Bakı şəhərindən Cəfər Cabbarlı ailəsi adından Qəmər Seyfəddinqızı Prezident İlham Əliyevə müraciət edib:
“Azərbaycanın müqəddəs torpaqlarının erməni işğalından azad olunması istiqamətində həyata keçirdiyiniz qətiyyətli siyasət nəticəsində şanlı ordumuz mənfur düşmən üzərində böyük qələbələr qazanır. Xalqımıza yaşatdığınız qürur və sevinc hisslərinə görə Sizə dərin təşəkkürlərimizi bildirir, uca Tanrıdan cansağlığı diləyirik.
Bütün xalqımız Sizinlədir.
Qarabağ Azərbaycandır!”
Baki-xeber.com