Bazar günü günü, 18 oktyabr 2026
     

Makronun ermənipərəst mövqeyi... Fransa prezidenti özünü həmsədr dövlətin rəhbəri kimi yox, işğalçı ölkənin sözçüsü kimi aparır

Image


Məni bu məqaləni yazmağa vadar edən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsi ilə bağlı bəzi xarici ölkələrin, o cümlədən ATƏT-in həmsədr ölkələrindən biri olan Fransanın prezidenti Emmanuel Makronun tutduğu mövqedir.

Mənim üçün maraqlıdır ki, ATƏT-in Minsk Qrupunun 30 ilə yaxın müddətdə fəaliyyətsizliyi nəticəsində dondurulmuş halda olan problemin həlli istiqamətində ölkə prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun atdığı inamlı addımlardan Emmanuel Makron nə üçün belə “narahat” olmuşdur?

Bu gün Makron Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirib. O, Dağlıq Qarabağ münaqişəsinin həllində məsuliyyət daşıyan ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən birinin rəhbəri kimi baş verən hərbi əməliyyatlarda tərəfləri təkcə sülhə dəvət etsəydi başadüşülən olardı. Lakin Fransa prezidenti özünü həmsədr dövlətin rəhbəri kimi yox, işğalçı ölkənin sözçüsü kimi aparır, açıq şəkildə münaqişənin əsas səbəbkarının yanında yer alır, rəhbərlik etdiyi ölkənin maraqlarını belə işğalçı Ermənistanın faşizm siyasətinə qurban verir.

Niyə, nə üçün, nəyin qarşılığında? Hadisələrin inkişafı, tirajlanan dezinformasiyalar, Makronun beynəlxalq hüquqa və vasitəçilik missiyasına zidd mövqeyi fonunda bu suallar aktuallaşır.

Sentyabrın 27-dən başlayaraq, Ermənistan bütün cəbhəboyu ərazilərdə yaşayış məntəqələrini və mülki əhalini hədəfə alıb. Azərbaycan Ordusu əks-əməliyyatlarla işğalçı ölkəyə ciddi zərbələr endirdi və işğal altındakı ərazilərin bir qismini azad etdi, hazırda ərazilərimizin düşməndən təmizlənməsi istiqamətində əməliyyatlar uğurla davam edir.

Ermənistanın məğlub duruma düşdüyünü görən E.Makron isə, heç bir ciddi fakta əsaslanmayaraq, guya Suriya və Liviyadan gətirilmiş muzdluların Azərbaycanın tərəfində döyüş əməliyyatlarında iştirak etməsi barədə saxta informasiyanı dilə gətirir. Bununla da Makron saxta məlumatlara istinad etməklə Fransa kimi ölkənin dövlət başçısı postuna adekvat olmadığını sübut edir. Məqsəd Azərbaycan haqqında yanlış imicin formalaşdırılması, beynəlxalq ictimaiyyətin diqqətini bölgəyə çəkmək və işğal olunmuş ərazilərin azad edilməsi istqamətində həyata keçirilən əməliyyatları bu yolla dayandırmaqdır. Bunun isə işğalçı ölkənin marağında olduğu məlumdur. Halbuki, Azərbaycanın əksinə olaraq, dəqiq faktlarla sübut olunur ki, bu gün Ermənistan ordusunun tərkibində PKK terrorçuları ilə yanaşı, müxtəlif xarici ölkələrdən cəlb edilmiş etnik ermənilər Azərbaycan silahlı qüvvələrinə qarşı döyüşürlər. Bu faktı Ermənistanın prezidenti Armen Sarkisyan Əlcəzairin “Əl-Cəzirə” televiziyasına verdiyi müsahibədə dilə gətirdi və etnik ermənilərin Ermənistan silahlı qüvvələri tərkibində vuruşduqlarını etiraf etməklə bunun qeyri-adi bir şey olmadığını hesab etdiyini dedi. Bununla da fransız prezident Fransanın sülhü yox, işğalı dəstəklədiyini, Minsk Qrupunda həmsədrliklərini şübhə altına aldığını, Azərbaycanın ərazi bütövlüyünü dətəkləyən beynəlxalq hüququ tapdaladığını sübut etmiş oldu.

Ümumilikdə, Fransanın dövlət başçıları hər zaman erməniləri dəstəkləyiblər. Bu baxımdan Emmanuel Makron da istisna deyil. Erməni təşkilatlarının tədbirində iştirak edir, illik görüşlərinə qatılır. Hətta ötən il onlara söz verdi ki, Fransada “erməni genosidi”nin anım günü təyin olunacaq və hər il qeyd ediləcək. Ermənilərə bu cür dəstək göstərən dövlətin başçısından, təbii ki, başqa mövqe gözləmək absurd bir şeydir.

Haqlı olaraq məndə Makronun qazancının nədən ibarət olması sualı yaranır.

Hesab edirəm ki, qarşıdan seçkilər gəlir və Makron sürətlə aşağı düşən reytinqi fonunda nəticələrin onun üçün ürəkaçan olmayacağını anlayır. Bəzi araşdırıcı şirkətlərin ötən həftə açıqlanan hesabatından Fransa prezidentinin, ümumilikdə hökumətin reytinqinin sürətlə aşağı düşdüyü aydın olur. Hesabatda bildirilir ki, ötən bir ay ərzində Makronu dəstəkləyənlərin sayı 7 faiz aşağı düşmüşdür. E.Makrona etibarın itməsinin əsas səbəbi isə əhalinin problemləri ilə, o cümlədən 2 ilə yaxın müddətdə Fransada davam edən “sarı jiletlilərin” sosial-iqtisadi məsələlərlə bağlı irəli sürdükləri haqlı tələblərin yerinə yetirilməməsi, onlara qarşı güc tətbiq edilməsi ilə insan haqlarının pozulmasına şərait yaradılması və digər problemlərin həllində lazımsız sərt mövqe tutmasıdır. Belə olduqda isə Fransada güclü olan erməni diasporu və erməni seçicilər faktoru önə çıxar. Görünür, E.Makron növbəti seçkilərdə erməni seçicilərə “xilas yolu” kimi baxır. Makronun milli maraqlarının əleyhinə olsa belə, açıq şəkildə ermənipərəst mövqe ortaya qoymasının əsas səbəblərindən biri budur. Onun vasitəçilik missiyasının tam ziddinə olan “Hamımız birlikdə müqavimət göstərəcəyik. Əmin olun” sözləri ilə Ermənistana verdiyi vəd, əslində Fransadakı erməni seçicilərə verilən vəd idi.

Hesab edirəm ki, Emmanuel Makronun turkofobiya siyasəti, o cümlədən Dağlıq Qarabağla bağlı məsələdə tutduğu ermənipərəst siyasət Fransanın Minsk Qrupunun həmsədri kimi vasitəçiliyini heçə endirir. Bu baxımdan biz, yəni bugünkü iclasımız Fransanın Minsk Qrupunun həmsədrliyində fəaliyyəti barədə konkret münasibət bildirməlidir. Fransa artıq bir tərəf olmadığını ortaya qoyduğu üçün bu missiyadan kənarlaşdırılmalıdır.

E.Makron və onun həmfikirləri dərk etməlidirlər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, «Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu bizim doğma dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bu gün Azərbaycan ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Ermənistan ordusunun bizim torpağımızda nə işi var?”

Hesab edirəm ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz az müddət içərisində işğal altında olan torpaqlarımızın azad olunmasını təmin etməklə üçrəngli bayrağımızı həmin ərazilərdə dalğalandıracaq. Prezidentimizin dediyi kimi, bu qələbə bayraqları azadlıq meydanında keçiriləcək qələbə paradında nümayiş etdiriləcəkdir.

Yaşasın Azərbaycan Ordusu!!!

Qələbə bizimlədir!!!

Səttar MÖHBALIYEV
AHİK-in sədri, millət vəkili



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ