Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Sarkisyan Qarabağda Ermənistan ordusunda xarici muzdlu erməniləri etiraf edir, Makron hələ də Azərbaycan ordusunda Suriya muzdluları “axtarır”...

Image


Fransa prezidenti Emmanuel Makron Qarabağda sentyabrın 27-dən başlayan döyüşlərə dair mövqeyində və təcavüzkar Ermənistanı birmənalı müdafiə etməkdə daha da irəli gedib. Məsələ ondadır ki, Makron Brüsseldə Avropa İttifaqı liderlərinin görüşü ərəfəsində jurnalistlərə açıqlamasında “Azərbaycanın Dağlıq Qarabağa endirdiyi zərbələrə haqq qazandırmağın mümkün olmadığını” bildirib.

Habelə, Makron Azərbaycanın tərəfində “Suriyadan cihadçıların vuruşduğuna dair sübutların olduğunu” da bildirib: “Minsk Qrupunun həmsədri olaraq biz bütün mümkün olanı edirik ki, tərəflərin yenidən danışıqlar masası arxasına qayıtması üçün atəşin dayandırılmasına nail olaq”.

Makron heç bir dəlil-sübut olmadan Azərbaycanın Suriyadan “cihadçı muzdlular” cəlb etdiyini iddia edir və onun erməni təbliğatının neçə vaxtdır dövriyyəyə buraxdığı feyk xəbərlərin təsiri altında olduğu açıq şəkildə görünür. Azərbaycanın “cihadçı muzdlulara” ehtiyacı necə yarana bilər ki, onun özünün döyüşlərə kifayət qədər canlı qüvvə səfərbər etmək imkanları var?

Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün hərbi zərbələr endirirsə və buna Makronun məntiqincə “bəraət yoxdursa”, o zaman Ermənistanın Dağlıq Qarabağı və ətraf əraziləri 30 ilə yaxındır işğal altında saxlamasına, orada etnik təmizləmə aparmasına və yüz minlərlə azərbaycanlını öz ev-eşiyindən qovmasına bəraət var?  Makron bunu necə izah edə və əsaslandıra bilər? Yaxşı olardı ki, Fransa prezidenti bunlara cavab versin.

Bütövlükdə, Fransa prezidentinin məlum mövqeyi nəinki ədalətsizdir, hətta indiki situasiyada açıq-aşkar təcavüzkar tərəfin müdafiəsinə yönəlib. Bu, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi missiyasına tamamilə ziddir. ATƏT-in mandatına görə, vasitəçi dövlətlər münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək verə bilməz. Makron isə bu siyasəti ilə açıq şəkildə bu tələbi pozur. Axı bu necə ola bilər ki, münaqişənin nizamlanmasına dair vasitəçilik missiyasını üzərinə götürən dövlətin başçısı təcavüzkara, işğalçıya bu cür açıq-aşkar haqq qazandırsın?

Azərbaycan on illərdir çox qurbanlar verib və ərazilərinin işğal altında qalmasına dözüb. Ona görə dözüb ki, Fransa və digər həmsədrlərin nəhayət münaqişənin ədalətli, beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli üçün üzərlərinə düşən öhdəliyi yerinə yetirəcəyinə ümid edib. Ancaq bu ümidlər boşa çıxdı, danışıqlara olan bütün ümidlərə Ermənistan hərbi-siyasi rəhbərliyi nöqtə qoydu və Fransa baş nazir Paşinyanın bir-birinin ardınca danışıqlar prosesini tamamilə dayandırmağa xidmət edən bəyanatlarına heç bir səs çıxarmadı. Fransa ənənəvi olaraq ermənimeylli dövlətdir və onun Minsk Qrupundakı həmsədrliyindən Azərbaycanın heç vaxt böyük gözləntiləri olmayıb. Lakin Makrona qədər heç bir Fransa dövlət başçısı da bu cür açıq-aşkar qərəzli, tərəf tutan mövqe ortaya qoymayıb. Makronun heç bir diplomatik missiyaya uyğun olmayan bu mövqeyi seçkilərə hesablanmış bir addımdır. Faktiki olaraq, Makron bu minvalla seçki kampaniyası ilə məşğul olur. O bununla erməni əsilli seçicilərin səsini qazanmaq üçün belə tərəfkeş mövqe sərgiləyir. Digər tərəfdən, vaxtilə Fransanın Əlcəzairdə, Liviyada törətdiyi qırğınlar tarixin yaddaşından silinməyib. Makron bu qədər diqqətlidirsə, bununla bağlı tarixə bir nəzər salsın.

Fransanın Qarabağ məsələsində o qədər də ədalətli mövqe tutmamasına baxmayaraq, Azərbaycan bu ölkə ilə ikitərəfli münasibətlərə həmişə xüsusi önəm verib. Fransa Azərbaycan iqtisadiyyatında ən böyük iştiraka malik olan Avropa dövlətlərindən biridir. Azərbaycan bu ölkədə kilsələrin təmirinə pul ayırıb. Fransa ilə mədəni əlaqələrin inkişafı üçün əlindən gələni edib. Ancaq öz ərazilərini işğaldan azad etmək istəyəndə Fransadan bu cür ədalətsiz və qəbuledilməz mövqe eşidir. 1993-cü ildə Heydər Əlitev prezident seçiləndə ilk səfərini Fransaya etdi. 2003-cü ildə lham Əliyev də prezident seçiləndən sonra ilk səfər etdiyi ölkə Fransa oldu. Makron beynəlxalq siyasətdə təcrübəsi olmayan, ölkəsinin geosiyasi maraqlarını düzgün hesablaya bilməyən, xarici siyasətdə çoxlu səhvlər buraxan siyasətçidir və buna görə ölkəsində müxalifətin tənqidləri ilə üzləşir. Əgər Makron ölkəsinin geopolitik maraqlarını, o cümlədən Cənubi Qafqazdakı maraqlarını düzgün hesablaya bilsəydi, heç vaxt belə primitiv yanaşma ortaya qoymazdı. Çünki onun mövqeyi Fransanın Azərbaycanla ikitərəfli münasibətlərini çox ciddi zədələməklə yanaşı, Minsk Qrupunun həmsədri kimi rolunu da şübhə altına alır. De Qol kimi şəxsiyyətin başçılıq etdiyi Fransaya gör kim rəhbərlik edir... Sarı mətbuatın yazdıqlarını təbliğ edən, açıq şəkildə ermənilərin tərəfini tutan və xarizması olmayan Makron. Bu, Fransanın tarixinə, mədəniyyətinə və siyasətinə utanc gətirən bir haldır.

  • “... bundan sonra Fransanın tərəfsiz vasitəçiliyindən əsla söhbət gedə bilməz”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, Fransa prezidentinin məlum açıqlaması heç bir əndazəyə sığmır: “Makronun bu açıqlaması açıq-aşkar bu ölkənin ermənipərəst mövqe sərgilədiyini sübut etdi. Son əməliyyatlarla bağlı Makron tərəfindən verilən bəyanat və orada ifadə olunan fikirlər Fransanın bu çətin və gərgin mərhələdə işğalçı Ermənistan tərəfinin mövqeyini dəstəklədiyini göstərir. Bu isə Azərbaycan vətəndaşlarında dərin təəssüf hissi yaradır. Çünki Fransa bu münaqişənin nizamlanmasına cavabdeh olan ATƏT həmsədrlərindən biri kimi indiyə qədər bir dəfə də olsun BMT qətnamələrinin yerinə yetirilməməsinə munasibət bildirməyib. Belə olan vəziyyətdə Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətini şübhə altında qoyur. Bu ölkənin vasitəçi kimi yalnız Ermənistan mövqeyindən fəaliyyətini davam etdirməsi nə Azərbaycan rəhbərliyini, nə də Azərbaycan xalqını qane edə bilməz. Makron bu yanaşması ilə bütün beynəlxalq hüquq prinsiplərinə tüpürdü. O üzdən, bundan sonra Fransanın tərəfsiz vasitəçiliyindən əsla söhbət gedə bilməz”.

Partiya sədri hesab edir ki, Azərbaycan sərt şəkildə Fransaya öz etirazını bildirməlidir.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ