Bazar günü günü, 18 oktyabr 2026
     

Müharibə Ermənistan iqtisadiyyatını tam çökdürür - düşmən ölkə ekonomik fəlakətin astanasında...

Image


Müharibənin həm də ən böyük biznes olması indiyə qədər dəfələrlə reallıqda öz əksini tapıb. Bu səbəbdən aydındır ki, istənilən ölkənin müharibəni davam etdirməsi üçün ciddi iqtisadi resursları olmalıdır. Bu mənada, cəbhə zonasında davam edən döyüşlər həm də Azərbaycan və Ermənistanın iqtisadi müstəvidə savaşı sayıla bilər.

İndiki şəraitdə Azərbaycan müharibənin davamı üçün lazımı iqtisadi potensila malik olduğu halda, Ermənistan haqda eyni sözləri demək mümkün deyil. Artıq düşmən iqtisadiyyatında daha ciddi çöküş başlanıb. Ermənistan bu fonda ordusunu təmin etməkdə ciddi çətinliklər yaşayır. Təkcə ordu yox, elə əhlainin də təminatında problemlər kəskinləşir. Ekspertlərin fikrincə, bu fonda təsadüfi deyil ki, döyüşlər başlayan ilk gündən Ermənistan hökuməti müharibəni dayandırmaq üçün canfəşanlıq edir. Nikol Paşinyan hələ də ən müxtəlif ölkələrin rəhbərlərinə zəng vuraraq hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana təsir və təzyiq göstərmələrindən ötrü onlara dil tökür. Paşinyanı qorxudan daha bir məqam xalqın daha ağır duruma düşməsi ilə ona qarşı qiyam qaldıra biləcəyi ilə bağlıdır. Xüsusən də müharibənin başlaması ilə Ermənistanın iqtisadi tənəzzülünün dərinləşməsi Paşinyanı daha çıxılmaz vəziyyətə salıb. Bu arada beynəlxalq miqyasda etiraf edilir ki, Ermənistanın iqtisadi göstəriciləri pisləşməkdə davam edir. Bunu artıq beynəlxalq reytinqlər də təsdiqləyir. Belə ki, “Fitch” beynəlxalq reytinq agentliyi Ermənistanın xarici valyutada uzunmüddətli defolt reytinqini  “BB-”dan “B+” səviyyəsinə endirib. Buna əsas səbəb olaraq isə ölkədəki daxili disbalansın dərinləşməsi, xalis xarici borc və cari hesablar balansındakı defisitin artması, eyni zamanda, faiz yükünün yüksəlməsi göstərilib. Bundan başqa, Dağlıq Qarabağ konfliktinin davam etdirilməsinin ölkənin həm maliyyə, həm fiskal, həm də ümumi makroiqtisadi sabitliyinə çox böyük mənfi təsirə malik olduğu qeyd olunub. Bu da erməni iqtisadiyyatının artıq beynəlxalq miqyasda çöküşü deməkdir. Elə ekspertlər də bildirir ki, indiki vəziyyətdə düşmənin resurs müharibəsinə çox davam gətirəcəyi gözlənilmir. Çünki pandemiyanın gətirdiyi yeni iqtisadi şərait bu ölkədə ekonomik vəziyyəti onsuz da kəskinləşdirib. Yeni savaş isə Ermənistana daha böyük zərbə vurur. Bu baxımdan sözügedən ölkənin uzunmüddətli resurs müharibəsi aparmaq üçün heç bir əlavə imkanı mövcud deyil. Ekspertlər başqa bir məqama da diqqət çəkir ki, demoqrafik göstəricilərin onsuz da aşağı olduğu Ermənistanda müharibə şəraiti ilə bağlı tam səfərbərlik rejiminin tətbiq olunması və 55 yaşa qədər kişilərin döyüşə cəlb edilməsi bu ölkənin əməktutumlu bir çox sahələrinin fəaliyyətində məhdudiyyətlər yaradıb. Yerli sahibkarların bir çoxu istehsal fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını bildirir. Kiçik sahibkarlar döyüşə gedərək tamamilə biznesdən uzaqlaşır, kiçik və orta sahibkarlar isə özlərinin və ya əksər işçilərinin səfərbər olunması və lazımi işçi qüvvəsi olmaması səbəbindən məhsuldarlığının kəskin aşağı düşməsini müşahidə edirlər.

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi isə qeyd edir ki, böyük biznes subyektləri də ümumi iqtisadi daralmanın mənfi təsirindən öz payını almaqdadır. Buna əlavə olaraq, cəbhə bölgəsində Ermənistanın verdiyi ağır itkilər və işçi qüvvəsinin real sektordan hərbi sahəyə transferinin bu mənfi durumu daha da kəskinləşdirəcəyi şübhə doğurmur. Artıq erməni sahibkarlar müxtəlif mətbuat mənbələrində üzləşdikləri çətinliklər barədə açıqlamalar verməkdən çəkinmirlər. Onların sözlərinə görə, istehsal prosesinin tamamən və ya qismən dayandırılması onların gəlirlərinə ciddi şəkildə mənfi təsir göstərir və növbəti ayın vergi ödəmələrində kəskin azalmaların olacağını proqnozlaşdırırlar. Bu da, öz növbəsində, Ermənistan büdcəsinin maliyyələşməsinə öz mənfi təsirini göstərəcək. Bundan başqa, dövlətin hərbi itkiləri və məğlubiyyətə yaxın olması əlavə resurslar tələb edir. Dövlətin orduya dəstək fondları yaradaraq, onsuz da yoxsul olan əhalinin son vəsaitlərini buraya cəlb etməsi erməni vətəndaşlarının rifahını daha da pisləşdirir. Təkcə koronovirusun təsiri ilə Ermənistanın sentyabr ayına olan son rəsmi statistik məlumatlarına əsasən, ölkədə 1213 ticarət obyekti bağlanıb, 5058-i isə öz fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Bu da ölkədə fəaliyyət göstərən bütün ticarət obyektlərinin 50 faizə yaxın hissəsini təşkil edir. Bundan başqa, tikinti sektorunda 23 müəssisə ləğv edilib, 231-nin fəaliyyəti isə müvəqqəti dayandırılıb. Müharibənin başlaması ilə Ermənistanda digər iqtisadi müəssisələr də fəaliyyətini dayandırır. Bu da Ermənistanın iqtisadi çöküşünü sürətləndirir. Bu fonda Ermənistan Azərbaycana qarşı ciddi müharibə aparmaq üçün nə hərbi, nə də iqtisadi imkanlara malikdir. Bu hərbi qarşıdurmanın hər günü işğalçı ölkəni labüd iqtisadi fəlakətə bir az da yaxınlaşdırır. Elə bu da Ermənistan hakimiyyəti üçün böyük problemlər deməkdir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ