Bazar günü günü, 18 oktyabr 2026
     

Bakı İrəvanın Rusiya və İran planlarını gözündə qoydu – Tovuz təxribatı ilə başladılan prosesin arxasındakı güclər şokda…

Image


Dağlıq Qarabağ münaqişəsinin istənilən an regional xarakterini itirib qlobal problemə çevrilə biləcəyi haqda indiyə qədər dəfələrlə xəbərdarlıq edilib. Hadisələrin indiki inkişaf axarı bu təhdidin hələ də aradan qalxmadığını göstərir. Xüsusən işğalçı Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək cəhdləri bunu aydın nümayiş etdirir. Elə Türkiyənin “Yeni Şafak” qəzetinin yazarı İbrahim Qaragül də məsələyə bu prizmadan yanaşır.

Qəzet yazır ki, Azərbaycan sadəcə öz torpaqlarında əməliyyat keçirir. Və bu əməliyyatı əsla qanuni sərhədlərindən kənara çıxarmır: “Beynəlxalq hüquqa görə, Qarabağ və işğal altında olan digər torpaqları Azərbaycanın suverenliyi altındadr. Ancaq işğal edilib. Bakı da indi bu işğala son vermək üçün qərarlı bir hərəkat başladıb. 30 ildən sonra ilk dəfədir ki, müdafiə mövqeyini buraxıb hücum mövqeyinə keçib. Son dərəcə uğurlu bir əməliyyat aparır. Şəhərlərini, kəndlərini, dağlarını, yaylalarını, sularını, torpaqlarını təmizləyir. Bu, müharibə deyil, terrorla mübarizə, daxili təhlükəsizlik əməliyyatıdır. Buradək bir problem varmı? Rusiya, İran, Fransa, AB və ya ABŞ üçün problem varmı? Yox. Ola da bilməz.

ATƏT-in Minsk Qrupu 30 il idi ki, işğalı təminat altında saxlayırdı. Amma artıq bitdi… Azərbaycanın buna haqqı varmı? Öz torpaqlarını qoruma, qurtarma, əlində tutma səlahiyyəti və məsuliyyəti varmı? Əlbəttə var. Bu hər bir ölkənin ən təməl, sorğu-sual edilə bilməz haqqıdır. Bu nöqtəyədək dünyanın Azərbaycana yönləndirə biləcəyi bir tənqid, verə biləcəyi bir reaksiya ola bilməz. Buna qarşı çıxan işğalçıdır. Deməli, Azərbaycana hücum edir. Lakin bu, Ermənistan üçün belə deyil. Irəvan administrasiyası 30 ildir birbaşa Azərbaycana hücum edir. Şəhərlərini, torpaqlarını işğal edir. Eyni zamanda beynəlxalq birlikdən dəstək alaraq, 30 ildir ki, bu işğalı masada təminat altında tutur. ATƏT-in Minsk Qrupu qurulduğu tarixdən etibarən erməni işğalını təminat altında tutmaqdan, Azərbaycanın əl-qolunu bağlamaqdan başqa heç bir iş görmədi. Bu qurum tam olaraq Azərbaycanı oyalamaq məqsədilə qurulub. İşini gördü. Amma artıq bitdi… Ermənistanı Azərbaycana hücum etməyə kim sövq etdi? Bu hücumun arxasındakı hesab nədir?

Tovuz hücumu Ermənistan üçün çoxplanlı bir yeni işğal cəhdi, arxasındakı güc və sərmayə üçün isə enerji geopolitikası baxımından yaxşı hesablanmış bir təşəbbüs idi. Ermənistan “Onsuz da Azərbaycan heç bir şey edə bilmir” deyərək, bir beynəlxalq layihə aldı. Arxasındakılar da “Onsuz da Azərbaycan hərəkətə keçə bilməz” deyərək, enerji sahəsindəki güc balansını asanlıqla dəyişdirə biləcəklərini düşündülər. Onların düşüncəsinə görə, enerji geopolitikasında sarsıdıcı dəyişikliklər olacaq, bu arada İrəvan da qazanacaqdı. İşin xarakteri etibarilə, İraq və Suriyada PKK ilə İŞİD-ə verilən rol Qafqazda Ermənistana verilmişdi. Tovuz böyük hesabın başlanğıcı idi. Davamı gələcəkdi. Gəldi də. İrəvan administrasiyası ard-arda ilk baxışda səbəbsiz görünən hücumlara başladı. İşğal bölgələri genişləndirilməli, Azərbaycan küncə sıxışdırılmalı, məlum gündəliyi qəbul etməyə məhkum edilməli idi. Hazırda İrəvan və arxasındakı güclər böyük şok yaşayır. Onlar bu işə 30 illik bir əzbərlə girişmişdilər. Ancaq o 30 ilin bitdiyini düşünə bilməmişdilər. Hücumdan həmən sonra Türkiyə ilə Azərbaycanın başlatdığı ortaq hərbi təlimlər artıq əzbərlərin Qafqazda da bitdiyinin elanı oldu. Türkiyə İraq, Suriya və Şərqi Aralıq dənizində əzbərləri pozmuşdu və pozmağa davam edirdi. İndi həmin dinamik ağıl Cənubi Qafqazda da əzbərləri pozmalı idi. Elə də oldu. Azərbaycan Ermənistanın hücumlarına gözlənilməyən ölçüdə güclü bir əməliyyatla cavab verdi. Bu, İrəvanın arxasındakı bütün ölkələri, enerji geopolitikasını dəyişdirməyə çalışan ölkə və gücləri şok edən bir durum oldu. Gözləmirdilər. “Ola bilməz” deyirdilər. Azərbaycanın gücü, Əliyevin liderliyi hərəkətə keçdi. Lakin Azərbaycan dirildi. Qafqazın ən güclü ölkəsi olaraq özünü göstərdi. Prezident İlham Əliyev cəsur və qərarlı duruşu ilə ortaya liderlik nümunəsi qoydu. İndi Ermənistan 30 ildir gördüyü işi yenə davam etdirir. Hələ də Azərbaycana hücum edir. Hələ də Azərbaycanın şəhərlərini, mülki əhalisini hədəfə alır. Raketlərlə vurulan, onlarla kilometr içəridə olan Gəncə və digər şəhərlər müharibə meydanı deyil. Nə Ermənistan, nə də Azərbaycan şəhərləri müharibə meydanı deyil. Azərbaycan yalnız öz qanuni torpaqlarında əməliyyat keçirir. Yəni Azərbaycan əməliyyat, Ermənistan isə müharibə aparır. İndi Ermənistan müharibəni mülki sahəyə keçirir. Qətliamlarla başladığı işğalı qətliamlarla da davam etdirməyə çalışır. Terror metodlarından istifadə edir. Ermənistan müharibəni Qarabağdan kənara çıxarmağa çalışır. Bu çox çirkin bir hərbi strategiyadır. Ermənistan bu yolla total Ermənistan-Azərbaycan savaşı çıxarmağa, savaşı regionallaşdırmağa çalışır. Ermənistan Rusiya və İranı müharibənin içinə çəkməyə, Azərbaycana müdaxilə etdirməyə, Qərb dünyasını hərəkətə keçirməyə çalışır. Hesab etmirəm ki, Rusiya və İran bu tələyə düşəcək. Bu ölkələr qəti şəkildə bu ucuz oyuna gəlməməlidir. Rusiya və İran bu oyuna gələrsə, savaş birinci mərhələdə Qarabağın işğaldan azad edilməsi çərçivəsindən çıxaraq Azərbaycan-Ermənistan savaşına çevrilər, ikinci mərhələdə Cənubi Qafqazın hər yerinə yayılar. Üçüncü mərhələdə İran Azərbaycanında dərin sarsıntılara səbəb olar və Qərb dünyası bundan İrana qarşı istifadə edər. Dördüncü mərhələdə Qafqazın şimalına da ciddi təsir edər. Beşinci və ən təhlükəli mərhələdə Türkiyə, Rusiya və İran arasında çox böyük güc mübarizəsi başlayar. Ermənistan və onu bu savaşı başlatmağa təhrik edən güclər gedən mübarizəni üçlü savaşa çevirmək istəyəcəklər. Üç ölkənin belə bir tələyə sürüklənməsi Qafqazdan Bəsrə körfəzinə, Qara dənizdən Şərqi Aralıq dənizinədək olan bütün bölgənin savaşa sürüklənməsi deməkdir. Bu çox böyük bir dağıntı olacaq. Görəsən, Ermənistanı Azərbaycana hücuma sövq edən güclərin, Tovuz hücumu ilə başladılan prosesin, bunun arxasındakı ağılın məqsədi Türkiyə, Rusiya və İran arasında üçlü bir savaş çıxarmaqdırmı?  Ermənistana hücum edilməməli, eyni zamanda Rusiya və İran həmən bu ölkəni Qarabağ və işğal bölgəsindən çıxarmalıdır. Bunu birbaşa özləri etməlidir. Və bu böyük tələyə ciddi yanaşmalıdırlar. Kiçicik Ermənistan həm Rusiya ilə, həm də İranla oyun oynayır”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ