Bazar günü günü, 18 oktyabr 2026
     

Azərbaycanın uğurlu antiterror əməliyyatları beynəlxalq dəstək qazanır – Kreml xəyanətləri Ermənistana bağışlamadı...

Image


Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan bu gün tamamilə fərqli və maraqlarına tam cavab verən bir vəziyyətin yaranmasına nail ola bilib. Məhz bunun nəticəsidir ki, indi beynəlxalq miqyasda Ermənistan təkləndiyi halda, Azərbaycana münasibətdə tamam fərqli mənzərə müşahidə olunur.

  • İrəvanın cəhdləri nəticə vermir...

Azərbaycan ordusu qarşısında Ermənistan tab gətirə bilməyəcəyini artıq yaxşı başa düşür. Bu səbəbdən Ermənistan tərəfi artıq Gəncəni və cəbhə zonasından uzaq digər yaşayış məntəqələrini atəşə tutmaqla qəsdən Azərbaycanı təxribata çəkir. Düşmən bununla da hərbi və döyüş əməliyyatları zonasını genişləndirməyə can atır. İrəvan ümid edir ki, Bakı da Ermənistana zərbə endirəcək və bununla İrəvan vəziyyətdən istifadə edib KTMT-yə müraciət edə biləcək. Ancaq Azərbaycan Ermənistanın təxribatlarına uymur. Ən əsası da, heç bir halda Kollektiv Təhlükəsizlik Müqabviləsi Təşkilatından (KTMT) kimsə Ermənistanı dəstəkləməyə hazırlaşmır. Qurumda hamı bu vəziyyətdə kimin təcavüzkar və genişmiqyaslı hərbi əməliyyatların təxribatçısı olduğunu yaxşı görür. Bu fonda Rusiya prezidenti Vladimir Putinin “Rossiya 1” telekanalına açıqlamasında dedikləri Azərbaycanın diplomatik qələbəsi, Ermənistanın isə yeni məğlubiyyətidir. Qeyd edək ki, açıqlamasında Putin Qarabağda gedən hərbi əməliyyatlar barədə ilk dəfə şərh verib. O, döyüş əməliyyatlarının Ermənistan ərazisində getmədiyini vurğulayıb və KTMT çərçivəsində Rusiyanın öz öhdəliklərini yerinə yetirməsi baxımından heç bir sual olmadığını bildirib: “Məlumdur ki, Ermənistan KTMT üzvüdür, bizim Ermənistan qarşısında həmin müqavilə çərçivəsində müəyyən öhdəliklərimiz var. Lakin döyüş əməliyyatları,- hansı ki, bizim dərin təəsüflərimizlə hələ də davam edir,- Ermənistan ərazisində getmir. O ki qaldı Rusiyanın bu müqavilə çərçivəsində öz öhdəliklərini yerinə yetirməsinə, biz onları həmişə yerinə yetirmişik və öz öhdəliklərimizi bundan sonra da yerinə yetirəcəyik. Bildiyiniz kimi, mən Ermənistanın baş naziri ilə daimi canlı təmasdayam, Ermənistan rəhbərliyinin Rusiyanın öz müttəfiqlik öhdəliklərini yerinə yetirməsinin keyfiyyəti barədə heç bir sualı yoxdur”. Beləliklə, Rusiya Qarabağ münaqişəsinə müdaxilə etmək niyyətində deyil. Elə bu da Ermənistan üçün ciddi problem deməkdir. Çünki bu halda Ermənistan qısa müddətdə məğlub duruma düşəcəyini yaxşı bilir.

Türkiyəli ekspert Əbdülqədir Səlvi də qeyd edir ki, Ermənistanın Azərbaycana hücumlarından bəri diqqətlə izlənən liderlərdən biri Rusiya prezidenti Vladimir Putindir. O, Putinin Ermənistanın hücuma keçdiyi andan bəri, gözlənilənlərin əksinə, Ermənistana dəstək göstərmədiyinə diqqət çəkib. Hətta onun Nikol Paşinyanın düşdüyü çətin vəziyyəti uzaqdan izləməklə kifayətləndiyini diqqətə çatdırıb: “Putin bu addımı ilə ABŞ və Fransa tərəfdaşı olan Paşinyanın burnunu yerə sürtmüş olub. Putinin Paşinyanı devirib rusiyapərəst birini hökumətin başına gətirib-gətirməyəcəyi isə bilinmir”. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsini kənardan izləyən Putinin nə zaman müdaxilə edəcəyi maraq dairəsindədir. Lakin indi görünən budur ki, Putin neytral mövqedədir. Türkiyənin strategiya mütəxəssisi Yusif Alabarda da qeyd edir ki, Rusiya Ermənistana Dağlıq Qarabağda dəstək verməyəcək. Mütəxəssis Ermənistanın baş nazirinin siyasi səhvlər buraxdığını xüsusi qeyd edir: “Rusiyanın dəstək verəcəyini zənn etmirəm. Paşinyan İbn Haldundan bixəbər olduğu üçün “coğrafiya taledir” sözünü də bilmir. Gedib Fransadakı və ABŞ-dakı diaspora Rusiyanı satıb. Sən Vladimir Putinlə olan münasibətlərini bir küncə qoydun. Özünü Emmanuel Makrona satdın. Putin zənglərinə cavab vermir. Üstəlik, açmamaqla yanaşı, bir də lağlağı edir. Putin “gəl indi hesab dəftərini açaq” deyir. Böyük ehtimal, Paşinyan hakimiyyətdən getmədən Rusiya dəstək verməyəcək”.

  • Düşmənin qısa müddətdə məğlubiyyəti qaçılmazdır

Cəbhə zonasında hərbi əməliyyatların təhlili artıq qısa müddətdə zəbt edilmiş ərazilərin azad olacağını istisna etmir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi əməliyyatı uğurla davam edir. Əməliyyatın dayanması üçün Azərbaycanın başlıca şərti Ermənistanın işğal etdiyi torpaqlardan çıxmasıdır. Azərbaycanın ərazi bütövlüyü təmin olunacağı halda İrəvanla danışıqlar başlaya bilər. Ancaq bunun heç də Ermənistanın və havadarlarının əvvəllər irəli sürdüyü şərtlər daxilində olması mükün deyil. Bütün şərtləri Azərbaycan diqtə edir. Bu şərtlərin nədən ibarət olduğunu isə Prezident İlham Əliyev Türkiyənin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində belə sadalayıb: “Danışıqlara geri qayıtmaq üçün birinci Ermənistanın baş naziri “Qarabağ Ermənistan deyil” deməlidir, çünki “Qarabağ Ermənistandır” ifadəsi yalandır, Qarabağ Azərbaycandır! O, torpaqların sahibi olan bizə onların qaytarılmasını təmin edən iyirmi il ərzində işlənib hazırlanmış prinsiplərə sadiq qaldığını deməlidir. Bu çirkin hərbi hücuma keçdikdən sonra o bizə şəhərlərimizdən qoşunların çıxarılması üzrə vaxt cədvəlini verməlidir və belə olan halda biz savaşı dayandırmağa hazırıq. Əks halda, biz bunu güc yolu ilə edəcəyik, biz ərazi bütövlüyümüzü güc yolu ilə bərpa edəcəyik və ona yerini göstərəcəyik”.

Bu şərtlərə əməl edilmədiyi halda Azırbaycan Ermənistanın işğal siyasətinə güc yolu ilə son qoyacaq. Rus hərbi ekspert Aleksey Arbatov da bunu tamamilə mümkün sayır. O, Azərbaycan ordusunun Ermənistan ordusundan daha böyük və daha yaxşı silahlandığını da qeyd edir: "Azərbaycan hücum silahlarında daha güclüdür. Son vaxtlara qədər oraya, xüsusən də Rusiyadan, real pula böyük silah tədarükü gedirdi. Azərbaycan topçu və zirehli qüvvələrdə daha güclüdür. Bütün kateqoriyalarda Azərbaycan ordusu müasir silahlarla daha yaxşı təchiz edilib". Digər ekspert İqor Korotçenko isə xatırladır ki, Ermənistanın Azərbaycanla müharibə aparması üçün sahib olduğu resurslar, o cümlədən silah-sursat və yanacaq 2-3 həftəlik döyüş əməliyyatlarına kifayət edəcək, sonra İrəvanın döyüşməyə heç nəyi qalmayacaq. O bildirib ki, hazırda münaqişə zonasında erməni qoşunları ilə Azərbaycan qoşunları arasında Azərbaycan ərazisində tammiqyaslı döyüş əməliyyatları gedir: “Bu müharibədir. Mənim proqnozlarıma əsasən, Ermənistan iki-üç həftə müddətində eyni gərginlikdə döyüşlərə davam edəcək, daha sonra heç bir xarici dəstək olmasa, onların resursları bitəcək. Başa düşmək lazımdır ki, bu müharibədir. Burada həm uğurlar, həm də uğursuzluqlar ola bilər. Hər şey Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları ağıllı planlaşdırmasından asılıdır. Hələlik, seçilmiş taktika, yəni əsgərlərin həyatını qorumaqla və yüksək dəqiqlikli silahlardan istifadə etməklə irəliləmək mümkün olub. Buna cavab olaraq isə Ermənistan Azərbaycanın dinc şəhərlərini atəşə tutur. Bu, hərbi cinayətdir”.

  • Yeni geosiyasi şərait Ermənistanı daha zəif duruma salacaq

Cəbhə zonasında hərbi əməliyyyatlar, buna dünyanın münasibəti artıq Cənubi Qafqazda yeni geosiyasi durum yaradır. Bu fonda fikirlər səslənir ki, Dağlıq Qarabağdakı münaqişənin nəticəsi ilk olaraq Azərbaycan-Rusiya-Türkiyə münasibətlərinin möhkəmlənməsi ilə nəticələnə bilər. Yəni münaqişənin bir çox strateji nəticələri olacaq. Azərbaycan-Rusiya-Türkiyə münasibətlərinin möhkəmlənməsi isə öz növbəsində Ermənistanı daha zəif duruma salacaq.

Rusiya Elmlər Akademiyası Şərqşunaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın tədqiqi mərkəzinin əməkdaşı Stanislav Pritçin də məsələyə bu prizmadan yanaşır. Rusiya-Türkiyə münasibətlərində Azərbaycanın roluna toxunan ekspert rəsmi Bakının tərəflərlə əlaqələrdə konstruktiv hərəkətlərlə seçildiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan xarici siyasətində balans saxlanılmasına yönəlmiş gözləmə mövqeyi tutub: "Azərbaycan münasibətlərin sabitləşməsində maraqlıdır. İndiki halda Rusiyanın Bakı və Ankara ilə yaxınlaşması Moskvanın maraqlarına tam cavab verir". Bu gün Bakı, Moskva və Ankara arasında hərbi-texniki əməkdaşlığın da xeyli gücləndiyi müşahidə edilir. İndiki halda Rusiya-Türkiyə xətti üzrə əməkdaşlıq Azərbaycan üçün həm faydalıdır, həm də Moskva və Bakı arasında strateji münasibətlərin vacib şərtlərindən biridir. Irəvanda isə belə hesab edirlər ki, Azərbaycan yaranmış vəziyyətdə Ermənistanı daha asan şəkildə təzyiqlər altında saxlayacaq.

Belə hesab edilir ki, Ermənistanda Qərb Paşinyan iqtidarı vasitəsilə hakim mövqedə olduğu müddətdə Moskva Bakı və Ankara ilə daha çox yaxınlaşacaq. Ermənistanın hazırkı hökumətinin Rusiyaya qarşı qəzəbini doğuran səbəbləri müxtəlif beynəlxalq hesabatlarda, bu ölkə rəsmilərinin çıxışlarında və dövlətin rəsmi siyasət sənədlərində tapmaq mümkündür. Ermənistanda artmaqda olan antirus mövqeyi də Paşinyanın xidmətləridir. Bu arada Ermənistan və Asiya İnkişaf Bankının birgə əməkdaşlığı çərçivəsində hazırlanan “Ermənistan: Nəqliyyat və ticarətin asanlaşdırılması strategiyası, 2020–2040” sənədi də İrəvanın Moskvaya xəyanətini göstərir. Burada nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinin, təkcə iqtisadi inkişaf səbəbləri ilə deyil, xarici ticarətin diversifikasiya olunması və dolayısı ilə Rusiya faktorunun xarici ticarətdəki dominant mövqeyinin zəiflədilməsi ilə bağlı olduğu qeyd olunur. Kreml isə bu xəyanətləri Ermənistana bağışlamayıb, daha çox Azərbaycana yaxınlaşır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ