“Uzun illərdir özümə Vətən bildiyim, burada ailə qurduğum Azərbaycanla və övladlığa götürdüyüm balamın qürurla daşıdığı Azərbaycan Respublikasının pasportu ilə qürur duyur, bu hisslər üçün Sizə minnətdarlıq edirəm.
Bilmənizi istəyirəm ki, Sizin rəhbərliyinizlə bütün Azərbaycan xalqı bu günlərdə Vətənimiz Qarabağ uğrunda mücadilə aparır.
Bizi özündən ayrı görməyən böyük Azərbaycan xalqının qonaqpərvərliyi və əbədi qardaşlığımız naminə əlimdən, ürəyimdən gələn hər bir köməyi Sizə və Azərbaycan xalqına verməyə hazırıq.
Allah bu işdə Azərbaycan Ordusuna kömək olsun.
Yaşasın Azərbaycan, Yaşasın Türkiyə!”
Bunları isə Türkiyə Respublikasının İstanbul şəhərindən Mümin Kıvanc Prezident İlham Əliyevə yazdığı məktubda bildirib
Baki-xeber.com