Bakıdan Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov Prezident İlham Əliyevə müraciət edib.
Xalq rəssamı müraciətində bildirir ki, Vətənimizin bütün xalqı kimi, Azərbaycan rəssamları da böyük səbirsizliklə bu günü gözləyirdi və o gün – torpaqlarımızın erməni faşistlərindən azad olunduğu gün gəldi. “Rossiya-1” telekanalına verdiyiniz müsahibəniz bütün erməni siyasətini şahmat dili ilə desək, açıq mat etdi. Bu fonda Paşinyanın çıxışı həm zahirən, həm də daxilən siyasətdən uzaq əyalət çıxışı kimi görünürdü və bunu milyonlarla tamaşaçı seyr etdi. Biz rəssamlar Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq haqq-ədalət işinizdə Sizinləyik.
Allah Sizi və Azərbaycan xalqını qorusun”-deyə F.Xəlilov Prezidentə müraciətində bildirib.
Baki-xeber.com