Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Qondarma “DQR” və qondarma “Cənubi Tirol respublikası” – İtaliyalı tədqiqatçı xəyali, lakin real ssenari ilə dünyanı şoka saldı, İtaliya buna dözərdimi?

Image


İtaliyanın nüfuzlu “CorriereDella Sera” qəzetinə bağlı məşhur EUROACTIVE portalının italyan versiyasında Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vincellinin “Dağlıq Qarabağ: Qafqazın AltoAdicesi” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə müəllif  Daniel Pommier Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə vaxtilə Avstriya ilə İtaliya arasında mövcud olmuş Cənubi Tirol/AltoAdice münaqişəsini müqayisəli təhlil edərək, ukronik üslub vasitəsilə italyan oxucularını 90-cı illərin əvvəllərindəki İtaliyaya aparır və problemi italyan oxucusuna anlatmağın ən yaxşı üsulu kimi Cənubi Tirol/AltoAdice münaqişəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin inkişaf yolunu keçəcəyi halda baş verə biləcək hadisələri analogiya yolu ilə tətbiq etməklə təsvir edir.

“1992-1993-cü illər İtaliyasını xatırlayırsınız?! Bizim ölkəmiz o zaman Tangentopoli skandallarından, köhnə partiyaların dağılmasından, lirənin devalvasiyasından, mafiyanın hücumlarından, “Padania”nın separatçılığı təhdidlərindən təngə gəlmişdi”, deyən müəllif Cənubi Tirol/AltoAdice münaqişəsinin Ermənistan-Azərbaycan münaqişəsinin inkişaf yolunu keçəcəyi halda baş verə biləcək hadisələri belə təsvir edir:  “1992-ci ili təsəvvür edək, o zaman ki, Cənubi Tirol/AltoAdicenin alman dilli əhalisi separatçılıq çağırışlarından həyəcanlanaraq İtaliyanın suverenliyi daxilində olmaq deyil, Vyanaya birləşmək niyyətindədirlər. Əlbəttə ki, Roma buna qarşı çıxır, həm də ona görə ki, bizim Konstitusiya separatçılığın hər hansı formasını qadağan edir.”

“Etiraz və mütəmadi zorakılıqla müşayiət olunan bir mərhələdən sonra alman dillilər və italyanlar arasındakı münaqişə silahlı mərhələyə keçir. Vətəndaş müharibəsi başlayır və Tirollular Avstriya hökumətindən və qeyri-rəsmi də olsa Berlindən hərbi dəstək alırlar. Sonda bütün Trentino Alto Adiceni işğal edirlər və “təhlükəsizlik səbəbi”nə görə Veneto regionunu, eləcə də Belluno, Treviso, Vicenza və Veronaəyalətlərini dəişğal edirlər. İtalyanlar işğal altındakı ərazilərdən kütləvi şəkildə cənuba qaçmalı olurlar. İtaliya bir milyona yaxın məcburi köçkünü qəbul edir. 1994-cü ildə atəşkəs əldə olunur. Tirollular Avstriya və Almaniya da daxil olmaqla heç bir dövlət tərəfindən tanınmayan "Cənubi Tirol respublikası"nın yaradıldığını elan edirlər. Beynəlxalq ictimaiyyət İtaliyanın ərazi bütövlüyünü bir daha təsdiqləyir və tərəflər arasında heç bir fayda verməyən vasitəçilik etməyə cəhd edir. Onillər ərzində davam edəcək “dondurulmuş”bir münaqişə başlayır”, deyə D.Pommier hadisələrin sonrakı hipotetik gedişini təsvir edir.

Daha sonra qeyd etdiyi hadisələrin məhz Ermənistan-Azərbaycan münaqişəsi timsalında baş verdiyini və İtaliyanın başına gəlmiş ola biləcək hadisələrin məhz Azərbaycanda baş verdiyini vurğulayan D.Pommier fikirlərinə belə davam edir: “Bu kabus ssenarisi, bu alternativ zaman kəsiyində, Qafqazda Ermənistan və Azərbaycan arasında sözdə Dağlıq Qarabağ müharibəsində baş verənləri xatırladır; 1992-ci ildə başlayan və 1993-cü ildə silahlı qarşıdurmanın zirvə nöqtəsinə çatan və 1994-cü ilin mayında atəşkəslə dayanmış bir münaqişə. Bu, 26 il nəticəsiz danışıqlarla və mütəmadi toqquşmalarla davam edən münaqişə, 2020-ci ilin sentyabrın 27-də ən yüksək şiddət həddinə çataraq yenidən partlamış oldu.”

“Bizim xəyali ssenarimizin Qafqazda baş vermiş hadisələrlə və indi baş verənlərlə nə əlaqəsi var?! İctimai rəyin böyük əksəriyyətinin görməzdən gəldiyi və bir çox şərhçinin qaçırdığı nüans bu münaqişənin yalnız Dağlıq Qarabağla əlaqəli olmamasıdır. Belə ki, 1992-ci ilin mayından 1993-cü ilin noyabrına qədər ermənilər döyüş meydanında qalib gəldiyi zaman, onlar Dağlıq Qarabağla əlaqəsi olmayan və ərazi iddiasının tərkib hissəsi olmayan daha yeddi Azərbaycan rayonunu “təhlükəsizlik səbəbləri” bəhanəsi ilə işğal etdilər”, deyən D.Pommier münaqişə ilə bağlı mühüm məqamlardan biri kimi bir çoxlarının bilərəkdən “gözardı” etdiyi ətraf rayonların “təhlükəsizlik səbəbi” bəhanəsilə işğal edildiyini xüsusilə vurğulayır və “Dağlıq Qarabağdan daha böyük olan bu ərazilərdən təqribən 1 milyon insan qovuldu və Azərbaycan dünyada əhalinin sayı nisbətinə görə ən çox məcburi köçkünü olan ölkəyə çevrildi”,deyərək diqqəti azərbaycanlı məcburi köçkünlərin insanlıq faciəsinə yönəldir.

 

Daha sonra Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı mövcud beynəlxalq hüquqi çərçivəyə istinad edən müəllif BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bu xüsusda mühüm mənbə təşkil etdiyini bildirərək qeyd edir: “BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı qəbul etdiyi dörd qətnaməsini oxusanız, orada dörd sadə prinsipinehtiva olunduğunu görmüş olarsınız: Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir, Ermənistan silahlı qüvvələri bütün işğal olunmuş ərazilərdən çıxmalıdır, məcburi köçkünlər öz evlərinə qayıda bilməlidir və tərəflər münaqişəni ATƏT-in Minsk qrupu (o vaxt ATƏM) çərçivəsində ABŞ, Fransa və Rusiyanın rəhbərlik etdiyi həmsədrlik müstəvisində həll etməlidir. BMT qətnamələri beynəlxalq hüquq prinsiplərinin tətbiq edilməsini nəzərdə tutur və münaqişənin həlli üçün əsas hüquqi və siyasi çərçivə təşkil edir, əks halda isə bu, ən aqressiv millətçiliklə zəhərlənmiş ola biləcək bir münaqişəyə çevriləcək. Qətnamələr tam şəkildə tətbiq edilməlidir: ərazi bütövlüyü, məcburi köçkünlərin geri qayıtması, beynəlxalq ictimaiyyət tərəfindən vasitəçilik. Madrid prinsipləri və ya başqa sözlə desək, Lavrov Planı da mərhələli bir yanaşmanı nəzərdə tutur və işğal altındakı ərazilərin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması şərtinə əsaslanır.”

Ermənistan tərəfinin müxtəlif müstəvilərdə istifadə etdiyi “arqumentləri”nə cavab olaraq, D.Pommier Sovet İttifaqı dağıldığı zaman yeni dövlətlərə keçid üçün rəhbər tutulmalı olan prinsipləri təhlil edərək bildirir ki,“yeni dövlətlər yarandığı zaman beynəlxalq səviyyədə tanınmış yeni ölkələrin sərhədləri keçmiş Sovet respublikalarının sərhədləri ilə uyğunlaşdırılmalı idi. On beş keçmiş sovet respublikasından on beş yeni dövlət yaradılmalı idi. Bu prinsip pozulduqda, Krımdan Ukraynanın şərqinə qədər, Abxaziyaya qədər silahlı qarşıdurmalar, böhranlar, sanksiyalar, beynəlxalq qeyri-sabitlik yaranmış oldu. Beynəlxalq hüquq asimmetrik və ya rahatlığa görə tətbiq edilə bilməz”.

Sonda Ermənistan-Azərbaycan münaqişənin dinlə heç bir əlaqəsinin olmadığını vurğulayan D.Pommier Dağlıq Qarabağ münaqişəsi ilə Cənubi Tirol/AltoAdice münaqişəsi arasında müvafiq paralellər aparmaqla, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalı olduğunu qeyd edərək sözlərini belə yekunlaşdırır: “Şəxsən mən inanıram ki, maksimum beynəlxalq zəmanətlərlə Azərbaycanın suverenliyi daxilində Dağlıq Qarabağa və orada yaşayan icmalara muxtariyyət verilməsi ərazi bütövlüyü və sakinlərin öz müqəddəratını müəyyən etmə ehtiyacı baxımından tarazlıq nöqtəsi təşkil etmiş ola bilər”.

Məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq olar:

https://euractiv.it/section/mondo/opinion/nagorno-karabakh-lalto-adige-del-caucaso/?fbclid=IwAR2jpOkJj5lRstrqhjLyztYMhzF49aYrYsBpOKUM2YXU2vpIWYyeGvjfTLM

Hazırladı: Zümrüd VƏLİYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ