Ermənistanın Gəncəyə raket hücumu nəticəsində ölən mülki şəxslərin sayı 12-yə çatdı - YENİLƏNDİ

Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olmuş, 40-dan çox şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir".
Bu barədə baki-xeber.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcəkdir",- deyə məlumatda qeyd edilir.
XXX
“Ermənistanın Gəncəyə raket hücumu nəticəsində 10-dan çox mülki şəxs ölüb, təxminən 40, nəfər yaralanıb. Xilasetmə əməliyyatları davam edir. Ermənistanın dövlət terroru siyasətinə son qoyulmalıdır”.
Baki-xeber.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.