“Əminik ki, Sizin tutduğunuz bu haqq yolu bizi tezliklə böyük qələbəyə çatdıracaq!
Şəhid adı uca addır, vətənpərvərlik, cəsurluq, qəhrəmanlıq, igidlik, ölməzlik, əbədilik zirvəsidir. Belə bir zirvəyə yüksəlmək bizim hər birimizin müqəddəs vətəndaşlıq borcudur. Biz Vətən uğrunda hər zaman buna hazırıq.
Sizin hər bir çıxışınızda biz yüksək vətənpərvərlik hiss edirik. Bu gün Vətən torpaqlarının azad edilməsi də bu vətənpərvərliyin bariz nümunəsidir. Biz də Sizin arxanızda dayanır və Sizə qələbə arzulayırıq. Bu gün əmr etsəniz, biz də əsgərlərimizlə çiyin-çiyinə düşmənə qarşı vuruşmağa hazırıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Bu sözləri Prezident İlham Əliyevə etdikləri müraciətdə Lənkəran rayonunun Liman şəhərindən Liman şəhər poçt şöbəsinin kollektivi deyib.
Baki-xeber.com