Cəbrayıl rayonundan məcburi köçkün Vaqif Məhərrəmov rayon ağsaqqalları adından Prezident İlham Əliyevə müraciət edib.
“Cəbrayıl rayonunun çoxsaylı ağsaqqalları Qarabağın düşməndən azad olunması barədə şanlı ordumuza Sizin verdiyiniz əmri ürəkdən bəyənir və mənfur düşmənə qarşı mübarizədə bizim hər birimiz əsgəriniz olaraq döyüşlərə qatılmağa hazırıq. ...Uzun illər düşmən tapdağında olan Qarabağımızın Sizin dönməz, mətin iradəniz və ali rəhbərliyinizlə azad olunmasında ordumuza uğurlar arzulayırıq”-deyə V. Məhərrəmov müraciətində qeyd edib.
Baki-xeber.com