Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən Əliyev Eldar, Əliyeva Natəvan, Əliyeva Səbinə, Əliyev Toğrul Prezident İlham Əliyevə məktub yazıblar: “Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusunun qələbələri, həmçinin, Cəbrayıl rayonu və ətraf kəndlərin azad edilməsi münasibətilə Sizi və xalqımızı ürəkdən təbrik edirik.
İnanırıq ki, Sizin komandanlığınız altında tezliklə Azərbaycan Ordusu tarixi ədaləti bərpa edəcək və Vətənimizin ərazi bütövlüyü təmin olunacaq!
Yaşasın Azərbaycan! Var olsun Ali Baş Komandanımız və onun rəhbərliyi altında Azərbaycanın müzəffər ordusu! Qarabağ Azərbaycandır!”
Baki-xeber.com