“Hazırda ermənilər tərəfindən işğal olunmuş torpaqlarımız uğrunda döyüşlər gedir. Cəbhədə qazandığımız nailiyyətlər bizi - Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrini qürurlandırır. Biz əminik ki, Ordumuz tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəkdir. Allah Siz başda olmaqla xalqımızı və Ordumuzu qorusun.
Biz – “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi hər zaman Sizin yanınızdayıq, bütün qərarlarınızı dəstəkləyirik”. Bunları Goranboy rayonundan “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Goranboy rayon filialının sədri Əliyev Orxan Zülfüqar oğlu Prezident İlham Əliyevə müraciətində vurğulayıb.
Baki-xeber.com