Bakıdan Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının kollektivi tərəfindən Prezident İlham Əliyevə müraciət daxil olub. Xəstəxana kollektivi yazır:
“Ötən əsrin 90-cı illərində ölkəmiz təsadüfi, təcrübəsiz qüvvələr tərəfindən idarə olunurdu. Ölkədə hərcmərclik, özbaşınalıq baş alıb gedirdi. Ulu Öndərimizin birinci hakimiyyəti dövründə yaratdığı möhkəm dövlətçiliyimizə sarsıdıcı zərbələr vurulurdu. Yaranmış vəziyyətdən istifadə edən mənfur qonşumuz torpaqlarımızın 20 faizini işğal etdi. Ulu Öndər Azərbaycan xalqının təkidli xahişi ilə yenidən hakimiyyətə qayıtdı. Məhz bugünkü uğurlarımızın təməli o günlərdən yaradılmağa başlayıb.
Siz Ulu Öndərimizin layiqli davamçısı kimi böyük zəhmətinizin hesabına uğurlu, ardıcıl, məqsədyönlü daxili və xarici siyasətinizin nəticəsində bütün sahələrdə olduğu kimi, müdafiə sahəsində də uğurlar əldə edərək ölkəmizi zirvələrə ucaltdınız.
Bu gün Sizin rəhbərliyiniz sayəsində Azərbaycan qüdrətli ölkədir. Dünyanın aparıcı ölkələri sırasında öz sözünü layiqincə deyə biləcək dövlətlərdəndir.
...Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının kollektivi olaraq Sizin sıravi əsgərlərinizik, hər bir əmrinizə müntəzirik. Bunun bariz nümunəsi kollektivimizin çoxsaylı tibb işçisinin cəbhə bölgəsi hospitallarına könüllü ezam olunması, fədakar əməkləridir.
Allah Sizi və Mehriban xanımı qorusun. Sizin yeni əmrlərinizi gözləyirik. Allah Siz başda olmaqla, bu haqq işimizdə millətimizə yar olsun!”
Baki-xeber.com