20/10/2020 13:31
728 x 90

Hikmət Hacıyev və diplomatik korpusun nümayəndələri Gəncədə hadisə yerinə olublar - FOTO/VİDEO

img

Prezidentin köməkçisi Hikmət Hacıyev və beynəlxalq diplomatik korpusun nümayəndələri Gəncədə ermənilərin terror törətdikləri yerə gəliblər.

Trend-in Gəncədə olan müxbirinin məlumatına görə, onlar hadisə yerinə baş çəkiblər.

Qeyd edək ki, gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə raketlər atılıb, 13 nəfər həlak olub, 40 dan çox insan xəsarət alıb. Bir çox ev tamam dağılıb və ciddi zərər görüb.

Son xəbərlər