Hikmət Hacıyev: “Gəncəyə növbəti raket zərbələri endirilməsi Ermənistanın dövlət səviyyəsində terror və soyqırımı aktı siyasətini davam etdirdiyini göstərir”

“Ermənistan tərəfindən Azərbaycan mülki əhalisinə qarşı qorxaqcasına və xaincəsinə raket hücumları edilməsi, o cümlədən Gəncəyə növbəti raket zərbələri endirilməsi Ermənistanın dövlət səviyyəsində terror və soyqırımı aktı siyasətini davam etdirdiyini göstərir. Ermənistan məsuliyyətə cəlb edilməlidir”.
Baki-xeber.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.