“Kəndlərimizin işğaldan azad olunması xəbəri hamımızın həsrətinə son qoydu. Tezliklə bu həsrətin Şuşada, Xankəndidə də bitəcəyinə, tezliklə oraların da azad olunması xəbərini eşidəcəyimizə əminik.
Biz indi çox qürurluyuq. Biz və bizim kimi minlərlə azərbaycanlı döyüşməyə hazırdır. İnşallah, Qələbə qazanacaq və bayrağımızı Qarabağda, Xankəndidə asacağıq”. Bu sözləri Ağcabədi rayonundan Axundov Şükür Cəmil oğlu, Məmmədov Nizami Miri oğlu, Məmmədov Eldəniz Gündüz oğlu Prezident İlham Əliyevə müraciətlərində bildiriblər.
Baki-xeber.com