“Gəncəyə qarşı balistik raketlər Ermənistan ərazisindən atılıb. Döyüş bölgəsindən çox uzaqdır. Orada hərbi zərurət yoxdur. Ermənistanın Xarici İşlər Nazirliyi bu mənfur müharibə cinayətlərinə görə dövlət məsuliyyətindən boyun qaçırmağa çalışır”.
Baki-xeber.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.