Cəbrayıl rayonunun Quycaq kəndindən Rəhman Məmmədov da Prezident İlham Əliyevə müraciət edib. “Komandanlığınızla Cəbrayıl şəhəri və ətraf kəndləri, eləcə də Quycaq kəndi yağı düşməndən azad edildiyinə görə Sizə bütün kəndimizin sakinləri adından dərin minnətdarlığımızı bildiririk. Sizə neçə-neçə uğurlar, nailiyyətlər arzulayırıq.
Bu gün cəbrayıllılar, eləcə də bütün Azərbaycan xalqı sevinc içindədir. Bizim sevincimizin həddi-hüdudu yoxdur. Bu hisslərin necə əvəzedilməz olduğunu çatdırmaq qeyri-mümkündür. Artıq bizim də gedəcəyimiz bir kəndimiz var.
Üç gündür ki, sevinc göz yaşlarımız qurumur. Biz hər zaman inanırdıq ki, bu torpaqlar yenidən özümüzə qaytarılacaq. Məhz Sizin komandanlığınızla bu torpaqların düşmən əsarətindən qurtulması xəbəri bizi ikiqat xoşbəxt etdi.
Bütün cəbrayıllılar Sizin daxili və xarici siyasətinizi dəstəkləyir. Biz hər zaman Sizinləyik, cənab Prezidentimiz” - deyə R.Məmmədov ölkə başçısına müraciətində vurğulayıb.
Baki-xeber.com