Bazar günü günü, 18 oktyabr 2026
     

Paşinyan cəbhələrdə qaçılmaz qəti hərbi məğlubiyyəti önləmək üçün üsul tapıb - “ikinci erməni genosidi” təbliğatı...

Image


Qarabağ cəbhəsində düşmənin törətdiyi saysız terror və təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatları davam edir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, işğalçı ordunun torpaqlarımızdan çıxarılması uğrunda şanlı ordumuzun düşmən üzərində qazandığı böyük üstünlüklər düşməni çaş-baş salıb.

Paşinyan və onun hakimiyyətində təmsil olunanlar aldığı zərbələrdən o qədər sarsılıblar ki, artıq sayıqlamağa başlayıblar. Deyə bilərsiniz ki, Ermənistanın sayıqlaması adi haldır və burada təəccüblü heç nə yoxdur. Razıyam. Amma budəfəki sayıqlamaları daha çox təxribatla yüklənib.   

Hər şeydən əli üzülən Ermənistan işğalçı ordusunu torpaqlarımızdan çıxarmaq əvəzinə, yenidən “münəccimlik” etməyə başlayıb. Ermənistan indi də iddia edir ki, guya Qafqazda Azərbaycan və Türkiyə tərəfindən ermənilərə “ikinci genosid hazırlanır”. Ermənistan bu yolla dünyanı aldatmaq, beynəlxalq aləmin diqqətini yayındırmaq, çaşdırmaq niyyəti güdür. Burada, təbii ki, söhbət Dağlıq Qarabağ problemini həll etməkdən getmir, Ermənistanın yeni çürük və həqiqəti əks etdirməyən “ikinci genosid” söhbətini ortaya atmasından gedir. Hətta bu həqiqətdən uzaq, sırf erməni hiyləsinə, məkrinə söykənən bu məsələ Paşinyanın əhaliyə müraciətində də əks olunub.

  • “...dünya dövlətləri Paşinyanın və digərlərinin bu cəfəng iddiasını qəbul etməyəcəklər”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın bu cəfəng iddiası diqqəti Dağlıq Qarabağ probleminin həllindən uzaqlaşdırmağa və torpaqlarımızı işğalda saxlamağa yönəlib, işğalçı ölkənin bu iddiasına beynəlxalq ictimaiyyət inanmamalıdır. “Ermənistanın hərbi-siyasi rəhbərliyinin hər cür oyunlara, yalanlara əl atması, ilk növbədə, Azərbaycanın hərbi əməliyyatları dayandırmasına hesablanıb. Məğlub durumda olan başda Baş nazir Paşinyan olmaqla Ermənistan rəhbərliyi hər cür vasitələrə əl atır ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarını dayandırmasına nail olsun, eyni zamanda, Azərbaycan Ordusunun Dağlıq Qarabağı və digər ərazilərimizi işğaldan azad etməsinin qarşısını alsın. Bilirik ki, Ermənistanın Azərbaycanın cəbhəyanı və cəbhədən çox-çox uzaqda yerləşən ərazilərini, yaşayış məntəqələrini uzaqmənzilli raketlərlə və digər qurğulardan atəşə tutması birbaşa Azərbaycan əhalisinin məhvinə yönəlib. Hətta “Rosiya-24” kanalına müsahibəsində Paşinyanın sözçüsü bildirdi ki, Ermənistanın məqsədi Azərbaycan əhalisində qorxu, təşviş yaratmaqdır. Buna görə də onlar uzaqmənzilli raketlərdən istifadə etməklə Azərbaycanın iri şəhərlərini, xüsusən də Gəncə, Mingəçevir kimi şəhərləri vurur və hətta Xızıya, Abşerona da raketlər atırlar. Ermənistanın bizim yaşayış məntəqələrimizi uzaqmənzilli raketlər vasitəsilə vurması təsadüfi deyil, bu, əhalimiz arasında panika yaratmağa hesablanıb. Bunu Paşinyanın sözçüsü də açıq şəkildə bildirib. Ermənistanın bu təxribatı baş tutmadı, əhalimiz qorxuya, təşvişə düşmədi, əksinə, daha da əzm, qorxmazlıq nümayiş etdirdi. Bundan sarsılan düşmən başqa oyunlara əl atır, onlardan biri də “genosid” oyunudur. Artıq Ermənistan 27 sentyabrdan başlayaraq öz aləmində dünya ictimaiyyətinə çatdırmaq istəyir ki, guya Azərbaycanla Türkiyə bir yerdə “ermənilərə qarşı soyqırım həyata keçirmək aktına başlayıblar”. Şübhəsiz ki, bu, cəfəngiyyatdır və kökündən yanlış bir iddiadır. Bütün dünya ictimaiyyəti, istər Ermənistanı müdafiə edən, istərsə də etməyən ölkələr olsun, fərq etməz, böyük əksəriyyət Ermənistanın iç üzünü çox yaxşı tanıyır. Yeri gəlmişkən, beynəlxalq ictimaiyyətin ermənilərin hər yalanına inandığını deyə bilmərik. Çünki beynəlxalq ictimaiyyətin xeyli hissəsi ermənilərin yalan danışdığını yaxşı bilir. Türkiyə başda olmaqla, Pakistan, Ukrayna, İsrail, Əfqanıstan, Gürcüstan, Latviya və digər başqa bir çox ölkə artıq Ermənistanın hansı məkrli siyasət yürütdüyünü, necə oyunlar oynadığını yaxşı bilir. Ancaq ermənilər bu gün üçün bütün məsələlərdən maksimum yararlanmağa çalışırlar. Bildiyimiz kimi, istər Paşinyanın, istərsə də Ermənistanın formal prezidenti Armen Sarkisyanın dilindən “türklər birləşib bizi qıracaqlar, bizi soyqırım edəcəklər” kimi əsassız iddialar səsləndirməklə özlərini beynəlxalq ictimaiyyət qarşısında gülünc vəziyyətə salırlar. Bir tərəfdən bu iddianı irəli sürürlər, digər tərəfdən isə Sarkisyan son müsahibəsində deyir ki, biz Çingiz xanlarla, Teymurilərlə savaşırıq. Bilirsiniz ki, orta əsrlərdə türklər böyük uğurlar əldə ediblər, türk dövlətləri Avropanın əsas hakim dövlətləri olublar. İstər Atillanın, istər Sultan Süleyman Qanuninin, istər Teymurilərin dövründə 3-4 əsrə qədər türk dövlətləri Avropada hökmranlıq ediblər. Başda  fransızlar olmaqla, bir çoxunun içində hələ də bir türk qorxusu, türkə qarşı nifrət var. Bu, xalq arasında olmasa da, rəhbərliklərində var. Ermənistan da indi bundan istifadə etməyə çalışır ki, “baxın, türklər yendən birləşiblər, bizə qarşı genosid edirlər” - deyirlər. Terrorçu Ermənistan hökuməti “Azərbaycan və Türkiyə birləşib bizə qarşı genosid aktı törədəcəklər” kimi əsassız iddianı səsləndirməklə əslində, atəşkəsə nail olmaq istəyir, vaxt qazanıb bundan sonra yenidən öz çirkin cinayətlərini həyata keçirməkdə davam etsinlər”.

Ermənistanın hazırda “genosid” iddiasından yararlanmaq istədiyini deyən F.Ələkbərli bildirdi ki, işğalçı ölkə “biz soyqırıma məruz qala bilərik, bizi qorumaq lazımdır” deməklə münaqişəyə daha çox tərəfi cəlb etməklə müdafiə olunmaq istəyir. “Burada üçüncü tərəf də var. Mümkün qədər Rusiyanı və KTMT-ni bu oyuna cəlb etmək istəyir. Rusiya isə hələlik yaxın durmur. Bildiyimiz kimi, yaşayış məntəqələrimizə uzaqmənzilli raketlər atmaq vasitəsilə əhalimiz arasında qorxu, təşviş yaratmaq, eyni zamanda, nəinki yerli və regional, eləcə də beynəlxalq əhəmiyyətli obyektləri, strateji yerləri, Bakı-Ceyhan neft kəmərini, Mingəçevir elektrik stansiyasını vurmaqla təşviş yaratmağa cəhd edirlər. İkincisi, burada əsas məsələlərdən biri “genosid”, üçüncüsü isə Rusiyanı prosesə cəlb etmək məsələsidir ki, bunların heç birində də heç nəyə nail ola bilməyiblər. Əksinə, bu onların bir daha iç üzünün beynəlxalq ictimaiyyətə bəlli olmasına səbəb olub. Sadəcə, indi Ermənistan “genosid” məsələsindən daha çox yapışıb Qərb dövlətlərinin köməyilə Azərbaycan Ordusunu işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi işindən uzaqlaşdırmaq istəyir. Ortada Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar var. Bu da Ermənistanı əməlli-başlı sarsıdıb. Onlar bütün saxtakarlqılardan, “göz yaşın”dan istifadə etməklə hərbi əməliyyatları dayandırmaq istəyirlər. Əlbəttə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin ortaya yeni atdığı “genosid” iddiası özünü doğrultmayacaq, obyektiv olan dünya dövlətləri Paşinyanın və digərilərinin bu cəfəng iddiasını qəbul etməyəcəklər”.

Bu gün dünyanın bir çox ölkəsinin Azərbaycana dəstək verməsindən, onların Azərbaycanın ədalətli mübarizəsinin yanında olmasını bəyan etməsindən çox ciddi  narahatlıq keçirən Ermənistan yeni iddialar ortaya atır. F.Ələkbərli qeyd etdi ki, burada ermənilərin genosidindən söhbət gedə bilməz, biz öz haqlı davamızı aparırıq və torpaqlarımızdan terrorçuları, işğalçı ordunu təmizləyirik.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ