumata görə, ermənilərin hücumu nəticəsində Gəncədə 20-dən çox ev dağılıb. H.Hacıyev Gəncədə mülki şəxslər arasında itkilərin olduğunu açıqlayıb. Hazırda dağıntılar altında qalanların axtarışı davam edir.

"Ermənistana yeni raket sistemləri gətirildi. Bundan dərhal sonra onlar Azərbaycan şəhərlərindəki mülki insanlara xain və qəddarcasına hücum etməyə başladılar" - deyən H.Hacıyev bunu Ermənistanın dövlət terror siyasətinin təzahürü adlandırıb.

Baş Prokurorluq düşmənin Gəncənin mərkəzi hissəsində yaşayan dinc sakinləri raket atəşinə tutması nəticəsində 12 nəfərin həlak olduğunu, 40-dan çox şəxsin yaralandığını, çoxsaylı mülki infrastruktur obyektinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydiyini açıqlayıb.

Ölənlər arasında uşaqların da olduğu bildirilir. 

H.Hacıyev “Tvitter”də Gəncəyə atılan raketlərin SKAD/Elbrus əməliyyat-taktiki ballistik raketi olduğunu açıqlayıb.

Prezidentin köməkçisi bildirib ki, Gəncəyə qarşı ballistik raketlər Ermənistan ərazisindən atılıb: "Döyüş bölgəsindən çox uzaqdır. Orada hərbi zərurət yoxdur. Ermənistanın Xarici İşlər Nazirliyi bu mənfur müharibə cinayətlərinə görə dövlət məsuliyyətindən boyun qaçırmağa çalışır”.

  • “Mayası nasizmlə, faşizmlə tutulan Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı təşkil etdiyi bütün hücumlarla bəşəriyyət əleyhinə cinayət törədib”

Terror dövləti Ermənistanın Gəncəni növbəti dəfə atəşə tutmasının bəşəriyyət əleyhinə qanlı müharibə cinayəti olduğunu deyən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, düşmən ordumuz qarşısında zəifliyini, gücsüzlüyünü gizlətmək üçün mülki əhaliyə və obyektlərə, yaşayış binalarına qarşı terror törədir. “İşğalçı Ermənistan dövlətinin növbəti dəfə Gəncə şəhərini, Azərbaycanın mülki əhalisini hədəfə alması və Gəncəyə bu dəfə də ballistik raket atması birbaşa faşizm əlamətidir, nümunəsidir. Yalnız həddən artıq irqçi, şovinist, faşist bir ölkə başqa bir dövlətin ərazisinə ballistik raket ata bilər. Bu gün bu faşizmi, vandalizmi Ermənistan Gəncəyə qarşı edib. Vaxtilə Hitler Almaniyası bunu etmişdi, indi isə işğalçı Ermənistan faşistlərin yolu ilə gedərək, gecənin yarısı yatmış şəhərə ballistik raket atıb, faşistcəsinə mülki əhalini qətlə yetirib, yaralayıb, evləri dağıdıb. Ermənistan açıq şəkildə göstərir ki, o, öz qəddarlığı, terroru ilə heç də faşist Almaniyasından geri qalmır, hətta bəzi məsələlərdə onu ötür də. Ermənistanın həyata keçirdiyi terrorun hədəfi dinc Azərbaycan insanı, körpələr, qadınlar və yaşlılardır. İşğalçı Ermənistanın siyasəti faşizm, njdeizm, nasizmdir. Mayası nasizmlə, faşizmlə tutulan Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı təşkil etdiyi bütün hücumlarla bəşəriyyət əleyhinə cinayət törədib”.

Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı uzaqmənzilli, xüsusən də ballistik raketlərdən  istifadə etməsinin əsas məqsədinin əhalimiz arasında çaşqınlıq, xof, qorxu, əndişə yaratmaq olduğunu deyən F.Ələkbərli hesab edir ki, düşmən nə qədər terror, təxribat törətsə də, xalqımızın əzmini qıra bilməz, insanlarımızı qorxu və təlaşa sala bilməz. “Ermənistanın bu təxribatı heç insanlarımızı təşvişə, qorxuya sala bilməz. Xalqımız həmişə dövlətinin, ordusunun yanındadır. Bu gün irqçi, faşist Ermənistanın atdığı ballistik raketlər 20-dən çox evi dağıdıb, ölənlərin və yaralananların sayı artır, çünki insanların çoxunu dağıntılar altından axtarıb tapırlar və çıxarırlar. Gəncəyə ballistik raket atmaqla faşist Ermənistan və onun yandaşları heç bir nəticə əldə etməyəcəklər, xalqımızın əzmini qıra bilməyəcəklər. Digər tərəfdən, Paşinyan dünənki açıqlamalarında hələ də ümid edir ki, KTMT-ni, yaxud Rusiyanı Azərbaycanın haqlı savaşına qarşı dayanmaq üçün cəlb edə bilər. Paşinyan Azərbaycan Ordusunun zəfərli yürüşünü dayandırmaq üçün ümidini hələ də Rusiyaya, yaxud KTMT-yə bağlayır. Çünki Azərbaycan Ordusu qarşısında Ermənistanın dayanacaq bir gücü qalmayıb.

Ermənistanın növbəti dəfə Gəncəyə hücum etməsinin, dünən isə Naxçıvana raket atmasının əsas məqsədi Rusiyanı, KTMT-ni, qardaş Türkiyəni və digər ölkələri bu məsələyə cəlb etmək, müharibənin coğrafiyasını daha da böyütməkdir. Məğlub ölkə olan Ermənistan daha çox vəhşiliklər edir, insanlığa sığmayan addımlar atır, bəşəri cinayətlər törədir və bununla da müharibəni genişləndirmək istəyir. Ölkə başçısı İlham Əliyev də dəfələrlə antiterror əməliyyatından əvvəl deyib ki, Ermənistanın Azərbaycanla təkbətək duracaq gücü yoxdur, əgər varsa, buyursun meydana. Əslində, işğal altında olan ərazilərimizdə həyata keçirilən antiterror əməliyyatları da sübut etdi ki, bəli, dövlət başçısı haqlıdır, Ermənistan təklikdə Azərbaycanın qarşısında dura bilməz. Yəni, bütün hallarda, Azərbaycan xalqının milli ruhu 27 sentyabrla bir daha oyanıb, istər 10, istərsə də 50 milyonluq Azərbaycan xalqı olsun, bu, artıq yeni bir mərhələnin başlanğıcıdır. 2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının tarixi bir dönüş, birlik, dünyada özünü təsdiq etmək mərhələsidir” - deyən müsahibimiz bildirdi ki, ona görə terrorçu, irqçi, şovinist, düşmən Ermənistanın mülki əhalimizə qarşı atdığı bu addımlara Azərbaycan dövləti işğalçı dövlətin hərbçilərini və hərbi obyektlərini vurmaqla cavab verir, torpaqlarını işğaldan azad etməyə davam edir. 

F.Ələkbərli qeyd etdi ki, Ermənistanın heç bir terroru xalqımızın oyanmış ruhunu sarsıda bilməz, əksinə, düşmənə qarşı mübarizədə bizi daha da gücləndirir, həmrəy edir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ