20/10/2020 13:05
728 x 90

Ermənistanın Gəncəyə raket hücumu nəticəsində daha bir məktəb dağılıb - FOTO

img

Gəncəyə erməni atəşi nəticəsində şəhər 29 nömrəli məktəbi ciddi dağıntılara məruz qalıb. Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook" hesabında məlumat yayıb.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

Dağıntılar altından xəsarət almış 52 nəfər yaralı və 13 nəfərin cəsədi çıxarılıb.

Son xəbərlər